Məsumların hədisində səbrli olmaq üçün nələr tövsiyə olunur?


Məsumların hədisində səbrli olmaq üçün nələr tövsiyə olunur? Əxlaqi fəzilətləri insan özündə yaratmaq üçün bəzi əməllər tövsiyə olunur. O cümlədən səbr insanda böyük əxlaqi üstün hesab olunur. İlahi övliyalar olan Peyğəmbər və onun Pak Əhli Beyti (ə) bizlərə səbrlilik simasını özümüdə yaratmaq üçün bir neçə əməlləri etməyi tövsiyə ediblər. Bu yazımızda məsumların hədisində səbri yaradan bir neçə amilləri qeyd edirik:
1- Allahın Peyğəmbəri(s):«Kim özünü səbr etməyə vadar etsə, Allah- taala onu çox səbrli edər. Kim paklıq istəsə, Allah onu pak edər. Kim ehtiyacsızlıq axtarsa, Allah onu ehtiyacsız edər. Heç bir bəndəyə səbrdən daha yaxşı və geniş bir nemət bəxş edilməyib.» (Kənzul-Ummal, hədis 6522)
2- İmam Əli(ə):«Səbrin kökü, Allaha həqiqi əminliyin olmasıdır.» (Ğurərul-Hikəm,hədis 3084)
3- İmam Əli (ə):«Xoşagəlməz işlərin müqabilində özünü səbrə vadar et. Necə də gözəl xasiyyətdir, haqqa xatir özünü səbrə vadar etmək.» (Nəhcül-Bəlağə, məktub 31)
4- İmam Əli(ə):«Xoşagəlməz işlərin müqabilində özünü səbrə vadar etmək qəlbi gücləndirər.» (Biharul-Ənvar, c.77,səh. 207, hədis1)


Cənab Rəhbər Ayətullah Xameneinin namazda diqqətli olmaq haqda 10 tövsiyəsi!


Cənab Rəhbər Ayətullah Xameneinin namazda diqqətli olmaq haqda 10 tövsiyəsi! Namazda diqqətli olmaq üçün Cənab Rəhbər Ayətullah Xamenei həzrətləri 10 tövsiyə buyururlar:
1-Namazda diqqəti toplamaq üçün davamlı çalışmaq, 2-Namazda oxuduğumuz zikrlərin mənasını öyrənməyə çalışmaq, 3-Namazdan öncə rəvayətlərdə müstəhəb deyilən əməlləri artırmaq, 4-Namazı (bütün ibadi əməlləri) ixlasla yeganə Allahın razılığı üçün etməyə çalışmaq, 5-Diqqətsiz qılınan namaz qəlbə qəsavət gətirər, (yəni diqqətsiz qılınan namazın zərərləri haqda düşünmək) 6-Namazı xüsusi ilə də cavanlıqda yaxşı namaz qılmağı öyrənmək, 7-Namazı yüngül saymaqdan çəkinmək, 8-Namazı öz vaxtında qılmağa çalışmaq, 9-Namazı camaatla və xüsusi ilə də məsciddə qılmağa çalışmaq, 10-Gündəlik vacib namazların nafilələrini qılmağa çalışmaq lazımdır.


Uşaqlarımızı namaz qılmağa necə həvəsləndirək? - ARAŞDIRMA


Uşaqlarımızı namaz qılmağa necə həvəsləndirək? - ARAŞDIRMA Namaz qılmaq - İlahi bir vacibatdır və hər bir mömin valideyn övladının namaz qılmasını istəyər. Bəs bunun üçün nə edək?
Uşaqlarımızı namaz qılmağa həvəsləndirmək istəyiriksə bu tövsiyələrə diqqət yetirməmiz faydalı olar: 1. Uşaqları Mehriban Allahla elə uşaq dilində tanış edək. 2. Valideyn övladı üçün nümunə olmalı və namazı vaxtında yerinə yetirməlidir. 3. Övladlarınızı dini məclislərə və Quran oxunan yerlərə aparın. 4. Heç bir əqidə və dəyəri övladınız ona meyl etmədən ona yükləməyin. 5. Dini göstərişləri yaxşı olar ki, hekayə və dastan vasitəsilə övladınıza başa salasınız. 6. Övladınıza 3 yaşından sonra təlim verməyə çalışın. 7. Əgər övladınız ibadət edirsə, onu tərifləyin. 8. Övladınızın sübh namazı qılması üçün şərait yaradın. 9. Dini göstərişlərə əməl etməyin heç də çətin olmadığını ona təlqin edin. Müstəhəbləri ilk əvvəl kənara qoyun.


Namazda ibadətin şirinliyini dadmaq üçün tövsiyə olunan əməllər!


Namazda ibadətin şirinliyini dadmaq üçün tövsiyə olunan əməllər! Namazın haqqı odur ki, biləsən namaz Allaha tərəf hərəkət etməkdir. Sən namaz qılan zaman Allahın qarşısında qərar tutursan. O zaman bu həqiqəti qəbul etsən, namaz qılan zaman özünü zəlil, dəyərsiz, müti və xoflu halda görərsən. (Erfan) Namaz – dinimizin ən üstün əməlidir. Əgər Allah tərəfindən qəbul olarsa, o biri ibadətlər də qəbul olar. Əgər qəbul olmazsa, o biri ibadətlər də qəbul olmaz. Yaxşı olar ki, namaz əvvəli vaxtda qılınsın. Namazı yüngül hesab etmək və ona diqqət etməmək ona bənzəyir ki, sanki namazı qılmamısan.
Namazda ibadətin şirinliyini dadmaq üçün bunlara diqqət etmək lazımdır: 1. Namazın savablarına və təsirlərinə diqqət etmək. 2. Namazın dindəki məqamına diqqət etmək. 3. Allahdan qafil edən hər bir işdən çəkinmək. 4. Namazı yüngül hesab edən insanlardan uzaq olmaq. 5. Namazın xüsusiyyətlərinə diqqət etmək.


Qalstukdan və Qərb mədəniyyətini təbliğ edən paltarlardan istifadə etməyin hökmü nədir?


Qalstukdan və Qərb mədəniyyətini təbliğ edən paltarlardan istifadə etməyin hökmü nədir? Qalstuk haqda Ayətullah Xamenei və Sistani həzrətlərinin fetvaları:
1-Qalstuk və sair qeyri-müsəlmanların şüarı sayılan və alçaq qərb mədəniyyətinin yayılmasına səbəb olan geyimlərdən istifadə etmək caiz deyil. Ayətullahul-uzma Seyid Əli Xameneyinin dəftərxanası
2- Haram olmasına səbəb olan ikinci (sanəvi) ünvan ona şamil olmazsa, eybi yoxdur. \"Ayətullahul-uzma Seyid Əli Sistani, \"İstiftaat\",məs.1471\".


Sosial şəbəkələrdən xüsusən \"Facebook\"-dan istifadə etməyin hökmü nədir?


Sosial şəbəkələrdən xüsusən "Facebook"-dan istifadə etməyin hökmü nədir? Sosial şəbəkələrdən xüsusən də \"Facebook\"-dan istifadə etmək haqda iki böyük müctəhidin vetvası:
1-Qeyd olunan sosial şəbəkələrdən istifadə etmək, əgər fəsada (pozğunçuluğu yaymaq, yalan və faydasız mövzuları yazmağa) səbəb olarsa ya günaha düşmək qorxusu yaranarsa və yaxud İslam dini və müsəlmanların düşmənlərinin güclənməsinə səbəb olarsa, icazə yoxdur. \"Ayətullahul-uzma Seyid Əli Xameneyinin dəftərxanası\"
2-Əgər mənfi yönündən istifadə etməyəcəyinə əmindirsə və pisi yaxşıdan ayıra bilirsə, eybi yoxdur, olar. \"Ayətullahul-uzma Şeyx Məkarim Şirazinin dəftərxanası\". fetva.313news


Kişi məhrəmləri olduğu yerdə rəqs edə bilərmi?


Kişi məhrəmləri olduğu yerdə rəqs edə bilərmi? Əksər muctəhidlər yazırlar: Kişi və qadın yalnız öz həyat yoldaşı önündə rəqs edə bilər. yəni kişi və qadın üçün istər məhrəm və istərsədə də naməhrəmlərin olduğu yerdə başqalarının gözü önündə rəqs edə bilməz.
Eləcə də kişilərin kişi məclislərində və qadınların qadın məclislərində rəqs etmələrinə şəriət icazə vermir.
İmam Xomeyninin (r) şəri suallara cavab (istiftaaat) kitabı cild: 2, səh: 35; Ayətullah Məkarim Şirazi həzrətlərinin istiftaatı kitabı, cild: 1, səh: 534.


Al Mustafa Beynəlxalq universitetin Mudiri Ayətullah Ərafi həzrətlərinin həyatına bir baxış!


Al Mustafa Beynəlxalq universitetin Mudiri Ayətullah Ərafi həzrətlərinin həyatına bir baxış! Ayətullah Ərafi 1338 h.ş İranın Yəzd vilayətinin Meybud şəhərində mütədəyyin ailədə dünyaya gəldi. Valideyinləri: Ayətullah Muhəmməd İbrahim Ərafi, anası Meybud şəhərinin pak və nəcib xanımlarından idi.
a) Ustadın təhsili: Ustad orta təhsil müddətini doğma vətənində sona çatdırdı, 1349 h.ş ildə Qum hövzəsinə təhsil üçün qəbul oldu. 6 il ərzində hövzənin müqəddimə dərslərini bitirdi. b) Ustad müqəddəs Qum şəhərində olduğu müddətdə Fəlsəfə, Nəzəri əxlaq, ərəb və İngilis dilləri üzə ixtisasları öyrənməyə müvəffəq oldular. Həzrət Ustad Qum şəhərində olduğunu müddətdə Hövzə və universitetin birləşməsi sahəsində xüsusi təxəssüsdə iclaslar təşkil etdi. c) Həzrət Ustad boş vaxtlarını Əllamə Təbatəbainin əl-Mizanını və İbn Əbil Hədidin Nəhcül Bəlağə şərhini mütaliə etməklə keçirdi. d) Ayətullah Ərafınin ustad və dostları: Ustad təhsil aldığı müddətdə çox sayda böyük alimlərin məhzərindən istifadə etdi. Təfsirdə elmində Ayətullah Meşkini (r), Ustad HəsənZadə Amulinin seçilmiş tələbələrindən, Şəhid Sədrin fəlsəfəsini Ayətullah Seyyid Hairi Yəzdinin dərin dərslərindən bəhrələndi.
Fiqh və Usulun xaric dərsi:: Şeyx Murtəza Hairini, Ayətullah Fazil Lənkərani (r), Ayətullah Vəhid Xorasani, Ayətullah Cavadi Təbrizi, Ayətullah Məkraim Şirazi və Ayətullah Şubeyri Zəncani kimi böyük mərcə təqlidlərin məhzərində öyrəndi. Həzrət Ustad: Hövzənin dəyərli fəlsəfə kitabları olan Əsfar və Fusul əl-Hikəm, Təmhidul Qəvaid kitabların dərkini Ayətullah Cavadi Amulidən və Şəhid Mutəhhəri eləcə də Misbah Yəzdidən bəhrələndi. e) Həzrət Ustadın həmbəhsləri: Muhəmməd Əli Mudərrisi Yəzdi, Muhəmməd Kazim Bəhrami, Əli Nəqi Fəqihi, Muhəmməd Behişti. Bu böyük şəxsiyyətlər İslami maarifdə dərin baxışlara malik ustadlardırlar.


Bu beş ayələri –hər gün 11 dəfə oxumaqla bütün hacətlər asanlaşar!


Bu beş ayələri –hər gün 11 dəfə oxumaqla bütün hacətlər asanlaşar! Hər kim bu 5 ayəni hər gün 11 dəfə oxuyarsa, hər bir hacəti asan olar və tezliklə öz muradına çatar:
1. Ayətül-kürsü.
2. “Ali-İmran” surəsinin 2-ci ayəsi. “اللّهُ لا إِلَهَ إِلاَّ هُوَ الْحَیُّ الْقَیُّومُ
3. “Nisa” surəsinin 87-ci ayəsi. اللّهُ لا إِلَهَ إِلاَّ هُوَ لَیَجْمَعَنَّكُمْ إِلَى یَوْمِ الْقِیَامَةِ لاَ رَیْبَ فِیهِ وَ مَنْ أَصْدَقُ مِنَ اللّهِ حَدِیثًا
4. “Taha” surəsinin 8-ci ayəsi. اللَّهُ لَا إِلَهَ إِلَّا هُوَ لَهُ الْأَسْمَاء الْحُسْنَى
5. “Təğabun” surəsinin 13-ci ayəsi. اللَّهُ لَا إِلَهَ إِلَّا هُوَ وَ عَلَى اللَّهِ فَلْیَتَوَكَّلِ الْمُوْمِنُونَ
Həzrət Peyğəmbər (s) buyurur: “Elə bir ev yoxdur ki, “Ayətül-kürsü” ayəsi orada oxunsun, məgər o halda ki, şeytanlar 30 gün həmin evi tərk edərlər və ora sehr və sehrbaz gəlməz”.


Həzrət Məryəm (s) Quran Kərimdə hansı xüsusiyyətlərlə mədh olunur?


Həzrət Məryəm (s) Quran Kərimdə hansı xüsusiyyətlərlə mədh olunur? Quran tarixdə bir neçə şəxsiyyəti böyük xüsusiyyətlə yad etmişdirdir, onlardan biri də Həzrət Məryəmdir. Quran ayələrində Həzrət Məryəm (s) bu xüsusiyyətlərlə Allah-Taala tərəfindən mədh olunaraq yadd edilmişdir:
1-Həzrət Məryəm (s) Allah nişanəsi və qüdrətinin göstəricisidir. \"Möminun/50\". 2-Həzrət Məryəm (s) İlahi Peyğəmbərin (s) Yəni Zəkəriyya (ə)-ın təbiyyəsi altında böyüdü, \"Ali İmran/37\". 3-Həzrət Məryəm (s) o həddə ilahi dərgahda məqama çatdı ki, Behiştdən onun üçün fəsli olmayan meyvələr gəldi, \"Ali İmran/37\". 4-Həzrət Məryəm (s) Allah tərəfindən seçilmiş və pak edilmiş bir xanım idi, \"Ali İmran/42. 5-Həzrət Məryəm (s) mələklərlə həmsöhbət olardı, \"Ali İmran/42. 6-Həzrət Məryəmə ilahi dərgahdan yeganə Allaha ibadət əmri gəldi, \"Ali İmra/43. 7-Həzrət Məryəmin (ə) pak və iffətliliyinə ilahi təsdiq, \"Təhrim/12. 8-İlahi şəxsiyyətin (Yəni Həzrət İsa (ə)-ın) anası olmağa qabiliyyət və məqam tapdı. \"Nisa surəsi/171.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter