İmam Zaman (ə.c)-ın gəlişi və tanıtdırılması üçün hansı işləri görmək lazımdır?!


İmam Zamanın (ə.f) tanıtdırılması üçün kömək etməyin yolları

1. Etiqad və düşüncə cəhətdən İmama yardım etmək. Allahın Höccətinə öz etiqad və düçüncə qüdrətini qüvvətləndirməklə onunla kamil şəkildə bağlılıq yaradıb, xalis şiə olsun.

2. Dildən İmama (ə.f) yardım və onun düşmənlərinin əleyhinə istifadə etməklə kömək etmək.

3. Maddi cəhətdən İmama (ə.f) yardım etmək. İmamın (ə.f) düşmənləriylə mübarizə aparmaq ona kömək etməkdirsə, onun dost və şiələrini maddi cəhətdən kömək etməkdə İmama (ə.f) yardım etməkdir.

4. Rəftar və davranış vasitəsilə İmama (ə.f) yardım etmək.Şəxs elə rəftara sahib olmalıdır ki,İmamın (ə.f) dostlarının iftixarına və onun düşmənlərinin xarlıq və məğlubiyyətinə səbəb olsun.

5. İmam(ə.f)üçün,məxsusən zühurunun tezləşməsi üçün çox dua etmək.

6. Ondan əvvəlki İmamaların (ə) fəzilət və müsibətlərini xatırlamaq.
İlahi! Səni and veririk onun ayrılığına düçar olduğumuz gözəl və mehriban İmamımızın mübarək zühurunu tezləşdir. Zühuru ilə həm onun, həm də onun ədalət dövlətinə teşnə olan və mübarək vücuduna həsrət qalan dərdli qəlbləri tezliklə sevindir! Amin./ehliwie-samux.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter