Qadının naməhrəm qarşısında musiqi oxumasının hökmü nədir?


Müctehidlərdən mərhum İmam Xomeyni (rizvanullahi təala əleyh), Ayətullah Bəhcət (quddəsə sirruh), Ayətullah Fazil Lənkərani (ələllahu məqaməh), Ayətullah Təbrizi (qəddəsəllahu nəfsəhu şərifə), hal-hazırda dünya həyatında qeyd də olan Təqlid Mərcəsi Ayətullah Sistani, Ayətullah Nuri Həmədani və Dünya Müsəlmanlarının Ali Rəhbəri İmam Xamenei cənablarının (Allah vücudlarını bəlalardan hifz etsin) nəzərləri belədir: “Xanımların (istər Hicablı istərsə də hicabsız xanımlar olsun fərqi yoxdur) naməhrəm qarşısında oxuduğu musiqi iki sürətdə haramdır:
(1- Ğina – səsi ağızda haram (ləhv və ləib) məclislərinə xas olan şəkildə titrətmək (zəngulə vurmaq) ilə olarsa.
(2- Əgər ləzzət almaq və riybə qəsdi daşıyarsa, həmçinin günaha düşmək qorxusu olarsa və şəhvəti təhrik edərsə ha belə fəsada səbəb olarsa.
Göründüyü kimi əgər qadının kişi xəylaqı qarşısında musiqi oxuması yuxarıda deyilən iki sürət kimi olmazsa bunun heç bir iradı yoxdur.


Əhli Sünnət kitabında İmam Əlinin (ə) bənzərsiz məqam və möcüzəsi!


Əhli Sünnət kitabında İmam Əlinin (ə) bənzərsiz məqam və möcüzəsi! İmam Əlidən (ə) belə rəvayət olunur: Əlini (ə) sevən bir qaradərili var idi ki, o həzrətin xəlifəliyi dövründə oğurluq etdi. Onu Əmirəl-Mömininin (ə) yanına gətirdilər. Əmirəl-Möminin (ə) ondan soruşdu: Oğurluq etmisən? Dedi: Bəli. Onun bu bu əməlinə görə Əli ibn Əbi Talib (ə) onun əlini (barmağını) kəsdi. O qaradərili qul Əmirəl-Mömininin (ə) yanından qayıdarkən Səlman Farsi və İbnul Kərra adlı İmam Əlinin (ə) səhabələri ilə qarşılaşdı. İbnul Kərra qaradərili quldan soruşdu: Sənin əlini kim kəsibdir? Dedi: Mömininlərin əmiri! Peyğəmbərin Yeznəsi və Həzrət Zəhranın (ə) həyat yoldaşı! İbnul Kərra dedi: O sənin əlini kəsib sən isə onu belə tərifləyirsən? Qulam İbnul Kərranın cavabında belə dedi: Niyə tərifləməyim! Bir halda ki, mənim əlimi günahım əvəzində haqq yerə kəsdi və məni cəhənnəm odundan qurtardı. Səlman Farsi qaradərilinin söz və imanını eşidirdi, olanları İmam Əliyə (ə) danışdı. Əmirəl Mömininin (ə) qaradərili şiəsini çağırtdırdı, əlini kəsilmiş barmağının üstünə çəkdi, bir parça ilə bağladı və dua oxudu. Ravi deyir: Göydən səs eşitdim ki, deyirdi: Qulamın əlinin üstündən Əbanı götürün. Elə ki, kəsik əlin üstündən örtüyü götürdük onun əli Allahın icazəsi və mərhəməti ilə öncəki sağlam vəziyyətinə qayıtmışdı. \"Təfsirul Kəbir kitabı\", cild: 21, səh: 89-90.


Təyəmmümün səhih olmasının şərtləri nələrdir?


Təyəmmümün səhih olmasının şərtləri nələrdir? Təyəmmümün səhih olmasının şərtləri:
1-Təyəmmüm üzvləri təyəmmüm alarkən (yəni alın və əllər) pak olmalıdır. Başqa üzvlər nəcis olsa da Təyəmmüm batil olmaz. Amma namaz üçün bədənin bütün üzvlərini paklamaq lazımdır. 2-Alın və əllərin üstü yuxarıdan aşağıya doğru məsh edilməlidir, 3-Üzərinə təyəmmüm edilən şeylər pak və mubah olmalıdır. (yəni qəsbi və başqasının malı olmamalıdır), 4-Təyəmmüm edərkən tərtibə riayət olunmalıdır. Yəni öncə üz sonra, sağ əl və sonra isə sol əlin üstünə məsh olunmalıdır. 5-Təyəmmüm alarkən Muvalata riayət olunmalıdır. Yəni təyəmmümdə fasilə vermədən üz və əllərə məsh olunmalıdır. 6-Əli ilə alın arasında, eləcə də əlin içi ilə arxası arasında məsh edərkən bir şey fasilə salmamalıdır.
Mənbə: Ürvətül-Vüsqa, 1-ci cild, səh: 495; \"Muctehidlərin Tövzihul Məsail\" kitabı, 692, 694, 704 və 706 ci məsələlər.


Ayətullah Mirza Şahabadi tələbəsinə hansı əxlaqi tapşırıqları verdi?


Ayətullah Mirza Şahabadi tələbəsinə hansı əxlaqi tapşırıqları verdi? Ayətullah Mirza Məhəmmədəli Şahabadidən öz tələbəsinə üç əxlaqi göstəriş:
Şahabadinin şagirdlərindən biri bazar əhli idi. Ağa şagirdinin bəndəlik yolunda inkişaf edib geri qalmaması üçün üç əxlaqi göstəriş verdi:
1. Çalışın, namazı vaxtında qılın. Ha-rada olsanız azanın səsini eşidən kimi əlinizdəki işi saxlayıb namaza tələsin. Bacardığınız qədər camaat namazı qılın.
2.Alverdə insaflı olun. Çalışın malları həddindən artıq baha satmayın. Alverdəgözlərinizi bağlayın və dost, tanış, yaxın, özgə, yerli, gəlmə arasında fərq qoymayın.
3.Allahın haqqını vaxtında yerinə ye-tirin. Deməyin ki, hələ bir il vaxt var.


Bərzəxdə veriləcək suallara özümüzü necə hazırlaya bilərik?


Bərzəxdə veriləcək suallara özümüzü necə hazırlaya bilərik? İmam Kazım (ə) buyurur: “Qəbirdə mömindən belə sual olunar: Pərvərdigarın kimdir? O, cavab verər: Allah. Ondan sonra sual olunar: Dinin nədir? Cavab verər: İslam. Ondan sonra sual verilər: Peyğəmbərin kimdir? Deyər: Muhəmməd (s). Sual olunar: İmamın kimdir? İmam Zamanının (ə) adını deyər”. Bu hədisdən göründüyü kimi, bərzəx almində insana dörd sual verilər. Bu sualların hər birinin cavabı behişt qapılarının açarıdır. İndi ki, bu sualların nə olacağını bildik, bəs bu suallara cavab vermək üçün özümüzü necə hazırlaya bilərik?
Mühüm olan - əqidə və inancı qorumaqdır. Biz bu dünyada İslam dininə iman gətirmişik. Ömrümüzdən illər keçər və rahatıq ki, dinimizi tanıyırıq. İnancımız - qəlb inancıdır. Lakin mövzu bu cür sadə deyildir. Bizim inancımız rəftarımız və əməlimizdə də özünü göstərməlidir. Hər nə qədər rəftar, əməlimiz Allah istəyən kimi olarsa, inancımızı möhkəmləndirmiş olarıq. Əqidə ancaq dil əqidəsi olmamalıdır. Bu əqidə bütün bədən üzvlərimizə sirayət etməlidir. Necə ki, Həzrət Peyğəmbər (s) buyurur: “İman - qəlb əqidəsi, dildə demək və bədənlə əməl etməkdir”. Yəni iman gərək bu üç sahədə inkişaf etdirilsin. Qəlb, dil və bədən. Əgər bu üçünü ilahi əmrlərə tabe və şeytani istəklərdən qoruya bilsək dünyada xoşbəxt ölümlə, həm bərzəxdə yüngül hesabla və həm də qiyamətdə xoşsimalı mələklərlə üzləşərik.


Onuncu İmam, Əliyyən Nəqidən (ə) hədislər qeyd edin?


Onuncu İmam, Əliyyən Nəqidən (ə) hədislər qeyd edin? Onuncu İmam Əliyyən-Nəqidən (ə) hədislər:
1-\"Dindarlığın bəlası həsəd, xudbinlik (özünübəyənmə) və iftixardır\" 2- \"Yaxşı sözü hər kəsdən, hətta ona əməl etməsə də belə, götürün\" 3-\"Özü ilə Allah arasında münasibəti islah edənin Allah da insanlarla münasibətini islah edər\" 4- \"Əgər desəm ki, təqvanı tərk edən adam namazı tərk edən adam kimidir, düz demiş olacam!\"
5-\"İki günü eyni olan (bu günü dünənindən daha yaxşı olmayan) ziyandadır\". 6- \"Bəla səbirli şəxs üçün bir, səbirsiz şəxs üçün isə ikidir”. 7-\"Möminin izzəti insanlardan ehtiyacsız olmasıdır\". 8- \"Öz dəyərini anlamayan adamın şərindən qorun\". 9- \"Təvazökarlıq odur ki, xalqla elə davarnasan ki, onların da səninlə elə davranmasını istəyirsən.\" 10- \"Allah yolunda möhkəm olan şəxsə dünyanın müsibətləri asan gələr, hətta tikə-tikə doğransa belə\". 11- \"Günahda israr etmək Allahın məkrindən arxayın olmaqdır. \"Allahın məkrindən yalnız ziyankarlar arxayın olarlar.\"


Bu mesajı 10 nəfər göndər yoxsa başına bəla gələcək! Muctehidlər bu haqda nə deyirlər?


Bu mesajı 10 nəfər göndər yoxsa başına bəla gələcək! Muctehidlər bu haqda nə deyirlər? Müctehidlərin zəncirvari mesajlar haqqında istiftatı: Yəni bir dəstə vardır ki, Məzhəbi əqidələrdən istifadə edərək bir sıra mesajlar yayırlar!
Məsələn: Altı milyon salavat İmam Hüseynin (ə) südəmər balası Əli-Əsğərə təqdim olunur. Sizində payınıza altı salavat deməklə bu mesajı altı İmam Hüseyn (ə) aşiqlərinə göndərmək düşür. Xahiş olunur, bu zənciri qıranlardan olmayın. Mesajı oxuyan kimi siz də səkkiz dəfə \"Ya Əbəlfəzl!\" deyərək, bunu səkkiz nəfərə göndərin. Elə indi gözəl xəbər eşidəcəksiniz.
1- Ayətullah Safi Qulpəyqani: Ümumiyyətlə, bu kimi mesajların gərək düzgün sənədi olsun. Əks halda belə mesajların yayılması caiz (düzgün) deyil. Bu işlərdən çəkinmək lazımdır. 2- Ayətullah Seyyid Əli Xamenei: Bu mesajların heç biri həqiqət deyil və etibarsızdır. Haramdır. 3-Ayətullah Məkarim Şirazi: Bu işlərin heç birinin etibarı yoxdur. Yaxşı olar ki, camaat bu işlərə əl qoymasınlar. ...


Cəhənnəmdə günahkar qadının əzabı haqda Peyğəmbərdən hədis!


Cəhənnəmdə günahkar qadının əzabı haqda Peyğəmbərdən hədis! İmam Əlidən (ə) nəql olunur: \"Bir gün mən və Fatimə ALLAH rəsulunun (s) yanına getdik və o həzrəti (s) ağlayan halda gördük.
Soruşdum, ata-anam sənə qurban, ey Allahın peyğəmbəri (s), niyə ağlayırsan? ALLAHın rəsulu (s) buyrudu: - Ey Əli, məni meraca apardıqları gecə ümmətimdən olan bir dəstə qadının cəzalandırılmasını gördüm. Mən onlara verilən əzabın çətinliyindən heyrətə gəldim. Məni ağladan gördüyüm cansıxıcı əzabların təsiridir:
1. Bir qadın saçlarından asılmışdı və başının iliyi qaynayırdı. 2. Bir qadın dilindən asılmışdı və cəhənnəmin qaynar suyunu boğazına tökürdülər. 3. Bir qadını sinəsindən asmışdılar. 4. Bir qadın bədəninin ətini yeyir və odda yanırdı. 5. Bir qadının qıçı qoluna bağlanmışdı, ilan və əqrəblər bədəninə dolaşmışdılar. 6. Bir qadın ayaqlarından yanar təndirə asılmışdı. 7. Bir qadın odda qızarmış qayçı ilə bədənini qabaqdan və arxadan kəsirdi. 8. Bir qadının əl- üzünü yandırırdılar və o, öz bağırsaqlarını yeyirdi. 9. Bir qadının başı it başı, bədəni eşşək bədəni idi və o, min cür əzaba düçar olmuşdu. 10. Bir qadın it şəkilində idi. Cəhənnəm odu onun arxa tərəfindən girib ağzından çıxırdı. Mələklər onun başına, bədəninə od kösəklər vururdular. Həzrət Fatimə (s) atasından soruşdu : - Ey ALLAHın rəsulu (s), onları bu cür ağır və dözülməz cəzalalara düçar etmiş pis əməllərindən məni xəbərdar et. ALLAHın rəsulu (s) buyurdu: ...


Islam dininin meyxanaya münasibəti necədir?


Islam dininin meyxanaya münasibəti necədir? Meyxana öz-özlüyündə günah deyil. (yəni şeir şəklində olsa.) Amma haram şərtlərlə deyilərsə, günah olur. Yəni haram musiqi sədaları altında meyxana söyləmək günahdır. Eləcə də, meyxananın sözlərində əxlaqa, dini dəyərlərə zidd olan ifadələr işlətmək, söyüş, qeybət söyləmək, yalandan and içmək də günaha səbəb olar.
Ümumiyyətlə, meyxanaların çoxu adətən, mənasız və faydasız mövzulara həsr edilir. Hətta müqəddəs mövzulara toxunulsa belə, bunu bayağı şəkildə və haram məclislərinə xas olan şəraitdə edirlər. Ona görə də, bacardıqca meyxana deməkdən, meyxanaya qulaq asmaqdan uzaq olmaq məsləhətdir. Vaxtımızı daha dəyərli və savablı işlərə sərf etsək həm bu dünyada, həm də axirətdə xeyir qazanarıq.


Kişilər bu qorxularını həll etsələr iradəli və güclü olarlar?


Kişilər bu qorxularını həll etsələr iradəli və güclü olarlar? Xanımlara məsləhət olunur ki, həyat yoldaşlarını bu zəif nöqtələri ilə ailə mühitində sınağa çəkməsinlər. Kişilərin bu zəiflikləri psixoloji cəhətdən onların qürurlarına toxunacaq məsələlərdəndir. Kişilərin qorxuları ibarətdirlər: 1-Uduzmaq, 2-İmkansızlıq, 3-Gülünc görünmək, 4-Dəyişiklik, 5-Tənhalıq, 6-Rədd cavabı almaq, 7-Xəyanət, 8-Hakimiyyət qarşısında,


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter