Ayətullah Mirza Şahabadi tələbəsinə hansı əxlaqi tapşırıqları verdi?
Ayətullah Mirza Məhəmmədəli Şahabadidən öz tələbəsinə üç əxlaqi göstəriş:
Şahabadinin şagirdlərindən biri bazar əhli idi. Ağa şagirdinin bəndəlik yolunda inkişaf edib geri qalmaması üçün üç əxlaqi göstəriş verdi:
1. Çalışın, namazı vaxtında qılın. Ha-rada olsanız azanın səsini eşidən kimi əlinizdəki işi saxlayıb namaza tələsin. Bacardığınız qədər camaat namazı qılın.
2.Alverdə insaflı olun. Çalışın malları həddindən artıq baha satmayın. Alverdəgözlərinizi bağlayın və dost, tanış, yaxın, özgə, yerli, gəlmə arasında fərq qoymayın.
3.Allahın haqqını vaxtında yerinə ye-tirin. Deməyin ki, hələ bir il vaxt var.
Bərzəxdə veriləcək suallara özümüzü necə hazırlaya bilərik?
İmam Kazım (ə) buyurur: “Qəbirdə mömindən belə sual olunar: Pərvərdigarın kimdir? O, cavab verər: Allah. Ondan sonra sual olunar: Dinin nədir? Cavab verər: İslam. Ondan sonra sual verilər: Peyğəmbərin kimdir? Deyər: Muhəmməd (s). Sual olunar: İmamın kimdir? İmam Zamanının (ə) adını deyər”. Bu hədisdən göründüyü kimi, bərzəx almində insana dörd sual verilər. Bu sualların hər birinin cavabı behişt qapılarının açarıdır. İndi ki, bu sualların nə olacağını bildik, bəs bu suallara cavab vermək üçün özümüzü necə hazırlaya bilərik?
Mühüm olan - əqidə və inancı qorumaqdır. Biz bu dünyada İslam dininə iman gətirmişik. Ömrümüzdən illər keçər və rahatıq ki, dinimizi tanıyırıq. İnancımız - qəlb inancıdır. Lakin mövzu bu cür sadə deyildir. Bizim inancımız rəftarımız və əməlimizdə də özünü göstərməlidir. Hər nə qədər rəftar, əməlimiz Allah istəyən kimi olarsa, inancımızı möhkəmləndirmiş olarıq. Əqidə ancaq dil əqidəsi olmamalıdır. Bu əqidə bütün bədən üzvlərimizə sirayət etməlidir. Necə ki, Həzrət Peyğəmbər (s) buyurur: “İman - qəlb əqidəsi, dildə demək və bədənlə əməl etməkdir”. Yəni iman gərək bu üç sahədə inkişaf etdirilsin. Qəlb, dil və bədən. Əgər bu üçünü ilahi əmrlərə tabe və şeytani istəklərdən qoruya bilsək dünyada xoşbəxt ölümlə, həm bərzəxdə yüngül hesabla və həm də qiyamətdə xoşsimalı mələklərlə üzləşərik.
Onuncu İmam, Əliyyən Nəqidən (ə) hədislər qeyd edin?
Onuncu İmam Əliyyən-Nəqidən (ə) hədislər:
1-\"Dindarlığın bəlası həsəd, xudbinlik (özünübəyənmə) və iftixardır\" 2- \"Yaxşı sözü hər kəsdən, hətta ona əməl etməsə də belə, götürün\" 3-\"Özü ilə Allah arasında münasibəti islah edənin Allah da insanlarla münasibətini islah edər\" 4- \"Əgər desəm ki, təqvanı tərk edən adam namazı tərk edən adam kimidir, düz demiş olacam!\"
5-\"İki günü eyni olan (bu günü dünənindən daha yaxşı olmayan) ziyandadır\". 6- \"Bəla səbirli şəxs üçün bir, səbirsiz şəxs üçün isə ikidir”. 7-\"Möminin izzəti insanlardan ehtiyacsız olmasıdır\". 8- \"Öz dəyərini anlamayan adamın şərindən qorun\". 9- \"Təvazökarlıq odur ki, xalqla elə davarnasan ki, onların da səninlə elə davranmasını istəyirsən.\" 10- \"Allah yolunda möhkəm olan şəxsə dünyanın müsibətləri asan gələr, hətta tikə-tikə doğransa belə\". 11- \"Günahda israr etmək Allahın məkrindən arxayın olmaqdır. \"Allahın məkrindən yalnız ziyankarlar arxayın olarlar.\"
Bu mesajı 10 nəfər göndər yoxsa başına bəla gələcək! Muctehidlər bu haqda nə deyirlər?
Müctehidlərin zəncirvari mesajlar haqqında istiftatı: Yəni bir dəstə vardır ki, Məzhəbi əqidələrdən istifadə edərək bir sıra mesajlar yayırlar!
Məsələn: Altı milyon salavat İmam Hüseynin (ə) südəmər balası Əli-Əsğərə təqdim olunur. Sizində payınıza altı salavat deməklə bu mesajı altı İmam Hüseyn (ə) aşiqlərinə göndərmək düşür. Xahiş olunur, bu zənciri qıranlardan olmayın. Mesajı oxuyan kimi siz də səkkiz dəfə \"Ya Əbəlfəzl!\" deyərək, bunu səkkiz nəfərə göndərin. Elə indi gözəl xəbər eşidəcəksiniz.
1- Ayətullah Safi Qulpəyqani: Ümumiyyətlə, bu kimi mesajların gərək düzgün sənədi olsun. Əks halda belə mesajların yayılması caiz (düzgün) deyil. Bu işlərdən çəkinmək lazımdır. 2- Ayətullah Seyyid Əli Xamenei: Bu mesajların heç biri həqiqət deyil və etibarsızdır. Haramdır. 3-Ayətullah Məkarim Şirazi: Bu işlərin heç birinin etibarı yoxdur. Yaxşı olar ki, camaat bu işlərə əl qoymasınlar. ...
Cəhənnəmdə günahkar qadının əzabı haqda Peyğəmbərdən hədis!
İmam Əlidən (ə) nəql olunur: \"Bir gün mən və Fatimə ALLAH rəsulunun (s) yanına getdik və o həzrəti (s) ağlayan halda gördük.
Soruşdum, ata-anam sənə qurban, ey Allahın peyğəmbəri (s), niyə ağlayırsan? ALLAHın rəsulu (s) buyrudu: - Ey Əli, məni meraca apardıqları gecə ümmətimdən olan bir dəstə qadının cəzalandırılmasını gördüm. Mən onlara verilən əzabın çətinliyindən heyrətə gəldim. Məni ağladan gördüyüm cansıxıcı əzabların təsiridir:
1. Bir qadın saçlarından asılmışdı və başının iliyi qaynayırdı. 2. Bir qadın dilindən asılmışdı və cəhənnəmin qaynar suyunu boğazına tökürdülər. 3. Bir qadını sinəsindən asmışdılar. 4. Bir qadın bədəninin ətini yeyir və odda yanırdı. 5. Bir qadının qıçı qoluna bağlanmışdı, ilan və əqrəblər bədəninə dolaşmışdılar. 6. Bir qadın ayaqlarından yanar təndirə asılmışdı. 7. Bir qadın odda qızarmış qayçı ilə bədənini qabaqdan və arxadan kəsirdi. 8. Bir qadının əl- üzünü yandırırdılar və o, öz bağırsaqlarını yeyirdi. 9. Bir qadının başı it başı, bədəni eşşək bədəni idi və o, min cür əzaba düçar olmuşdu. 10. Bir qadın it şəkilində idi. Cəhənnəm odu onun arxa tərəfindən girib ağzından çıxırdı. Mələklər onun başına, bədəninə od kösəklər vururdular. Həzrət Fatimə (s) atasından soruşdu : - Ey ALLAHın rəsulu (s), onları bu cür ağır və dözülməz cəzalalara düçar etmiş pis əməllərindən məni xəbərdar et. ALLAHın rəsulu (s) buyurdu: ...
Islam dininin meyxanaya münasibəti necədir?
Meyxana öz-özlüyündə günah deyil. (yəni şeir şəklində olsa.) Amma haram şərtlərlə deyilərsə, günah olur. Yəni haram musiqi sədaları altında meyxana söyləmək günahdır. Eləcə də, meyxananın sözlərində əxlaqa, dini dəyərlərə zidd olan ifadələr işlətmək, söyüş, qeybət söyləmək, yalandan and içmək də günaha səbəb olar.
Ümumiyyətlə, meyxanaların çoxu adətən, mənasız və faydasız mövzulara həsr edilir. Hətta müqəddəs mövzulara toxunulsa belə, bunu bayağı şəkildə və haram məclislərinə xas olan şəraitdə edirlər. Ona görə də, bacardıqca meyxana deməkdən, meyxanaya qulaq asmaqdan uzaq olmaq məsləhətdir. Vaxtımızı daha dəyərli və savablı işlərə sərf etsək həm bu dünyada, həm də axirətdə xeyir qazanarıq.
Kişilər bu qorxularını həll etsələr iradəli və güclü olarlar?
Xanımlara məsləhət olunur ki, həyat yoldaşlarını bu zəif nöqtələri ilə ailə mühitində sınağa çəkməsinlər. Kişilərin bu zəiflikləri psixoloji cəhətdən onların qürurlarına toxunacaq məsələlərdəndir. Kişilərin qorxuları ibarətdirlər: 1-Uduzmaq, 2-İmkansızlıq, 3-Gülünc görünmək, 4-Dəyişiklik, 5-Tənhalıq, 6-Rədd cavabı almaq, 7-Xəyanət, 8-Hakimiyyət qarşısında,
Qadınların ən dəhşətli qorxuları nələrdir?
Psixoloqlar daha çox qadınların meruz qaldıqları ən dəhşətli qorxularını açıqlayıblar.
Ən dəhşətli qorxu yaşlanmaqdır. Bütün qorxular aşağıdakılardır: 1. Hazırkı gözəlliyi itirmək qorxusu, 2. Tənhalıq qorxusu, 3. Onkoloji xəstəliklərə yoluxmaq qorxusu, 4. Maliyyə təminatını itirmək qorxusu, 5. Yaxınlara \"yük\" olmaq qorxusu,
Namazı yüngül hesab edən 15 dəhşətli təhlükələr hansılardır?
Peyğəmbər (s) Həzrət Fatimeyi Siddiqəyə (s.ə) belə buyurdu: \"Qızım Fatimə! Hər kim namazı yüngül hesab edərsə Allah onu 15 növ cəza ilə cəzalandırar. Altısı bu dünyada, üçü ölən zaman, üçü qəbirdə, üçü də Qiyamətdə o zaman ki, qəbirdən qalaxacaqdır, həyata keçər. A = Dünyada 6 cəza: 1. Ömründəki bərəkət götürülər, 2. Gəlirindəki bərəkət götürülər. 3. Simasından yaxşı insanların izi silinər. 4. İşlərindən və ibadətindən soyuyar. 5. Duaları həyata keçməz. 6. Möminin duasında şərik olmaz, B =Ölən zaman görəcəyi əzablar: 1. Zəlil ölər. 2. Ac və susuz can verər. 3. Heç bir şey onun aclığını və susuzluğunu yatızdırmaz. C = Qəbirdə düçar olacağı əzablar: 1. Allahın bir mələyi ona qəbirdə əzab verər, 2. Qəbiri onun üçün dar edər. 3. Qəbiri onun üçün zülmətli və qaranlıq edər. D =Qiyamətdə düçar olacaqları: 1. Allah bir mələyi vəzifələndirər ki, onu üzü üstə torpağa vursun və məhşər əhli də ona tamaşa etsin. 2. Əməllərinin hesabı çətin və dəqiq aparılar. 3. Allahın rəhmət və məhəbbətinə nail ola bilməz və ağrılı əzaba düçar olar.
Omer ile Ummu Gulsumun evlenmesi shie alimlerinin kitabinda var.bes buna ne deyirsiz?
İmam Əli (ə) qızı Ümmü Gülsümü Ömər ibn Xəttaba veribmi?! Araşdırmalı cavab:
1. Hezret Elinin(e) Omerle arasi yaxshi olmayib. 2. Bu ehvalat (Omerin Eli(e) –in qizina evlenmesi) Sehih Buxari ve Sehih Muslimde neql olunmayib. 3. Ibni Sedin, Hakim Nishaburinin, Biheqinin ve Xetib Begdadinin kitablarinda gelmish bu revayet zeifdir. 4. Nehayet bu hadise Omerin Hezret Eli(e)-I hedelemeyinden sohbet gedir:
5. Bu movzuda neql olunmush revayetlere muraciet etdikde gerek iki yoldan birini qebul edek, bele ki, ya Omerin sherietin hokumlerine etina etmediyini qebul etmeliyik ve ya da bu meselenin kokden yalan olmasini etiraf etmeliyik. 6. Deyirler Omerin vefatindan sonra Cefer ibni Ebu Talibin Muhemmed ve Ovn adli aglanlari ardicil olaraq onunla evlenibler, halbuki, bu iki nefer tuster doyushunde vefat edibler. Ve bu doyush qeti Omerin vaxtinda bash vermishdir. 7. Deyirler bu iki qardashin vefatindan sonra Ummu Gulsum Omerden sonra Ceferin oglu Ebdullahla evlendi. O, Hezret Eli(e)-in xilafeti zamani Ummu Gulsumun bacisi Zeyneble evlenmishdir. Meger iki bacisi ile bir vaxtda (her ikisi heyatda olarken) evlenmek mumkundurmu?! 8. Deyirler Ummu Gulsum Muaviyenin zamaninda ve ya ondan evvel vefat etmishdir, halbuki o, Kerbelada olub ve xutbe oxuyub. 9. Merhum Ayatullah Mereshi Necefi Ehqaqul-heqq katabinda deyir: “Omer Ebubekrin Esma binti Umeyseden olan qizi Ummu Gulsumle evlenib ve ondan Zeyd adli bir oglu da olub. Əli (ə)-ın qızı ilə səhv salınır! ...