İmam Hüseyn (ə)-dan düşündürücü hədis


İmam Hüseyn (ə)-dan düşündürücü hədis İmam Hüseyn (ə.s) dan soruşdular: Ey Rəsulallahın övladı (ə.s),səhərin necə açıldı? Buyurdu: Səhərim elə bir halda açıldı ki,məndən bir neçə şey istənilirdi:
1. Allah məndən vacibatı yerinə yetirməyimi,
2. Peyğəmbər (s.a.v.v) öz sünnəsinə əməl etməyimi,
3. Nəfsim nəfsani istəklərə cavab verməyimi,
4. Şeytan günah etməyimi,
5. (Əməlləri yazan) iki mələk düzgün əməli,
6. Ölüm mələyi ruhumu,
7. Qəbir isə cəsədimi istəyirdi.
Mən də bu xislətlər arasında idim. (Biharul-ənvar,76/15)


İmam Hüseyn (ə) dövründə olan insanları üç dəstəyə bölmək olar!


İmam Hüseyn (ə) dövründə olan insanları üç dəstəyə bölmək olar! Tarixi cərəyanşünaslıq nəzərindən İmam Hüseyn (ə) dövründəki cəmiyyəti ümumi 3 cərəyana təsnif etmək olar:
-Birinci cərəyan Seyyidüş-Şühəda özü və onun köməkçiləridir. Bu insanlar yüksək mərifət sahibi idilər, öz dövrlərindəki dini məsələləri yaxşı dərk edirdilər. Onların nəzərincə, İmam bütün xəta və səhvlərdən məsum, nəfs istəklərinə tabe olmayan həqiqi mömin idi. Qeyd etməliyik ki, Təkcə sağlam baxış insanı səhvdən qoruya bilmir.
-İkinci cərəyana Yezidin rəhbərlik etdiyi əməvilər daxil idi. Onların baxışı zülm və fəsad üzərində qurulmuşdu. Bu gün biz Yezidin azğın olduğunu tam aydın dərk edirik. Amma həmin dövrdə bunu təyin etmək o qədər də asan deyildi.
-Üçüncü cərəyan iki cərəyan arasında yerləşir. Bu cərəyanı taımağın xüsusi əhəmiyyəti var. Bu cərəyandan olanlar bəzən zahirdə, bəzən isə batində İmam Hüseyni (ə) sevənlər idilər. Amma onların sevgisi Kərbəlada olanların sevgisi kimi deyildi. Bu sevgi onların Aşuraya üz tutması üçün bəs etmədi. Bu cərəyana daxil olan qruplar müxtəlif bəhanələrlə İmam Hüseyn (ə) qiyamına qoşulmadılar. Bunların dünya maraqları onların haqq yolu ilə getməsinə mane olurdu.
Əhnəf bin Qeys deyir: \"Biz Əbəl-həsən (ə) övladlarını sınaqdan keçirmişik. Onların hakimiyyət, var-dövlət toplamaq, müharibədə hiylə gücü yoxdur.” O öz cavabı ilə Əhli-Beytlə (ə) keçmişdəki dostluğunun sirrini açmış oldu.


Serialların ailələri məhv edən 8 CƏHƏTİ


Serialların ailələri məhv edən 8 CƏHƏTİ Psixoloqlar serialların gənclər üzərindəki təsirini araşdırdılar, dəhşətli nəticələr ortaya çıxdı.
Araşdırmanın nəticələri:
1. Əsas olan eşqdir, xoşlanmadır. Bunun üçün evlilik, namus və ata-ana fəda edilə bilər.
2. Kasıb insanlar əsla xoşbəxt ola bilməzlər. Xoşbəxt olmağın tək yolu zəngin və ya məşhur olmaqdır.
3. Nikahsız cinsi əlaqəyə girməkdə heç bir problem yoxdur. Əgər böyümüsənsə, istədiyin qız və ya oğlanla istədiyin şəkildə bərabər ola bilərsən.
4. Kiminsə qiymətli, dəyərli və bəyənilən olması üçün gözəl, yaraşıqlı və zəngin olması vacibdir. Əks halda cəmiyyətdə dəyərsiz hesab edilir.
5. Başqalarını alçaltmaq və gözdən salmaq səni məşhur edər.
6. Yalan danışmaq və oğurluq etmək yaxşı məqsədlər üçün edilirsə, bu günah sayılmır.
7. Əgər ata və anan bir-birinə ilk günki kimi aşiq deyilsə, boşanıb başqaları ilə evlənməlidir və sən də onları dəstəkləməlisən.
8. Qadının gözəl olması onun arıqlığından və mini ətək geyinməsindən asılıdır. Kişinin yaraşıqlı olması isə güclü əzələlərdən və bunu hər fürsətdə göstərməkdən asılıdır.


İmam Əlinin (ə) hədisində qadınların ən yaxşı sifətləri kişilərdə olarsa eyibdir?!


İmam Əlinin (ə) hədisində qadınların ən yaxşı sifətləri kişilərdə olarsa eyibdir?! Qadında bu 3 xasiyyət bəyənilir, amma kişidə olarsa ona eyb olaraq nisbət verilər:
Əmirəlmömnin Əli (ə) buyurur: \"Qadınlarda bəzi sifətlər var ki, əgər onlar kişilərdə görünərsə eyib olaraq hesaba gələr. Qadında Qürur, qorxaqlıq və paxıllıq bəyənilir. Çünki qadında əgər qürur olarsa özünü başqasına göstərməyə çalışmaz, Əgər qadında paxıllıq olarsa özünün və ərinin malına xəyanət etməkdən çəkinər, Əgər qadın qorxaq olarsa adını ləkələyən hər bir şeydən uzaqlaşmağa çalışar. Nəhcül-Bəlağə, Hikmətli-kəlam/234. Mizanul-Hikmət kitabı: 510
Kişidə qürur olarsa başqalarını dəyərsiz sayar və nəticədə özünü bəyənmə xəstəliyinə düçar olar, Əgər kişidə paxıllıq olarsa kişinin zinəti olan səxavət simasını əldən verər, əgər kişidə qorxu olarsa qeyrətini əldən verər.


Fərəc duasının tərcüməsini yazın?


Fərəc duasının tərcüməsini yazın? Rəhman və Rəhim Allahın adı ilə.
İlahi,bizim bəla və müsibətlərimiz böyüdü və bizim çarəsizliyimiz aşkar oldu və işin üstündən pərdə götürüldü və ümidim ümidsizliyə çevrildi və yer bizə daraldı və səmanın rəhməti bizdən əsirgəndi.Və yalnız Sənsən bizim kömək və yavərimiz,və bizim şikayətlərimiz Sənədir.Və hər bir çətinlik və asanlıqda yeganə arxalandığımız Sənin lütfündür.İlahi salavat göndər Muhamməd və Ali Muhammədə,hansılar ki,ilahi əmrin sahibidirlər(ulil-əmrdirlər) ,və bizə Onların itaətini vacib etdin və bununla Onların məqamını bizə tanıtdın.Belə isə Onların mənziləti və qədrinə xatir bizə fərəc və genişlik ver,özü də çox tez və yaxın,bir göz qırpımında vəya ondan daha da tez əta et! Ey Muhamməd ey Əli,ey Əli ey Muhamməd.Siz mənə kifayət edin ki,yalnız Siz kifayət edənsiniz.Mənə kömək edin ki,yalnız Siz mənim kömək edənimsiniz.Ey mənim mövlam,ey Sahibəzzaman.Fəryada yet,Fəryada yet,Fəryada yet,Məni dərk et,Məni dərk et,Məni dərk et,Elə bu saat,Elə bu saat,Elə bu saat,Tez,Tez,Tez,ey mehribanlarin ən mehribanı,Muhamməd və Onun pak ailəsinə xatir...


Başqasının bağına icazə almadan girmək olarmı?


Başqasının bağına icazə almadan girmək olarmı? Başqasının bağına ziyan vurmamaq şərti ilə girməyin hökmü:
Əgər bir şəxsin bağ və ya torpağından istifadə etmək istəsək almaq lazımdır. Amma əgər istifadə etmək üçün əminlik ola ki, sahibinin heç bir narazılığı yoxdur o torpaqdan keçmək və bağın məhsulundan istifadə etmək icazəlidir.
Bu barədə müctəhidlərin cavabları:
1-Ayətullah Xamenei: Başqasının torpağından keçmək və ya bağının məhsulundan istifadə etmək üçün icazə almaq vacibdir.
2-Həzrət Ayətullah Sistani: Əgər bağ və topağın hasarı olmasa və narazılıq əlaməti olmasa istifadə etmək olar. misal üçün qohumların bağ və torpağından istifadə etmək barədə razılığı olduğuna əmin olsa icazə almaq lazım deyil.
3-Ayətullah Safi: Bu əməl qəsb etmək hesab olunur və icazəli deyil.
4-5: Ayətullah Məkarim Şirazi və Nuri Həmədani: Fərz olunan sualın cavabı budur ki, sahibinin icazəsi olmadan istifadə etmək qadağandır.


Yezid necə bir şəxs idi və necə öldü?


Yezid necə bir şəxs idi və necə öldü? Yezid ibn Müaviyə Əməvi nəslindən, ana tərəfdən Bəni Kəlb nəslinə bağlı idi. Yezid cavanlığından eyş-işrətə, içkiyə, musiqiyə, zinaya, meymunbazlıq və itbazlığa həvəsli idi. Onun hakimiyyətində günah və fisq açıq-aşkar edilən əmələ çevrildi,
Yezid atasının sağlığında hakimiyyət işlərinə qarışmadan, eyş-işrət içində gününü keçirirdi. Bundan iki il sonra - hicri 63-cü ildə Yezid ona qarşı qiyam qaldırmış Mədinə əhalisini amansızlıqla cəzalandırdı. Yezidin qoşun başçısı olan Müslim ibn Əqəbənin əsgərləri Mədinədə üç gün rüsvayçıdıq etdilər. Qadınların və qızların namusu tapdalandı.
Ibn əl-Cövzi bunları nəzərdə tutaraq deyirdi: \"Nə deyim bir adamın barəsində ki, üç il hakimiyyət sür¬müş, birinci il Hüseyn ibn Əlini qətlə yetir¬miş, ikinci il Mədinə əhalisini qorxudub ca¬maatın qanını halal elan etmiş, üçüncü il də Allahın evini mancanaqlardan daşa tutmuş¬dur?\" (Təzkirətül-xəvass, səh-291-2).
Yezidin ölümü: hicri 64-cü il 14-15 rəbiüləvvəl ayında, 39 yaşında öldüyü deyilir. Mərhum Şeyx Səduq yazır ki, Yezid gecə sərxoş halda yatdı, səhər onu ölmüş vəziyyətdə gördülər. Bədəni qapqara qaralmışdı, sanki dərisinə qatran sürtmüşdülər. (Məlunun ölümü haqda bir neçə nəzəriyyələr var.) Bir çox müsəlman alimləri Yezidin törətdiyi zülmlərə əsaslanaraq, onun ruhuna lənət oxumağı icazəli bilmiş, hətta onu kafir saymışlar.
Şiə məzhəbinin isə məsələyə münasibəti birmənalıdır. Peyğəmbərin nəvəsini qətlə yetirmək üçün əmr verdiyinə, qeyri-islami və qeyri-əxlaqi həyat tərzi sürdüyünə, eləcə də, istər söhbətlərində, istərsə də yazdığı şeirlərdə açıq-aşkar küfr əqidəsini tərənnüm etdiyinə görə şiələr Yezidi kafir sayır və lənətə layiq bilirlər.


Həzrət Zeynəbin (ə) dilincə behiştdə gedən xanımın hansı xüsusiyyətləri olmalıdır?


Həzrət Zeynəbin (ə) dilincə behiştdə gedən xanımın hansı xüsusiyyətləri olmalıdır? Həzrət Zeynəb (ə) buyurur: \"Əgər bir müsəlman xanım düzfikir və düzəməlləri ilə namaz qılarsa, Ramazan ayının orucunu tutarsa, və özünün iffətini və hicabını təmiz qorumaqda çalışqanlıq göstərərsə, həyatyoldaşı ilə uyğunlaşmağa çalışıb onun haqqlarını tapdamarsa ona qiyamət günü deyilər behiştin hansı qapılarından istəyirsən behiştin gözəllik və nemətlərinə daxil ol.\" mihan24.com


Həzrət İsa (ə)-ın hədisində insanın üzünün çirkinləşməsinin səbəbi nə olaraq tanıtdırılır?


Həzrət İsa (ə)-ın hədisində insanın üzünün çirkinləşməsinin səbəbi nə olaraq tanıtdırılır? Həzrət İsa (ə)-ın hədisində insanın üzünün çirkinləşməsinin səbəbi:
İslam Peyğəmbərindən (s) nəql olunur: \"Həzrət İsa (ə) bir şəhərə daxil olarkən bir kişi və qadının çəkişməsinə şahid oldu. İsa (ə) soruşdu: Niyə çəkişirsiniz? Kişi dedi: Ey Allahın Peyğəmbəri (ə) bu qadın mənim həyatyoldaşım və çox yaxşı xanımdır. Amma mən onu sevmirəm və ondan ayrılmaq qərarına gəlmişəm. İsa (ə) buyurdu: Nə üçün ondan ayrılırsan və sevmiyirsən? Kişi dedi: Xanımımın üzü qocalıb, özü cavan olsa belə. Həzrət İsa (ə) üzünü qadına çevirərək, buyurdu: Üzünün yenidən təravətli və bəyənilən vəziyyətə qayıtmasını istəyirsən? Qadın ərz elədi: Bəli. İsa (ə) buyurdu: Bir şey yeyəndə doymazdan öncəyə qədər ye. Çox yeyərək mədəni doldurursan, və yemək mədəndə çox olaraq acılıq verir və Ruhu qocaldır. Ruhun qocalığı isə üzdə özünü göstərir. O qadın Həzrət İsanın (ə) dediklərinə əməl etdi. Xanımın üzünün gözəlliyi geri qayıtdı və yenidən ailəsində sevinclik yarandı.


Cümə namazı qılmağın 4 əsas fəlsəfəsi


Cümə namazı qılmağın 4 əsas fəlsəfəsi Allahın rəsulu (s) cümə namazını “fəqirlərin həcci” hesab edir və onu günahların bağışlanma səbəbi bilirdi.
Cümə namazı müsəlmanların qüdrət və vəhdətinin nümayişi, namaz qılan möminlərin vədəgahı, görüş yeridir.
Allahın rəsulu (s) hicrətin əvvəlində Mədinəyə çatarkən xalq üçün birinci cümə namazını bərpa etdi. Bununla da belə bir əzəmətli və həyatverici yığıncağın əsasını qoydu.
Bu namazın siyasi yönümləri vardır. Xütbə oxuyan və ya İmam-cümə, ya müsəlmanların hakimi, ya da hakimiyyət tərəfindən bu iş üçün seçilmiş şəxs olur. Bu siyasi ibadətin ictimai, tərbiyəvi, həyatverici təsirləri, bərəkətləri çoxdur.
Cümə namazının əsas 4 fəlsəfəsi: 1. Qardaşlıq ruhiyyəsinin güclənməsi, 2. İslam qüvvələrinin mütəşəkkilliyi, 3. Müsəlmanların düşüncə və siyasi baxımdan inkişafı, 4. Birlik ruhiyyəsinin güclənməsi.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter