İmam Zamanın (ə.c) səhabələri və köməkçiləri olacaq 313 nəfər kimlərdir?!


Həzrət Mehdi (əc.) barəsində olan rəvayətlər içərisində o həzrətin zühuru zamanı 313 nəfər səhabənin Kəbə evinin kənarında İmamın hüzuruna gəlməsi barədə müxətlif təbirli rəvayətlər nəql olunmuşdur. İmam Mehdi (əc.) onların intizarı ilə yaşayır. Onlar əsrin İmamı ilə beyət edəcək ilk insanlardır.

Həmin zamandan həzrət Mehdinin (əc.) qiyamı başlanacaq və mərhələ-mərhələ inkişaf edəcək. Onlar həzrət Mehdinin (əc.) bayraqdarı və yer üzünə o həzrət tərəfindən təyin olunmuş hakimlər olacaqlar.

313 nəfər haqqında olan hədislər müxtəlif ibarələrlə nəql olunmuşdur. İslam mənbələrində onlar barədə onlarla hədis mövcuddur.

Keçək nümunə ayələrə:
Hud surəsinin səkkizinci ayəsində belə buyurulur:
\"Həzrət Hud (ə) öz cahil tayfasına belə buyurdu: Kaş sizə qarşı möhkəm dayağım və qüdrətim olaydı! Onda siz yol azmışlarla necə rəftar edəcəyimi özüm bilərdim\".

İmam Sadiq (ə) həmin ayənin təfsirində buyurmuşdur:
\"Bu ayədəki \"qüdrət” kəlməsindən məqsəd, həzrət Mehdi (əc.), \"rükni-şədid” kəlməsindən məqsəd isə, o həzrətin 313 nəfər səhabəsidir\".

Başqa bir rəvayətdə İmam Baqir (ə) belə buyurmuşdur:
\"O 313 nəfər səhabəyə baxıram. Elə bil onlar Kufə şəhərinin uca zirvələrinə doğru qalxırlar. Onların qəlbləri sanki dəmir parçasıdır\".ehliwie-samux.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter