Sual: Nə üçün həzrət Mehdinin (əc.) səhabələri haqqında danışarkən, yalnız kişilərdən söhbət açılır, məgər qadınlar bu səadətdən məhrumdur?
Cavab: Buna səbəb zühur haqqında danışılarkən, əsasən döyüş və mübarizə məsələlərinin açıqlanmasıdır. Bu da demək olar ki, yalnız kişilərə xas olan bir işdir. Qadınlar isə arxa cəbhədə və müxtəlif işlərdə İmamın (əc.) dayağı olacaqlar.
Onu da deyək ki, bəzi rəvayətlərdə, həzrət Mehdinin (əc.) 313 nəfər səhabəsi haqqında söz açılarkən, orada qadınların iştirakı haqqında da kəlamlar qeyd olunmuşdur. O cümlədən, İmam Baqir (ə) buyurmuşdur: \"And olsun Allaha! 313 nəfər kişi Məkkə şəhərində bir yerə toplaşacaq. Onların arasında əlli nəfər qadın vardır. Onlar payız buludları kimi bir yer toplaşacaqlar\".
Müfəzzəl nəql edir ki, İmam Sadiq (ə) buyurmuşdur: \"On üç nəfər qadın daim həzrət Mehdi (əc.) ilə birlikdədir\".
Sonra İmam (ə), qadınların işi barədə maraqlanan Müfəzzələ buyurdu:
\"Həzrət Peyğəmbərin (s) dövründə olduğu kimi, bu qadınlar da yaralıları müalicə edəcək və döyüş əlillərinə qulluq edəcəklər\"./ehliwie-samux.