Şərabın təsirinə bir misal: İçki insanı Peyğəmbər qatili edər!


Şərabın təsirinə bir misal: İçki insanı Peyğəmbər qatili edər! Həzrəti Yəhyanın (ə) qətli şərab təsirindən baş vermişdir. Yazırlar ki, O həzrətin ölümü zinakar bir qadınla şərabxor şahın əyyaşlıq macərası ilə bağlıdır.
O qadın öz zinakarlığı ilə şahın səltənətində yüksək qüdrət ələ gətirmişdi. Qocalığında bu qüdrəti itirməyindən qorxdu və buna görə də, başqa kişidən olan qızını şahla evləndirmək fikrinə düşür. Şah zinakar xanıma deyir: \"Bu haqda Yəhya (ə) ilə məsləhətləşməliyəm.”. Şah Yəhyaya (ə) müraciət edir. O Həzrət bu işin haram olduğunu deyir. Şah nəfsani istəyinin əksinə olan cavab eşitdiyinə görə, hirslənir. Amma zahirdə özünü dindar kimi göstərdiyinə görə etiraz etmir. İstəmir ki, onu, bir şəriət hökmünü bəyan etdiyinə görə qətlə yetirsin. Qadın intiqam fikrinə düşür. O, şah şərab içib sərxoş olan halda qızını bəzəyib onun yanına gətirir. Qızına tapşırır ki, şah səndən \"Nə istəyirsən?” - deyə soruşsa, söylə ki, \"Yəhya peyğəmbərin başını istəyirəm”.
Qız şahın yanına gəlir. Şah sərxoş olduğuna görə qızla zina edir və ondan nə istədiyini soruşduqda, qız həmin arzusunu söyləyir. Şah sərxoş olduğuna görə tez əmr verir ki, Yəhya ibni Zəkəriyya (əleyhissalam)-ın başını kəsib onun yanında hazır etsinlər. Beləliklə, bu fitnə nəticəsində Allah peyğəmbərinin başını faciəli şəkildə teştin içində kəsdirir. \"Göründüyü kimi şərab, Allahın peyğəmbərini qətlə yetirəcəyi qədər böyük təsirə malikdir.\"


Həzrət Rüqəyyənin kəramətlərindən bir nümunə!


Həzrət Rüqəyyənin kəramətlərindən bir nümunə! Həzrət Rüqəyyənin kəramətlərindən bir nümunə:
Mərhum Mirza Əli Mühəddiszadə, (Şeyx Abbas Qumminin oğlu) Tehranın məşhur xətibi buyurur: Bir il boğazımda ağır xəstəlik oldu, səsim tutuldu. Həkimə müraciət etdim. Xəstəliyim çox ciddi idi. İmam Hüseynə (ə) təvəssül etdim. Bu təvəssüldən sonra yuxuya getdim. Yuxuda bir böyük otaq gördüm. Otağın yarısı çox işıqlı idi. O biri yarısı bir qədər qaranlıq idi. İşıqlı tərəfdə İmam Hüseyn (ə) əyləşmişdi. Çox sevindim. Şikayətlənməyə başladım. İmam mənə işarə etdi ki, qapının ağzında dayanmış seyid İmamın qızının müsibətindən oxusun. Dedi o oxusun sən də ağla. Mən qapıya baxanda bacımın həyat yoldaşı hacı ağa Müstafa Təbatəbai Qummini gördüm. O Tehranın tanınmış xətiblərindən idi. Ağanın sözünü ona çatdırdım. İmam ona buyurdu ki, qızımın rövzəsini oxu. O həzrəti Rüqəyyənin müsibətindən oxumağa başladı. Mən ağlayırdım. Elə bu vaxt məni yuxudan oyatdılar. Məni yuxudan oyatdıqları üçün çox narahat oldum. Bir daha o səhnəni görmək çətin məsələ idi. Səhəri gün əvvəlki həkimin yanına getdim. Həkim müayinədən sonra dedi ki, xəstəlikdən heç bir əsər-əlamət qalmayıb. Təəccüblə məndən soruşdu ki, nə qəbul etmisiniz bu qədər təsirli olub? Mən təvəssülü, yuxumu danışdım. Həkim bu söhbətləri eşidəndə əlindəki qələm yerə düşdü. O İmam Hüseynin (ə) adını eşidəndə ağlamağa başladı. Dedi ki, sizin təvəssüldən başqa çıxış yolunuz yox idi.


Günahın insan həyatında nəticələri nələrdir?


Günahın insan həyatında nəticələri nələrdir? İmam Sadiq (ə) buyurub: \"Bir fərd günah edir və nəticədə gecə namazından məhrum olur. Pis əməlin onun sahibinə təsiri bıçağın ət üzərində olan təsirindən daha çoxdur.”
Rəvayətlərə əsasən günahların nəticəsi –təsiri aşağıdakılardan ibarətdir:
1. Ruzidən məhrum olmaq,
2. Ruzinin azalması,
3. Unutqanlıq
4. Gecə namazı və mənəviyyatdan məhrum olmaq
5. Problemlər (Xəstəlik, bədbəxt hadisələr, qəfil ölüm, əzizləri itirmək.)
6. Ömrün qısalması,
7. Ürəyin daşlaşması,
8. Ürəyin dəyişməsi – elə bir şəkildə ki, bir daha onun üçün nəsihət təsirsiz olsun və haqqı qəbul etməsin.
9. Yeni bir günaha görə yeni bir xəstəlik tapmaq; (İmam Rza (ə) bu barədə buyurub: \"Hər vaxt Allah bəndələri öncələr olmamış bir günah etsələr, Allah onlar üçün öncə göndərmədiyi bir bəla göndərər.”


Əzabı axirətə qalmayan 3 günah hansılardır?


Əzabı axirətə qalmayan 3 günah hansılardır? Peyğəmbər (s) buyurur əzabı axirətə qalmayan 3 günah var (əgər bir şəxs o günahları etsə dünyada onun əzabından dadacaq):
1-Ata və anaya qarşı itaətsizlik və hörmətsizlik etmək,
2-Camaata qarşı zülm etmək,
3-Yaxşılıq və ehsan qarşısında naşükürlür etmək, (Bihar əl-Ənvar, cild: 74, səh: 74.)


Müsəlman təhqir olunan kampyuter oyunlardan istifadə etməyin hökmü nədir?


Müsəlman təhqir olunan kampyuter oyunlardan istifadə etməyin hökmü nədir? Müsəlman və islam ümmətinin müqəddəslərini təhqir edən kampyuter oyunlardan istifadə etmək icazəli deyildir. İstər bu cür oyunların altı-satqısı belə olmuş olsun, müctehidlərin baxışında belə oyunlar qadağandır.
1-Ayətullah Safi Gülpayiqani: Kampyuter oyunları ki, onda camaatın baxışına görə İslam və müsəlmanlara təhqir gözü ilə oyanana belə oyunlardan istifadə haramdır.
2-ََAyətullah Məkarim Şirazi: Əgər kampyuter oyunlarında müsəlman və İslama qarşı təhqir və ya töhin olsa, eləcə də insanlar üçün pis örnək ifadə etsə belə oyunlardan istifadə etmək icazəli deyildir.
3-Nuri Həmədani: Kampyuter oyunlarında əgər müsəlmanların hörməti sındırılsa belə oyunlardan istifadə etmək icazəli deyildir.
4-Ayətullah Hadəvi Tehrani: İslam və müsəlmanları təhqir edən oyunların alqı-satqısı qadağandır və belə oyunlardan istifadə etməmək lazımdır.


Şəhid Mütəhhəridən namaz haqqında bir xatirə


Şəhid Mütəhhəridən namaz haqqında bir xatirə Bir gün mәrhum Mütәhhәri övliyаlаrdаn birinin mәhzәrindә оlаrkәn mәrifәti аrtırmаq yоllаrındаn söz düşür. Övliyа Mütәhhәridәn sоruşur: «Nаmаz zаmаnı qәlbini kәnаr fikirlәrdәn nеcә qоruyursаn?» Mәrhum Mütәhhәri cаvаb vеrir: \"Nаmаzın әvvәlindәn ахırınаdәk dеdiyim sözlәrin mәnаsınа diqqәt еdirәm.\" Övliyа buyurur: “Bәs Аllаhа nә vахt diqqәt еdirsәn?” Оlduqcа ucа mәtlәbdir!
Bәzi insаnlаr nаmаzdа о qәdәr diqqәtsiz оlurlаr ki, nаmаz qıldıqlаrını yаlnız nаmаzı bitirdikdәn sоnrа хаtırlаyırlаr. Bir mәrtәbә üstün оlаnlаr nаmаzın sözlәrinә diqqәt еdir. Növbәti mәrhәlәdә insаn dеdiyi sözlәrin mәnа dәrinliyinә vаrır. Dаhа sоnrаkı mәrhәlәdә әvvәlcә qәlb, sоnrа isә dil dаnışır. Hәr bir insаn dаhа yuхаrı mәrtәbәyә qаlхmаq üçün sәy göstәrmәlidir. İnsаn özünü еlә tәrbiyә еdә bilәr ki, tәkcә nаmаzın sözlәrinә yох, hәttа әtrаfdаkı bütün şеylәrә diqqәt vеrdikdә Аllаhı хаtırlаyаr. Mәsәlәn, üzünә tохunаn külәyi hiss еdәn insаn аni оlаrаq Аllаhın qüdrәtini yаdа sаlıb, duyduğu sәrinliyә görә Böyük Yаrаdаnа şükr еdә bilәr. Bеlәcә, insаn Аllаhın zikrini аrtırmаq vә dеdiyi hәr bir sözün mәnаsını dәrindәn düşünmәklә tәhlükәli qәflәtdәn хilаs оlа bilәr.


Müştərək həyatda kişilərə olunan tövsiyələr


Müştərək həyatda kişilərə olunan tövsiyələr Müştərək həyatda kişilərə olunan tövsiyələr:
1.Arvadına səni sevirəm de
2.Sevmək kəlməsini ancaq arvadın üçün saxla
3.Arvadın xrustaldır, muğayat ol ki, sındırmayasan
4.Elə davran ki, sənə iman etsin
5.Ona yaxşı arxa və dayaq ol
6.Onun üçün sərvət yox, məhəbbət topla
7.Arvadının gözəlliyinə pərəstiş et
8.Gücü çatmayan işi ona tapşırma
9.O bir bahar çiçəyidir, onu soldurma
10.Gözləmə ki, arvadın sənin kimi olsun (Arvadının sənin kimi dərrakəli və s xasiyyətli olmasını gözləmə)
11.Mübahisə ilə onu yorma
12.Ona qarşı həmişə vəfalı ol ...


Müştərək həyatda xanımlara olunan tövsiyələr


Müştərək həyatda xanımlara olunan tövsiyələr Müştərək həyatda xanımlara olunan tövsiyələr:
1.Ərinlə fəxr et
2. Onu heç kəslə müqayisə etmə
3.Qüruru ilə oynama
4.Ərinin gözəlliyini ağlında axtar
5.Qənaətcil ol
6.Öz gözəlliyini başqalarına göstərmə
7.Ərinə naz et, amma təkəbbür etmə
8.Onun üçün heyranedici və məftunedici ol
9.Gözəl xəyallarını mətin düşüncənlə həll et
10.Çürüyçü olma ki, ərinin gözündən düşərsən
11.Təmkinli olsan başının tacı olarsan
12.Onun üçün sığınacaq ol ki, yalnız sənə sığınsın ...


İmam Əlinin (ə) Kümeylə 40 nəsihəti


İmam Əlinin (ə) Kümeylə 40 nəsihəti İmam Əlinin (ə) tələbəsi və sir yoldaşı olan Kümeylə 40 tövsiyəsi:
1-Hər gün Allahın adını çək və Ona təvəkkül et.
2-Bizi xatırla, adımızı dilinə gətir və bizə salam göndər.
3-İnsanların yerinə yetirdiyi elə bir əməl yoxdur ki, mən onu görməyim.
4-Bizdən qeyrisindən (və bizə əsaslanmayan) elm və hədis öyrənmə.
5-Hər bir işə və hərəkətə qarşı elmin və mərifətin olsun.
6-Yemək yeyəndə, Allahın adını çək ki, zərər çəkməyəsən.
7-İnsanlara yaxşılıq et, paxıllıq etmə, Allah-taala bu işə görə sənə çoxlu savab verər.
8-Yoldaşlarınla gülərüzlə rəftar et və xidmətçilərinin səhvlərini bağışla və onları ittihamlandırma.
9-Yeməyi qurtarandan sonra Allaha ucadan həmd-səna et ki, başqaları da sənin səsini eşidib, Allaha həmd-səna etsinlər, bununla sənin savabın böyük olar.
10-Doymamışdan bir az öncə, süfrədən çəkil ki, suya və havaya da yer qalsın; bu göstərişə əməl etsən, yemək sənin üçün bərəkətli olar. Bədənin sağlamlığı az yemək və içməkdədir...


Həzrət Əli (ə) Peyğəmbərin (s) zamanındakı bütün döyüşlərdə iştirak edibmi?


Həzrət Əli (ə) Peyğəmbərin (s) zamanındakı bütün döyüşlərdə iştirak edibmi? Həzrət Əli (ə) Peyğəmbərin (s) zamanında baş vermiş bütün döyüşlərdə (birindən savayı) iştirak edib və bunların hər birində böyük şücaət göstərib. O həzrətin qatılmadığı yeganə döyüş Təbuk müharibəsi idi. Peyğəmbər bu döyüşə yola düşəndə Mədinə şəhərində Əli ibn Əbutalibi (ə) öz yerinə canişin qoydu.
Peyğəmbər (s) qoşunla Mədinəni yenicə tərk etmişdi ki, şəhərdə qalan münafiqlər belə bir şayiə yaymağa başladılar ki, guya Əli (ə) yolun uzaqlığından qorxuya düşüb müharibəyə getməkdən imtina etmiş və Mədinədə qalmışdır. İmam Əli (ə) bu şayiələrə son qoymaq niyyətilə təcili Mədinədən çıxıb Peyğəmbərin (s) hüzuruna getdi və əhvalatı ona söylədi. Peyğəmbər (s) Əlini (ə) sakitləşdirib deyilən sözlərin böhtan olduğunu təsdiqlədi və buyurdu: “Ey Əli! Mənim üçün sən, Musa üçün Harun kimisən. Bircə fərq var ki, məndən sonra peyğəmbər gəlməyəcək!” Bu hədis tarixdə “mənzilət hədisi” kimi tanınır və İmam Əlinin (ə) fəzilətlərinə bir sübut sayılır.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter