Bankdan faizden pul goturmegin hokmu nedir?


Bankdan faizden pul goturmegin hokmu nedir? Sual: Bankdan borc götürdükdə bank (borc alınan miqdardan) artıq alacağını şərt еtsə, bu hallarda mükəlləf bеlə borc almaqda şəriət hakimindən və ya onun vəkilindən icazə almalıdırmı? Zərurət və еhtiyac halı olmadıqda bеlə borc almaq caizdirmi?
Cavab: Borc almağın özündə (əslində), hətta hökumət banklarından olsa bеlə, şəriət hakiminin icazəsi şərt dеyil, vəzi hökm cəhətindən sələmli olsa bеlə, düzdür. Amma sələmli olduğu halda təklifi cəhətdən onu almaq haram sayılır, istər müsəlmanlardan alınsın, istərsə də qеyri-müsəlmanlardan, istər İslam dövlətindən alınsın, istərsə də qеyri-müsəlman dövlətindən. Amma harama mürtəkib olmağın caiz olduğu bir həddə zərurət və çıxılmaz vəziyyətə düşməsi istisna olunur. Haram borc şəriət hakiminin icazəsi ilə alınsa bеlə, halala çеvrilmir. Ümumiyyətlə bu məsələdə onun icazəsinin hеç bir rolu yoxdur. Lakin o şəxs bankın ondan artıq alacağına tam əmin olduğu halda bеlə, artıq alınacaq hissəni vеrməyəcəyini niyyət еtməklə haramdan qaça bilər. Sələmli olmadığı halda borc almağın caiz olması zərurət və еhtiyac halları ilə şərtlənmir.


Fatimə Zəhranın (s) buyurduğu gözəl kəlamlarından yazın?


Fatimə Zəhranın (s) buyurduğu gözəl kəlamlarından yazın? ABNA saytı: Beheşt cavanlarının, Həsən ilə Hüseynin (ə) Anası, Allah Təalanın məxluqatları üzərindəki höccətinin buyurduqları gözəl kəlamlarının 15 mərninin tərcüməsi:
1- Əhli Beytin (ə) məqam və mənziləti: Həzrət Zəhra (s): “Əzəmət və Nuruna xatir göylərdə və yerdə olanların hammısının vəsilə ilə ona yaxınlaşmaq istədikləri Allaha həmd və səna edin. Biz Onun yaratdıqları sırasındakı vəsilələrik.)” 2- Həzrət Zəhra (s) İmam Əlini (ə) tanıtdırır: “O, Rəbbani və İlahi rəhbərdir, Nurun təcəssümü və bütün mövcudların diqqət mərkəzidir, Pak (və şirkə aludə olmayan) nəslin övladıdır, Haqqı söyləyən hidayətçidir. O, İmamlığın və Liderliyin dairə mərkəzidir.” 3- İxlasla ibadət etməyin faydaları: Həzrət Zəhra (s) “Hər kəs Allaha xaliscəsinə ibadət edib, Allah xatirinə işlərini görərsə, Allah Təala ən layiqli məsləhət və bərəkətlərini ona əta edər.” 4- Həzrət Zəhra (s) Şiələri üçün etdiyi duaları: “İlahi! Ey Mövlam mənim! Özüvün seçdiyin Övliya və Şəxsiyyətlərə xatir, övladlarımın (Şəhadətimdən sonra) mənim ayrılığıma görə, dalımca ağlamaqlarına xatir Səndən mənim və (pak) övladlarımın günahkar Şiələrini bağışlamağıvı diləyirəm.” 5-Cənnətin ən üstün şəxsləri Şiələrdir: ...


Həzrət Zəhra (s.ə) evinin 6 xüsusiyyəti nələr idi?


Həzrət Zəhra (s.ə) evinin 6 xüsusiyyəti nələr idi? Hədislərə və tarixə nəzər salaraq, Həzrət Fatimənin (s.ə) evinin maddi və mənəvi xüsusiyyətlərinə nəzər sala bilərik:
1. Həzrət Peyğəmbər (s) tərəfindən bağışlanmışdı. 2. Tək ev idi ki, qapısı məcsidə bağlı deyildi. 3. Nurlu ev. Bu evin xüsusi nuru və cəlalı var idi. 4. Həzrət Peyğəmbərin (s) namaz qıldığı və ibadət etdiyi evdir. 5. Mələklərin gedib-gəldiyi məkandır. 6. Sadə və təmtəraqdan uzaq. Bu evdə dünya təmtəraqından əlamət yox idi.


İslamda qiblənin dəyişməsinin fəlsəfəsini yazın?


İslamda qiblənin dəyişməsinin fəlsəfəsini yazın? İslam tarixinin səhifələrinə baxdıqda görürük ki, müsəlmanların tarixində ən əsaslı hadisələrdən biri də qiblənin dəyişməsi oldu. Yəni İslamda namaz vacib olan zamandan müsəlmanlar ibadətlərini Beytul Müqəddəsə tərəf durar və Allaha bəndəlik edərdilər. İslam Peyğəmbəri (s) İlahi əmrə əsasən Məkkədən Mədinəyə hicrət etdikdən sonra, bir neçə ay sonra Allah-Taala Peyğəmbərə (s) əmr etdi ki, gunorta namazının ikinci rəkətində namazının istiqamətini Məkkəyə \"Kəbəyə\" çevirsin. Amma gələk sualımızın cavabına ki? niyə müsəlmanlar bir müddət Beytul Müqəddəsə tərəf ibadətlərini edir və sonra üzlərini Məkkə məscidinə çevirirlər?!
İslam tarixində bu hadisənin baş verməsinə bir neçə səbəb və fəlsəfə deyilmişdir ki, ibarətdirlər: 1-İslam ümmətinin imtahanı, 2- Müşrik və yəhudilərin xəttindən müsəlmanları ayrımaq üçün, 3-Daha üstün bir həqiqətin göstəricisi, 4-Torpaqların hansının üstün olmasını Allah təyin edir. 5-Yəhud dinindən üstün dinin gələ biləcəyi inancını sındırmaq üçün, 6-Ərəbləri İslam dinini qəbul etməyə həvəsləndirmək məqsədi ilə,


Həzrət Musa (ə) Kərbəla torpağına gəldikdə nə baş verdi?


Həzrət Musa (ə) Kərbəla torpağına gəldikdə nə baş verdi? Həzrət Musa (ə) canişi Yuşə ibn Nunla Kərbəla torpağında:
Bir gün Həzrət Musa (ə) Yuşə ibn Nunla səyahət edirdi. Həzrət Musa (ə) Kərbəla torpağında çatdıqda həzrətin ayaqqabısı çırıldı, qaytanı açıldı və ayağına bir tikən bataraq qanı o torpağa axdı. Üzünü Allaha tutub dedi: İlahi! Mən nə günah etmişəm ki, başıma bu iş gəldi?!
Ona Vəhy olundu ki, Bu yerdə Huseyin ibn Əli (ə) qətlə yetiriləcək və qanı nahaq yerə töküləcək. Bunun üçün sənin qanın bu torpaqda axdı. Ərz etdi: İlahi! Huseyin kimdir? Cavab gəldi: O Sonuncu Peyğəmbərin (s) qız nəvəsi və Əliyyi Murtəzanın (ə) oğludur.
Soruşdu onun qatili kimdir? Deyildi: Huseyin ibn Əlini (ə) şəhid edən şəxs dənizdəki balıqların, səhradakı vəhşi heyvanların və eləcə də havada olan bütün quşların lənətinin altında qalacaq şəxsdir. Həzrət Musa (ə) əlini qaldırdı və İmam Huseynin (ə) qatilinə lənət oxudu, Yuşə ibn Nun isə amin dedi. Sonra yollarına davam etdilər.
Mənbə: Bihar əl-Ənvar hədis kitabı, yazıçısı: Məhəmməd Baqir Məclisi, cild: 44, səh: 244, hədis: 41.


Tövbənin axirətdə görsənəcək parlaq nəticələri nələrdir?


Tövbənin axirətdə görsənəcək parlaq nəticələri nələrdir? İmam Sadiq (ə) buyurur: «Bəndə tövbə edəndə Allah-taala onu sevir, dünyada və axirət aləmində onun günahlarını bağışlayır, onun etdiyi günahları günahlarını yazan mələklərin yadından çıxarır. Onun bütün bədən üzvlərinə əmr verir ki, onun günahlarını gizlətsinlər və günah etdiyi yerlərə əmr verir ki, onun günahını gizli saxlasınlar». Sonra buyurdu: فَيَلْقَى اللهَ حِينَ يَلْقاهُ وَلَيْسَ شَـْيءٌ يَشْهَدُ عَلَيْهِ بِشَـْيء مِنَ الذُّنُوبِ «Deməli, tövbə edən şəxs elə bir halda Allahın görüşünə gedəcək ki, onun günahlarına şəhadət verən heç bir şey olmayacaq». Qabaqda qeyd etdiyimiz kimi, «Təhrim» surəsinin 8-ci ayəsində möminlərə xalis tövbə etmək əmr olunubdur. Bu barədə xalis tövbənin axirətdə görsənəcək 5 nəticə və səmərəsinə işarə olunub:
1. Günahların bağışlanması. 2. Allahın nemətləri ilə dolu olan behiştinə daxil olmaq. 3. Qiyamətdə rüsvay olmamaq. 4. Bu dünyada iman gətirib yaxşı işlər görməyin nuru qiyamət günü tövbə edən şəxslərin sorağına gəlib onlarla birlikdə hərəkət edir və behiştin yolunu onlara göstərir. 5. Onların tövbədən sonra Allaha diqqətləri çoxalır, Allahdan mənəviyyət nurunun vücudlarında çoxalmasını və günahlarının daha kamil şəkildə bağışlanmasını istərlər.


Allah-taala üç şeyi bütün insanlara vacib edib, onlar nələrdir?


Allah-taala üç şeyi bütün insanlara vacib edib, onlar nələrdir? İmam Baqir (ə) buyurur: Allah-taala üç şeyi bütün insanlara vacib edib:
1. İnsaflı olmaq. Yəni hər nəyi özünə bəyənirsən başqasına da bəyənəsən, özünə qarşı istəmədiyin şeyi başqasına rəva bilmiyəsən,
2. Mömin qardaşın yolunda fədakarlıq etmək. Əlindən gələndən artığını etməyə çalışmaq.
3. Həmişə Allahı yada salmaq. Əsasən Allahın vacibatlarını yerinə yetirməkdə və insan günaha yaxınlaşan zaman Allahı yadına salıb günahdan uzaqlaşsın,
İmam sonra bu ayəni oxudu: «Təqvalı insanlar şeytanın vəsvəsələrinə düçar olsalar, Allahı yada salarlar və haqqı görərlər». «Əraf», 201


İslamın müsəlman xalqın iqtisadiyyatının güclənməsi üçün tövsiyələri nələrdir?


İslamın müsəlman xalqın iqtisadiyyatının güclənməsi üçün tövsiyələri nələrdir? İslam iqtisadiyyatının bünövrəsini aşağıda qeyd olunan iki qanun təşkil edir; 1. İslam cəmiyyətində israfa yol verilməməlidir. 2. Müsəlmanlar yaşayan cəmiyyətdə yoxsul adam olmamalıdır. Bu iki qanun çox çətinlikləri həll edir! Lakin bu iki qanundan əlavə islam iqtisadiyyatında bəzi cüzi məsələlər də vardır ki, onların düzgün icrası bütün iqtisadi problemləri aradan qaldıracaqdır.
Nəticədə cəmiyyət yoxsulluqdan yaranan günahlardan saflaşacaqdır. Bu məsələlər aşağıdakılardır: 1. İslam dinində sərvət «əmanət» hesab olunur. 2. Təbiətdən istifadə etməkdə hamı bərabərdir. 3. Təkcə fiziki işin köməyi ilə deyil, həm də yüksək ixtisaslı kadrların güclü fəaliyyəti iqtisadi yoxsulluğu aradan qaldırar. 4. Xeyirxah iş görmək ibadət hesab olunur. 5. İslam dinində həm cəmiyyətin hüquqları qorunur, həm də fərdi hüquqlar, 6. İslamda hər hansı iş görmək müqəddəs məqsədlər üçündür. 7. İslam dinində qazanc dalınca getmək izzət dalınca getmək deməkdir. 8. Fəhlənin muzduna xəyanət etmək ən böyük günahlardan sayılır. 9. Bu dünya və onda olan var-dövlət insan üçün son məqsəd yox, haqqa qovuşmaq üçün vasitədir. 10. Müsəlman olan şəxs həm dünyasını, həm də axirətini təmin etməlidir. Amma dünya əsasən axirətyönlü olmalıdır. 11. Həm kişi, həm də qadın özlərinə münasib bir işdə işləməlidirlər.


Quran ayələrinə əsasən insana vacib olan həyanın növ və yeriləri haradır?


Quran ayələrinə əsasən insana vacib olan həyanın növ və yeriləri haradır? Ən böyük həya Allah qarşısında həya etməkdir (yəni xəlvətə düşəndə günahdan çəkinmək kamil həya hesaba gəlir). (Qərərul Hikəm, 5451 hədis). Quranda «həya» məfhumuna aid müxtəlif ayələr nazil olub, məsələn:
1. Dil həyası, «Ənam/108. “Kafirlərin Allahın əvəzinə çağırdıqlarını (bütlər və cinləri) söyməyin ki, onlar da ədavət və nadanlıq üzündən Allahı söyərlər”. 2. Danışıq həyası, «Əhzab/32. “Siz, ey Peyğəmbərin zövcələri! Siz təqvalı olsanız, başqa qadınlar kimi deyilsiniz. ... Gözəl (təhrik və işvədən uzaq) danışın”. 3. Yol gedəndə həyalı olmaq, «Qəsəs/25. “O iki qadından biri – yüksək həya ilə utana-utana onun yanına gəlib dedi: « (ey Musa) Atam bizim üçün ... 4. Qonaqlıqda həyalı olmaq, «Əhzab/53. “Ey iman gətirənlər, Peyğəmbərin evlərinə daxil olmayın, amma əgər yemək üçün sizə izn verilsə bu istisnadır. (Erkən gedərək) onun (yeməyin) hazırlanmasını gözləməyin. ...” 5. Bir yerə baxanda həyalı olmaq, «Nur/30-31. “Mömin kişilərə de ki, (başqalarının ayıb yerləri və yad qadının bədəni kimi baxılması haram olan şeylərlə qarşılaşanda) gözlərini yumsunlar ...\" 6. İqtisadi məsələlərdə həyalı olmaq, «Bəqərə/273. “ ... Nadan (kasıb və şəxsiyyətli insanları) onları çox iffətli (həyalı) olduqları üçün imkanlı hesab edər ... ” 7. Camaatın evinə daxil olan zaman həyalı olmaq, «Nur/58-59\". “Ey iman gətirənlər, sizin qullarınız və həddi-buluğa çatmayanlarınız (şəxsi yaşayış yerlərinizə daxil olanda qəflətən girməli deyil,) üç dəfə (üç vaxtda) icazə almalıdırlar ...


Peyəmbər (s) şərab alverində on dəstəni lənətləmişdir?!


Peyəmbər (s) şərab alverində on dəstəni lənətləmişdir?! İslam Peyğəmbəri şərab ilə əlaqədar 10 dəstəni lənətləmişdi. Bunlar aşağıdakılardır:
-1. Şərab düzəltmək məqsədilə üzüm əkən; -2. Şərab düzəltmək məqsədilə əkilən üzümü qoruyan; -3. Şərabı hazırlayan; -4. Şərab içən; -5. Başqalarına şərab verən; -6. Şərab daşıyan; -7. Şərab satan; -8. Şərab alan; -9. Şərab ticarəti ilə məşğul olan; -10. Şərab alverində dəllallıq edənlər.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter