İmam Zamanın (ə.c) səhabələri olan 313 nəfərin sayı hələ kamil olmamışdır?


Cavab: Onlar rəvayətlərdə bildirildiyi kimi, bir sıra xüsusiyyətlərə malikdirlər. Əgər biz bu xüsusiyyətlərə diqqət etsək, aydın olar ki, analar hələ belə oğullar doğmayıblar.

Məsələn, İmam Səccad (ə) buyurur:
\"İmam Mehdi (əc.) Məkkə şəhərində ətrafına toplanmış böyük bir izdiham qarşısında özünü təqdim və xalqı özünə beyətə dəvət edərkən, bir qrup insan həzrəti qətlə yetirmək üçün irəli cumacaq. Həmin 313 nəfər ayağa qalxaraq, həzrət Mehdini (əc.) onların təhlükəsindən qoruyacaq\".

Bir çox rəvayətlərdə onların tərifi haqqında belə qeyd olunmuşdur:
\"Allah-taala onları payız buludları kimi Məkkə şəhərində bir yerə toplayacaq (yəni, onlar yüksək sürətlə özlərini Məkkə şəhərinə yetirəcəklər). Sanki həzrət Mehdini (əc.) Kufə minbərinin üzərində əyləş-miş və 313 nəfər əshabı ətrafına toplaşmış halda görürəm. Onlar Allah tərəfindən insanların hakimidirlər\".

Bu hədisə əsasən, bu 313 nəfər şücaət və elmi cəhətdən elə bir səviyyədə olmalıdırlar ki, yer kürəsini 313 hissə və əyalətə bölsələr, onların hər biri bir əyalətə rəhbərlik etməyə layiq olsunlar.
Bəqərə surəsinin 148-ci ayəsində oxuyuruq: \"Harada olsanız, Allah-taala sizi bir yerə toplayacaq\".
İmam Sadiq (ə) bu ayəni tilavət etdikdən sonra buyurdu: \"Bu ayədə Həzrət Mehdinin (əc.) 313 nəfər səhabəsi nəzərdə tutulmuşdur. And olsun Allaha, (ayədə buyu-rulan) \"Ümməti-mədudə”də məqsəd, hamısı bir saat ərzində bir yerə toplaşacaq insanlardır. Onlar, payız buludları güclü külək nəticəsində bir yerə toplaşdığı kimi, bir yerə toplaşacaqlar\".

Onların xüsusiyyətlərindən daha bir neçəsini sadalayaq:
Onlar uzaq ölkə və şəhərlərdən Məkkə şəhərinə daxil olacaq. Həzrət Mehdi (əc.) Məkkə şəhərinin beş-altı kilometrliyində dayanaraq, onların gəlişini göz-ləyəcək ki, onlarla birlikdə Kəbə evinə gəlsin. Bu 313 nəfər həzrət Mehdi (əc.) ilə beyət edən ilk insanlardır.
Onlar həzrət Mehdinin (əc.) məhzərində yüksək qeybi köməklərdən bəhrələnəcək və Allahın qüdrəti, İmamın inayəti onların başı üzərində olacaq. Necə ki, İmam Səccad (ə) buyurmuşdur:
\"Sanki həzrət Mehdini (əc.) Kufədə 313 nəfərlə birlikdə Nəcəf şəhərinə sarı gedən halda görürəm. Həzrətin sağ tərəfində Cəbrayıl, sol tərəfində Mikayıl, önündə isə İsrafil gedir. İsrafil Allah rəsulunun bayrağını hər hansı bir müxalif dəstəyə tərəf yönəldirsə, Allahın izni ilə həlak olurlar\"./ehliwie-samux.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter