Qiyamət günü Allah-Taala kimləri rəhmətindən məhrum edər?


İmam Sadiq (ə) buyurur:
«Allah-təala qiyamət günü üç dəstə insanla danışmaz, onların günahını bağışlamaz və onları çətin əzaba düçar edər:
1. Özlərini yalandan Allah tərəfindən təyin olunmuş rəhbər kimi tanıtdıran şəxslər.
2. Allah tərəfindən təyin olunmuş rəhbəri inkar edən şəxslər.
3. Bu iki dəstəni müsəlman bilən şəxslər.» (Üsuli-kafi, 1-ci cild, 373-cü səh.) Bir şeyə diqqətli olmaq lazımdır ki, ali rütbəli şəxslərin cəmiyyətdə böyük rolu olduğu kimi, kiçik dövlət işçiləri də öz səviyyələrinə uyğun cəmiyyətdə yer tuturlar. Deməli, onlar düz adam olsalar, rəhbərlik etdikləri cəmiyyətin də doğru yolda, düzgün inkişafını təmin edəcəklər. Yox əksinə olsa, onların cəmiyyətdə mənfi təsir qoyması şübhəsizdir. nur-az


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter