Sual: Həzrət Mehdinin (əc.) zühurunun cahanşümul olduğunu nəzərə almaqla İmamın qoşununun sayı az görünmür?!


Cavab: Xeyr. 313 nəfər zühurun əvvəlində həzrətə (əc.) qoşulacaq, sonra isə günbəgün insan seli ona tərəf axışacaq. O 313 nəfər həzrət Mehdi (əc.) hökumətinin əsas özəyi sayılacaq adamlardır. Məsələn, bir rəvayətdə bu barədə belə buyurulur:
\"İlahi kamala malik 313 nəfər \"Həcərül-əsvəd” lə \"Məqami-İbarahim”in arasında həzrət Mehdi (əc.) ilə beyət edəcək. Onlar, Həzrət Mehdi (əc.) dövlətinin məsuliyyətinin ağır yükünü öz öhdələrinə götürmüşlər\".

Habelə buyurmuşdur:
\"Rumun fəth edilməsi döyüşündə həzrət Mehdinin (əc.) 70000 nəfər \"Allahu Əkbər” şüarı deyən qoşunu iştirak edəcək. Onların ilk \"Allahu Əkbər” gurultulu təkbirilə Ru-mun üçdə bir hissəsi, ikinci təkbirlərinin gurultusu ilə üçdə iki hissəsi, üçüncüsü ilə isə, bütün ərazisi azad olunacaq\".
İmam Baqir (ə) başqa bir rəvayətdə buyurmuşdur:
\"Kufə əhalisindən 70000 sadiq şəxs İmam Mehdini (əc.) himayə etmək üçün ayağa qalxacaq\".

Qəhramanların həyata qayıtması və İmam Mehdiyə (əc.) birləşməsi
Həzrət Mehdinin (əc.) zühuru zamanı baş verən hadisələrdən biri də İmamların, saleh insanların, qəhrəman-ların həyata qayıtması və o həzrətə qoşulmasıdır. Hədis-lərdə həyata dönəcək bu şəxslərin iyirmi yeddi nəfər olduğu bildirilmişdir.

İmam Sadiq (ə) buyurdu:
\"Həzrət Mehdi (əc.) zühur edən zaman Nəcəf şəhərində iyirmi yeddi nəfər peyda olacaq və o həzrətə qoşulacaq. Onlardan on beş nəfəri həzrət Musanın (ə) tayfasındandır. Onlar xalqın hidayəti yolunda çalışacaqlar. Yeddi nəfəri \"Əshabi-kəhf”, qalan beş nəfəri isə bu şəxslərdir:
→Yuşə ibn Nun (İsanın (ə) vəsisi);
→Salman;
→Əbu Dücanə Ənsari;
→Miqdad;
→Malik Əştər\".


Sonra isə belə buyurdu:
\"Bu iyirmi yeddi nəfər, insanların hakimi və İmamın yaxın dayağı olacaq\".

Bu hədis həm iyirmi yeddi nəfərin əzəmətli məqamını bəyan edir ki, onlar bərzəx aləmindən dünyaya qayıdacaq, İmama qoşulacaq və o həzrətin qoşun rəhbərləri olacaq, həm də bizə bu dərsləri öyrədir ki, həzrət Mehdinin (əc.) dostları və onun intizarında olanlar hansı xüsusiyyətlərə malik olmalıdır. Həmçinin, bizə bu dərsi də öyrədir ki, əgər bir şəxs bu müqəddəs vadidə qədəm götürmək istəyirsə, gərək iradə və fikri cəhətdən Salman, Miqdad və Malik Əştər kimi şəxsləri özünə nümunə götürsün.
Həzrət Mehdi (əc.) barəsində olan rəvayətlər içərisində o həzrətin zühuru zamanı 313 nəfər səhabənin Kəbə evinin kənarında İmamın hüzuruna gəlməsi barədə müxətlif təbirli rəvayətlər nəql olunmuşdur. İmam Mehdi (əc.) onların intizarı ilə yaşayır. Onlar əsrin İmamı ilə beyət edəcək ilk insanlardır. Həmin zamandan həzrət Mehdinin (əc.) qiyamı başlanacaq və mərhələ-mərhələ inkişaf edəcək. Onlar həzrət Mehdinin (əc.) bayraqdarı və yer üzünə o həzrət tərəfindən təyin olunmuş hakimlər olacaqlar.
313 nəfər haqqında olan hədislər müxtəlif ibarələrlə nəql olunmuşdur. İslam mənbələrində onlar barədə onlarla hədis mövcuddur.

Keçək nümunə ayələrə:
Hud surəsinin səkkizinci ayəsində belə buyurulur:
\"Həzrət Hud (ə) öz cahil tayfasına belə buyurdu: Kaş sizə qarşı möhkəm dayağım və qüdrətim olaydı! Onda siz yol azmışlarla necə rəftar edəcəyimi özüm bilərdim\".

İmam Sadiq (ə) həmin ayənin təfsirində buyurmuşdur:
\"Bu ayədəki \"qüdrət” kəlməsindən məqsəd, həzrət Mehdi (əc.), \"rükni-şədid” kəlməsindən məqsəd isə, o həzrətin 313 nəfər səhabəsidir\".
Başqa bir rəvayətdə İmam Baqir (ə) belə buyurmuşdur:
\"O 313 nəfər səhabəyə baxıram. Elə bil onlar Kufə şəhərinin uca zirvələrinə doğru qalxırlar. Onların qəlbləri sanki dəmir parçasıdır\"./ehliwie-samux.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter