İmam Əlinin (ə) hədisində qadınların ən yaxşı sifətləri kişilərdə olarsa eyibdir?!


Qadında bu 3 xasiyyət bəyənilir, amma kişidə olarsa ona eyb olaraq nisbət verilər:
Əmirəlmömnin Əli ibn Əbi Talib (ə) buyurur: \"Qadınlarda bəzi sifətlər var ki, əgər onlar kişilərdə görünərsə eyib olaraq hesaba gələr. Qadında Qürur, qorxaqlıq və paxıllıq bəyənilir. Çünki qadında əgər qürur olarsa özünü başqasına göstərməyə çalışmaz, Əgər qadında paxıllıq olarsa özünün və ərinin malına xəyanət etməkdən çəkinər, Əgər qadın qorxaq olarsa adını ləkələyən hər bir şeydən uzaqlaşmağa çalışar. Nəhcül-Bəlağə, Hikmətli-kəlam: 234. Mizanul-Hikmət kitabı: 510

Kişidə qürur olarsa başqalarını dəyərsiz sayar və nəticədə özünü bəyənmə xəstəliyinə düçar olar, Əgər kişidə paxıllıq olarsa kişinin zinəti olan səxavət simasını əldən verər, əgər kişidə qorxu olarsa qeyrətini əldən verər.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter