Məsumların hədisində səbrli olmaq üçün nələr tövsiyə olunur?


Əxlaqi fəzilətləri insan özündə yaratmaq üçün bəzi əməllər tövsiyə olunur. O cümlədən səbr insanda böyük əxlaqi üstün hesab olunur. İlahi övliyalar olan Peyğəmbər və onun Pak Əhli Beyti (ə) bizlərə səbrlilik simasını özümüdə yaratmaq üçün bir neçə əməlləri etməyi tövsiyə ediblər. Bu yazımızda məsumların hədisində səbri yaradan bir neçə amilləri qeyd edirik:
1- Allahın Peyğəmbəri(s):«Kim özünü səbr etməyə vadar etsə, Allah- taala onu çox səbrli edər. Kim paklıq istəsə, Allah onu pak edər. Kim ehtiyacsızlıq axtarsa, Allah onu ehtiyacsız edər. Heç bir bəndəyə səbrdən daha yaxşı və geniş bir nemət bəxş edilməyib.» (Kənzul-Ummal, hədis 6522)

2- İmam Əli(ə):«Səbrin kökü, Allaha həqiqi əminliyin olmasıdır.» (Ğurərul-Hikəm,hədis 3084)

3- İmam Əli (ə):«Xoşagəlməz işlərin müqabilində özünü səbrə vadar et. Necə də gözəl xasiyyətdir, haqqa xatir özünü səbrə vadar etmək.» (Nəhcül-Bəlağə, məktub 31)

4- İmam Əli(ə):«Xoşagəlməz işlərin müqabilində özünü səbrə vadar etmək qəlbi gücləndirər.» (Biharul-Ənvar, c.77,səh. 207, hədis1)


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter