İmam Həsən Muctəba (ə)-ın qoşunu hansı dəstələrdən təşkil tapmışdı?!


İmam Həsən Muctəba (ə)-ın qoşunu hansı dəstələrdən təşkil tapmışdı?! İmam Həsənin(ə) qoşununa yığılmış dəstələr ibarət idi:
1) Hz.Əlinin(ə) şiələrindən ibarət tərəfdarları; 2) Xəvaric; (Onlar Müaviyə ilə döyüşmək üçün bütün yollara əl atmışdılar. Onların İmam Həsənin(ə) dəstəsinə qoşulmasına səbəb Müaviyə ilə düşmənçiliklərinə görə idi.) 3) Dünyapərəst və mənfəətpərəst şəxslər; Bunlar da özlərinə maddi mənfəət əldə etmək üçün İmam Həsənin(ə) ordusuna qoşulmuşdular. 4) İki ürəkli və şəkk edən insanlar; Onların nəzərincə İmam Həsən(ə) kimi böyük bir şəxsiyyətin Müaviyədən elə bir üstünlüyü yox idi. 5) Nəhayət, din xatirinə deyil, əksinə qəbilə düşmənçiliyinə görə və sadəcə öz qəbilə başçılarından itaət edib mübarizəyə qoşulanlar.


Kimlər Qiyamət günü ən çox həsrət çəkər?


Kimlər Qiyamət günü ən çox həsrət çəkər? Quran ayələri insanların həm dünyada və həm də axirətdə çəkəcəkləri həsrətlə bağlı bəzi işarələr etmişdir. (Tebyan)
1. Dünyada olan zaman yaxşı dosta malik olmağın həstərini çəkmək. “Furqan” 28.
Həzrət Peyğəmbər (s) yaxşı dost üçün bəzi meyarlar müəyyən etmişdir. a). Onunla görüşmək sizə Allahı yada salsın. b). Danışığı elminizi artırsın. c) Əməli sizə axirəti xatırlatsın. 2. Həzrət Peyğəmbərin (s) davamçısı olmamağın həsrəti. “Furqan” 27. 3. Kafirlərin möminlərə qələbə çalmaq həsrəti. “Ənfal” 36. 4. Allahın əmrlərinə əməl etmədiklərinin həsrəti. (“Zumər” 56). 4-1. O kəs ki, axirətini dünyasına görə satar. 4-2. O kəs ki, ədalətdən danışar və özü ona əməl etməz. 4-3 O kəs ki, malı haram yolla əldə edər. ...


Ayə və rəvayətlərdə Ustada hörmət haqda nələr tövsiyə olunur?


Ayə və rəvayətlərdə Ustada hörmət haqda nələr tövsiyə olunur? Elm öyrənmək üçün soruş, əziyyət vermək üçün soruşma!
İmam Sadiq (ə) təvazökarlığı tələbə və şagirdin vəzifəsi sayaraq buyurur: “Elm öyrəndiyiniz şəxsə münasibətdə təvazökar olun.” Şəhid Sani bu barədə maraqlı bir hekayət söyləyir: “Həmdan İsfəhani deyir ki, Şərikin hüzurunda olduğum zaman xəlifənin övladlarından biri otağa daxil oldu və divara söykənərək bir hədis barədə Şəriklə sual-cavaba başladı. Şərik ona diqqət yetirmədi və üzünü bizə tərəf çevirdi. Xəlifənin oğlu sualı təkrarladı. Şərik yenə də ona cavab vermədi. Nəhayət xəlifənin oğlu etiraz etdi ki, mənim sualıma cavab verməməyin mənə qarşı təhqirdir. Şərik dedi ki, elm Allahın yanında o qədər əzəmətlidir ki, mən onu kiçiltmək səlahiyyətinə malik deyiləm. Bu sözdən sonra xəlifənin oğlu Şərikin qarşısında iki dizi üstə əyləşdi. Şərik buyurdu ki, elmi bu vəziyyətdə öyrənərlər.” ...


Cənab Rəhbər Ayətullah Xameneinin baxışında duada Allahdan nə istəyək?!


Cənab Rəhbər Ayətullah Xameneinin baxışında duada Allahdan nə istəyək?! “Əvvəl başqaları, sonra özümüz” bu duanın qəbul olunmasında ən böyük addımdır!
Duada iradəniz güclü olsun, böyük istəklər diləyin, dünya və axirət səadəti istəyin. Deməyin ki, bunlar böyükdür, bunlar çoxdur. Xeyr, Allah-Taala üçün bunlar bir şey deyil. Əsas budur ki, siz sözün həqiqi mənasında həmin şərtlərlə istəyəsiniz. Allah-Taala bu istəyi qəbul edəcək.
Yeri gəlmişkən, istəyin kiçik olmasından da qorxmayın, ən kiçik istəkləri də Allahdan diləyin. Hədisdə göstərilir ki, hətta çox dəyərsiz bir şey olan ayaqqabı ipini də Allahdan istəyin. Bir hədisdə İmam Baqir (ə) buyurur: \"Kiçik istəkləri dəyərsiz saymayın. Çünki Allah-Taala üçün ən sevimli mömin ən çox (dua edib) istəyəndir\".


Hamilə analar saleh övladları olması üçün nə etmlidirlər?


Hamilə analar saleh  övladları olması üçün nə etmlidirlər? Hamləlik dövründə ana hansı əmələr etməlidir ki, övladı saleh, yaxşı, dndar və Allahı tanıyan insana olsun?
Ayətullah Vəhid Xorasani övladın saleh olmasından ötrü ananın hamiləlik dövründə etməsi tövsiyyə edilən müstəhəbb əmələrlə bağlı sula cavab verib:
1 – Hamiləlik dövründə ananın müxtəlif durum və halətlərinin bətinindəki uşaqda ciddi təsirləri olur. Allahın köməyi ilə, övladın saleh və Allah adamı olması üçün birinci növbədə günahlar və qəbahətli işlərdən uzaq olmaq lazımdır. 2 – Vacib əməlləri yerinə yetirin. Övladınızın saleh olması üçün indidən, başlançıqdan dua edin. 3 – Hər gün bir qədər Quran oxuyun. 4 – Sühblər sühb namazından sonra, gecələr yatmazadn qabaq 11 dəfə Tövhid surəsini oxuyun və savabının İmam Zamana (ə.c) hədiyyə edin. 5 – Mümkün olduğu təqdirdə Yasin surəsinin hər gün oxumağı unutmayın və onun savabını hər gün 14 məsumdan birinə hədiyyə edin.


Hər kəs tutumu qədər Əlidən (ə) bəhrələnir!


Hər kəs tutumu qədər Əlidən (ə) bəhrələnir! Höccətül- islam vəl- müslimin Şeyx Əbdülhüseyn Tehrani Həzrət Əli (ə)- ı tarixin nümunəvi şəxsiyyəti kimi xarakterizə edərək dedi: Bu nəhayətsiz kamal, mərifət və mənəviyyat okeanından hər kəs dərk, tutm və gücü qədər faydalana bilər və o Həzrtin kəlam və yaşayışından nümunə götürməyə nail olar.
O əlavə etdi: həzrət Əlinin (ə) başına gətirilən müsibətlər və müharibələrə baxmayaraq o, İslam dinin müqəddəs amal və məramlarını həyat keçitmək yolunda tamamailə zəfər əldə etdi.


Məsumların namazın qunutunda oxuduqları dualardan yazın?


Məsumların namazın qunutunda oxuduqları dualardan yazın? Qunut duaları iki: Qunutda istənilən zikrlər, dualar və Quran ayələri oxunula bilər. Hətta bir salavat və ya “Bismillah”, \"Allahummə salli əla Muhəmmədin və ali Muhəmməd\" “Bismillahir-rəhmanir-rəhim”, “Subhanəllah” deməklə də kifayətlənmək olar. Lakin Quranda gələn duaları oxumaq tövsiyə olunur. Məsələn,
“Rəbbəna atina fid-dünya həsənətən və fil-axirəti həsənətən və qina əzabənnar” ayəsini oxumaq.
Yaxud məsum İmamlardan (ə.s) nəql olunan duaları oxumaq daha yaxşıdır. Məsələn, bu zikri: 1-“La ilahə illəllahul-həlimul-kərim. La ilahə illəllahul əliyyul-əzim. Subhanəllahi rəbbisəmavatis-səb və rəbbil-ərəzinəs-səb və ma fihinnə və ma bəynəhunnə. Və rəbbil-ərşil əzim. Vəl-həmdu lillahi rəbbil aləmin”.2-Və başqa dualar: Rəbbəna la tuziğ qulubəna bə`də iz hədəytəna, və həb ləna min lədunkə rəhmətən innəkə əntəl-Vəhhab. 3-Rəbbəna atina fid-dunya həsənəh və fil-axirəti həsənəh və qina əzabən-nar və səlli əla Muhəmmədin və Alihil-əbrar ...


Cənnət kimlərə vacib və kimlərə haram olacaq?


Cənnət kimlərə vacib və kimlərə haram olacaq? A) Cənnət onlara vacib olan kəslər.
1-Peyğəmbər (s):«Kim mənə dilini və şəhvətini saxlamağı zəmanət verərsə, mən ona Cənnəti zəmanət verərəm.» 2-Allahın Peyğəmbəri (s):«Mənim üçün altı şeyi öhdənizə alın, sizin Cənnətə daxil olmağınızı öhdəmə götürüm. Yalan danışmayın, vədinizə xilaf çıxmayın, sizə əmin olana xəyanət etməyin, gözlərinizi (harama) baxmaqdan çəkindirin, şəhvətinizi cilovlayın, əllərinizi və dillərinizi saxlayın.»
B) Cənnət onlara haram olan kəslər.
1-Quran: «Həqiqətən, Allaha şərik qoşana Allah-taala Cənnəti haram etmişdir və onun yeri Cəhənnəmdir.» Maidə/72 2-Hədis: Allahın Peyğəmbəri (s):«Üç şəxsə Cənnət haramdır: (Allaha) minnət qoyana, qeybət edənə, şərab içənə.» 3-Peyğəmbər (s):«Hiyləgər və xəyanətkar Cənnətə daxil olmaz.» 4-Peyğəmbər (s):«Xalqa rəhbər olan kimsə xalqa xəyanət edib hiylə işlədərsə Allah-taala Cənnəti ona haram edər» .


Cənnətə daxil olmağın şərtləri hansılardır?


Cənnətə daxil olmağın şərtləri hansılardır? Cənnətə daxil olmağın şərtləri:
1- Qur’an: «Əgər mömin olan hər bir kişi və ya qadın saleh əməllər yerinə yetirsə, Cənnətə daxil olacaq və onlara xurmanın çərdəyi qədər də zülm edilməyəcək.» Nisa/124 - «Bu həmin Cənnətdir ki, onu təqvalı bəndələrimizə miras verəcəyik.» Məryəm/63.
2-Hədis: Allahın Peyğəmbəri (s):«Üç şey var ki, onlarla Allahın dərgahına gedən kəs istədiyi qapıdan Cənnətə daxil olacaq: gözəl əxlaqı olan, gizlində və aşkarda Allahdan qorxan, haqq onun tərəfində olsa belə mübahisəni tərk edən şəxs.»
Allahın Peyğəmbəri (s):«Hər biriniz Cənnətə daxil olmaq istəyirmi?» Ərz etdilər: «Bəli, ey Allahın Rəsulu.» Peyğəmbər buyurdu:«Arzularınızı qısaldın, ölüm anını gözlərinizin önünə gətirin və Allahdan Allaha layiq olduğu kimi həya edin.»
Allahın Peyğəmbəri (s):«Kim dəvənin iki sağımı arasındakı vaxt qədər olsa belə Allah yolunda cihad edərsə, Cənnətə daxil olar.»
İmam Sadiq (ə):«Üç əməl var ki, hər kəs onlardan birini yerinə yetirsə Allah-taala Cənnəti ona vacib edər: kasıb vaxtında ehsan etmək, hamı ilə gözəl rəftar etmək, insaflı olmaq.»


Həzrət Adəmin (ə) həyatın bir baxış!


Həzrət Adəmin (ə) həyatın bir baxış! Allah öz rəhmət və lütf anlarının birində qurumuş heykələ ruh üfürdü. Heykəl asqırdı və dedi: «Əlhəmdu lillah». Adəm (ə) ayağa qalxdı. Artıq ona ruh üfürülmüş və kamil insan formasına düşmüşdü. O, nəfəs alır, o tərəf bu tərəfə baxırdı. Düşünən və diqqət edən bir insan yaranmışdı. Əllərini tərpədərək yol gedirdi. Gözəllikləri tanıyır, pislikləri dərk edirdi. Həqiqət ona tanış idi. Haqqı və batili, xeyir və şəri, səadət və bədbəxtliyi ayıra bilirdi. Allah mələklərə əmr etdi ki, Adəmə (ə) səcdə etsinlər. Allahın öz qüdrət əli ilə yaratdığı bir məxluqa səcdə etsinlər. Bütün mələklər səcdə etdilər. Mələklər Allaha itaətdən başqa bir şeylə tanış deyildilər. Onlar həmişə Allaha zikr edirdilər, həmişə Allahın qarşısında təslim idilər. Onlar insana səcdə etdilər, çünki, Allah onu yerdə öz canişini və nümayəndəsi kimi seçmişdi. Çünki, Allah onu xəlifə və canişin olaraq bəyənmişdi. Onun məqamı mələklərdən üstün idi. Amma, başqa bir yaranmış ona səcdə etmədi. O, Allahın Adəmdən (ə) altı min il öncə yaratdığı cin tayfasından olan bir məxluq idi. Heç kim bilmir ki, bu altı min il yer illəri kimidir, yoxsa hələlik heç kimin anlamadığı digər səma ulduzları illərindən. Allah-təala cini oddan yaratmışdı. Şeytan Adəmə (ə) səcdə etmədi. Allahın əmrindən boyun qaçırdı. Şeytan təkəbbür və lovğalıq etdi, palçıqdan yaranmış Adəmə (ə) səcdə etməkdən boyun qaçırdı. ...


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter