İmam Hüseyn (ə)-dan düşündürücü hədis


İmam Hüseyn (ə.s) dan soruşdular: Ey Rəsulallahın övladı (ə.s),səhərin necə açıldı? Buyurdu: Səhərim elə bir halda açıldı ki,məndən bir neçə şey istənilirdi:
1. Allah məndən vacibatı yerinə yetirməyimi,
2. Peyğəmbər (s.a.v.v) öz sünnəsinə əməl etməyimi,
3. Nəfsim nəfsani istəklərə cavab verməyimi,
4. Şeytan günah etməyimi,
5. (Əməlləri yazan) iki mələk düzgün əməli,
6. Ölüm mələyi ruhumu,
7. Qəbir isə cəsədimi istəyirdi.
Mən də bu xislətlər arasında idim. (Biharul-ənvar,76/15)


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter