Məsumların hədislərinə əsasən Fərəc üçün dua etməyin faydaları hansılardır?!


1-Lənətlənmiş şeytanı narahat edir.
2-Duanın qəbul olunmasına səbəb olur.
3-Axirəz-zamanın fitnələrindən nicat tapmağa bais olur.
4-Günahların bağışlanmasına səbəb olur.
5-Həzrətin şəfaəti Qiyamət günündə ona şamil olacaqdır.

6-İntizar çəkmək əlamətidir.
7-Həzrət Sahib-əz-zaman (ə)-ın zuhurunu tez yetirir.
8-Ömrün uzanmasına səbəb olur.
9-Ölümünün vaxtı ona müjdə verilir və onunla yaxşı rəftar olunur.
10-İmam (ə)-ın nurunu onun qəlbinə daha çox saçmasına səbəb olar.

11-Allah təala yanında daha sevimli olar.
12-Onun pis əməlləri yaxşı əməllərə çevriləcəkdir.
13-Əmirəl möminin Əli (ə) Qiyamət günü onun haqqında dua edəcəkdir.
14-Hesabsız olaraq Cənnətə daxil olacaqdır.
15-Mələklər onun üçün istiğfar edəcəklər.

16-Qiyamət günü susuzluqdan amanda qalacaqdır.
17-Bu dua Bərzəx və Qiyamətdə (onu oxuyan ilə) mehriban bir dosta çevriləcəkdir.
18-Qəm-qüssəni aradan aparır.
19-Bu dua Allah rəala yanında daha sevimli əməllərdən biridir.
20-Qiyamət günü məxsus hədiyyələr alacaqdır.

21-Dinin kamilləşməsinə səbəb olur.
22-Həzrət Mehdi (ə) -ın bayrağı altında şəhid olanın savabına nail olar.
23-Pak və məsum İmamlar ilə birlikdə olar.
24-Qiyamət günü şəhidlərin daha uca məqamlarına nail olar.
25-Həzrət Fatimeyi-Zəhra (s.ə)-nın şəfaəti ilə səadətə çatacaqdır.

Mömin və möminələr! Bu böyük fəzilətlərə nail olmaq üçün həmişə vacib namazıar və rövzə məclislərindən sonra və ya səhər çağında etdiyiniz ilk duada Allahı öz Peyğəmbəri (s), onun Əhlibeyti (ə) və habelə Quranı və Kərbəla şəhidlərinin haqqına and verərək istədin ki, Həzrət Mehdi (ə)-ın bundan sonrakı qeybindən sərfi-nəzər edib tezliklə Həzrətin zühurunu yetirsin. Amin ya Rəbbəl-aləmin!
\"Ya Rəbbəl-Husəyni bihəqqil-Husəyni işfi sədrəl-Huseyni bizuhuril-huccəti.\"/Mənbə: \"Mənəvi xəzinələr\" kitabı


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter