Bəndəlik olunda 7 lazım olan xislət, Merac hədisindən


Bəndəlik olunda 7 lazım olan xislət,  Merac hədisindən Yеddi хislәt, bәndәliyin yоlu:
Аllаh-tәаlа Pеyğәmbәrә (s) buyurur: “Еy Әhmәd! Bilirsәnmi bәndәm nә vахt аbid hеsаb оlunur?” Dеdi: “Bilmirәm.” Buyurdu: “О vахt ki, оndа yеddi хislәt оlsа. Günаh еtmәyә mаnе оlаn tәqvаsı оlsа, bоş söz dаnışmаğа mаnе оlаn sükutu оlsа, Аllаh qоrхusundаn аğlаmаğı çохаldаn qоrхusu оlsа, tәklikdә mәndәn хәcаlәt çәkdirәn hәyаsı оlsа, (günаh еtmәkdәn) zәruri yеmәyә qәnаәtlәnsә, dünyа mәhәbbәtini düşmәn bilsә, çünki mәn оnu düşmәn bilirәm. Yахşı аdаmlаrlа dоst оlsа. Çünki mәn sаlеhlәri sеvirәm.”


Məsumların hədisində ruzini artıran əməllər


Məsumların hədisində ruzini artıran əməllər Məsumların hədisində ruzini artırmaq üçün tövsiyə olunan əməllər:
1-İmam Sadiq (ə) buyurur: “Hər kəs ki, ailəsi ilə yaxşı rəftar edər, ruzisi artar”.
2-İmam Sadiq (ə) buyurur: “Xoşbəxtlik ruzini artırar”.
3-İmam Əli (ə) buyurur: “Sədəqə vermək, ruzini artırar”.
4-İmam Əli (ə) buyurur: “Din qardaşına maliyyə yardımı göstərmək ruzini artırar”.
5-İmam Əli (ə) buyurur: “Əmanətdarlıq ruzini artırar”.
6-İmam Əli (ə) buyurur: “Hər kəsin ki, niyyəti xoş olarsa, ruzisi da çox olar”.
7-Həzrət Peyğəmbər (s) buyurur: “Ən yaxşı ruzi odur ki, kifayət qədər olsun”.
8-İmam Həsən (ə) buyurur: Yeməkdən əvvəl əlləri yumaq kasıbçılığı aradan aparar.


Əhli-Sünnə mənbərlərində Peyğəmbərin (s) namazda səcdə edərkən torpaqdan istifadə etməsi.


Əhli-Sünnə mənbərlərində Peyğəmbərin (s) namazda səcdə edərkən torpaqdan istifadə etməsi. Peyğəmbər (s) namaza səcdə edərkən alınını torpağa qoyardı. Bu hadqda Əhli-Sünnə kitablarından statlar:
Şiələr səcdəyə gedərkən alınlarını təmiz yerə qoymaq məqsədilə torpaqdan olan möhürə qoyurlar. \'\'Peyğəmbərin(s) səhabələri səcdə zamanı alınlarını torpağa qoyurdular.\'\' Bu hədis böyük əhli-sünnə alimlərinin kitabında gəlib, o cümlədən, \'\'Əs-sünnənül-Kübra\'\' (c. 2, səh.105), \'\'Müstədrəki Hakim\'\' (c. 1, səh.270), \'\'Sünnəni Beyhəqi\'\' (c. 2, səh.103). Hədisdən açıq-aydın görünür ki, Peyğəmbərin(s) yaxınları da səcdə zamanı alınlarını torpağa qoyurdular. Əgər Peyğəmbər(s) və səhabələri alınlarını torpağa qoyurdularsa, bizlər də onlardan ibrət götürməliyik. Peyğəmbər(s) buyurur: \'\'Torpaq mənim üçün səcdə yeri və pak qərar verilmişdir.\'\' Bu hədis isə \'\'Kənzül-ümmal\'\' (c. 7, səh.465), \'\'Əl-Müsənnif\'\' (c. 1, səh.392), \'\'İrşadus-Sari\'\' (c. 1, səh.405) kitablarında gəlmişdir. Peyğəmbər(s) buyurur: \'\'Allahdan ötrü alnını torpağa qoy.\'\' Bu hədisi də \'\'Səhihi Müslüm\'\' (c. 1, səh.371), \'\'Səhihi Buxari\'\' (c. 1, səh.91), \'\'Sünnəni Beyhəqi\'\' (c. 1, səh.212), \'\'Sünnəni Nəsai\'\' (c. 1, səh.210), \'\'Sünnəni Tirmizi\'\' (c. 2, səh.131) kitalabrında rast gəlmək olar. Əhməd İbni Şüeyb Nəsai Peyğəmbər (s)-in səhabəsi olan Əbu Səid Xidridən nəql edir ki, iki gözümlə gördüm namazdan sonra torpağın izini Peyğəmbərin alnında və bundan əlavə burnunda da, müşahidə etdim.


Qadın kimlərin yanından hicab taxması vacib deyil?


Qadın kimlərin yanından hicab taxması vacib deyil? Qadına hicaba örtmək vacibdir. Qadın üçün bəzi şəxslər qarşısında hicab taxmamasına icazə verilir:
Qadın, ona məhrəm olanların yanında hicaba riayət etməyə bilər. Qadın üçün məhrəm olanlar: atası, atasının və anasının atası və hər nə qədər yuxarı getsə, qardaşı və qardaşının oğlu, qardaşı oğlunun oğlu və hər nə qədər aşağa getsə, bacısının oğlu, bacısı oğlunun oğlu və hər nə qədər aşağa getsə, öz oğlu və oğlunun oğlu və hər nə qədər aşağa getsə, əmisi və dayısı, ata və anasının əmiləri və dayıları, əri və ərinin atası (qayınatası). Bunların yanında hicaba riayət etmədən gəzə bilər. Hərçənd ki, hicaba riayət etməsi yaxşıdır. Bunlardan başqa kişilər qadın üçün naməhrəmdirlər və onların yanında hicaba kamil surətdə riayət etməsi vacibdir.


Qadınların qaşların alması günahdırmı?


Qadınların qaşların alması günahdırmı? Bismillahir-rəhmanır-rəhim:
Ayətullah Xameneinin fitvasına görə: Günah deyil və qadının öz əri üçün bəzənməsi bəyənilir. Lakin, zinət sayıldığı surətdə onu naməhrəmdən örtməlidir.


Hansı dəstə insanlar haqq-hesab çəkilmədən behiştə daxil olarlar?


Hansı dəstə insanlar haqq-hesab çəkilmədən behiştə daxil olarlar? Allahın rəhim və mərhəməti çox böyükdür. Belə ki, bütün insanlara və bütün məxluqlara şamil ola bilər. Bu mərhəmət xüsusilə o kəslərə şamil olar ki, İlahi bəxşişə ümid bəsləyirlər. Quran şəhadət verir ki, Allaha iman bəsləmək, Allah yolunda şəhid olmaq, Əhli-beyt (ə) dostluğu, insanlara qarşı güzəştli olmaq bais olar ki, insan hesab vermədən behiştə daxil olsun. Bəs bu insanlar kimlərdir?
1. Möminlər. Məsumlardan (ə) gələn hədisdə oxuyuruq: “Möminlər nicat taparlar və hesab vermədən behiştə daxil olarlar”.
2. İlahi Övliyalar. \"Allaha, Rəsuluna (s), yer üzündə Allahın hüccətlərinə mərifəti olan və onların haqqını etiraf edən və onların mütisi olanlar övliyalar cənnətə daxil olarlar.
3. Kərbəla şəhidləri. İmam Əli (ə) Kərbəla torpağına çatan zaman demişdi: “Xoş olsun sənin halına, ey pak torpaq! Səndən elə bir insanlar məhşur olacaqdır ki, hesab vermədən behiştə daxil olacaqlar”.
4. Güzəşt etməyi bacaran insanlar. Həzrət Peyğəmbər (s) buyurur: “Qiyamət günü olan zaman nida edən deyəcəkdir: “Hər kimin mükafatı Allahladır, behiştə daxil olsun”. Soruşarlar ki, kimin mükafatı Allahladır? Deyər: “Onlar ki, insanları əfv edər, bu dəstə insanlar hesab vermədən behiştə daxil olarlar”...
5. Rəcəb ayının oruc tutanları. Hər kim Rəcəb ayında beş gün oruc tutarsa, Allahın öhdəsindədir ki, Qiyamət günü onu sevindirsin...


Sınıq istəkanda su içmək olarmı?


Sınıq istəkanda su içmək olarmı? Sual: Deyilənə görə dində belə bir qayda var: Sınıq stəkandan su içmək olmaz. Bu nə dərəcədə düzgündür?

Cavab: Peyğəmbərimiz həzrəti Muhəmməddən (s) nəql olunan bir hədisdə deyilir ki, qabın qırıq tərəfindən su içməyin və suya üfürməyin.
Buradakı qadağa qəti surətdə qadağandır, haramdır kimi başa düşülməməlidir. Hədisdə insanın sağlamlığı və təhlükəsizliyi nəzərdə tutulur. Yəni, stəkan və ya başqa bir qabın bir tərəfi qırıqdırsa, mikrob və bakteriyalar oraya cəmlənmiş ola bilər. Bundan isə qorunmaq lazımdır.
Əlavə olaraq, qabın qırıq tərəfi ondan su içən insanın dil və dodağına xəsarət yetirə bilər. Bu isə arzuolunmaz bir haldır.
İsti yemək və suya üfürüb onu soyutmağa çalışmaq da ağızdan çıxan zəhərli maddələrin onlara qarışmağına səbəb olur. Bundan da uzaq durmaq lazımdır. Bu, eyni zamanda insanlarda ikrah hissi yaradan xoşagəlməz bir haldır.


Nə üçün həzrət Müslim imkanı olduğu halda ibn Ziyadı öldürmədi?


Nə üçün həzrət Müslim imkanı olduğu halda ibn Ziyadı öldürmədi? Qurani-kərim və Əhli-beyt buyuruqlarında düşmənə zülm və hiylə yolu ilə qalib gəlmək pislənilir. Həzrət Əlinin (ə) hakimiyyəti dövründəki müharibələrdən birində İslam düşmənləri meşədə gizləndilər. Bir şəxs Həzrətə (ə) meşəni yandırmağı təklif etdi. İmam buyurdu: “Zülmlə qələbə qazanmaq olmaz.”

Həzrət Müslim də Əhli-beyt məktəbinin yetirməsi idi. Xəstə Hanini yoxlamağa gələn ibn Ziyadın qətlə yetirilməsi Müslimə təklif olunanda ev sahibi Hani bu təklifə etiraz etdi. Müslim ibn Ziyadı öldürməməsini belə əsaslandırır: 1-“Mən onu iki şeyə görə öldürmədim: evinə qan tökülməsini istəməyən Haninin etirazı və 2-həzrət Peyğəmbərin (s) bir buyuruğuna görə. Həzrət buyurmuşdur: “Qəfil hücum əqidəsinə yol bağlıdır...” (“Vəqətüt-təf”, s. 114.)


Şorgözlərin üzünün qiyamətdə vəziyyəti rəvayətlərdə necə təsvir olunur?


Şorgözlərin üzünün qiyamətdə vəziyyəti rəvayətlərdə necə təsvir olunur? Şorgözlər haqqında rəvayətlər:
1-Peyğəmbər (s) buyurur: \"Allah-təala qiyamət günü gözlərini naməhrəm qadına baxmaqla doyduran şəxsin gözlərini alovla dolduracaq.”(\"Əmali”, Şeyx Səduq, səh. 429; \"Biharül-ənvar”, c. 104, səh. 32.)
2-İmam Sadiq (ə) buyurmuşdur: \"İblisin zəhərli oxlarından biri də naməhrəmə baxmaqdır ki, heç vaxt boşa getməz. Çox vaxt haram nəzərlərin ardınca uzun-uzadı həsrət gəlir. (\"Məhasini-Bərqi”, səh. 109; \"Biharül-ənvar”, c. 104, səh. 40.)
3-Həmçinin İsa (ə) bu barədə buyurub: \"Naməhrəmə baxmaqdan çəkinin. Çünki naməhrəmə baxan şəxsin qəlbində şəhvət oyanır. Bu da insanın haram yola getməsinə kifayət edir.”(\"Biharul-ənvar\", c. 325; \"Səfinətül-bihar”, c. 8, səh. 283.)


İnsanları təhqir etmək haqda məsumlardan bir neçə hədis


İnsanları təhqir etmək haqda məsumlardan bir neçə hədis Allah bəndələrindən heç kəsi təhqir etmə və heç kəsə tənə vurma!
Rəsulullah (s) buyurub:
Hicab arxasında mənə vəhy nazil oldu: Ey Muhəmməd, kim mənim vəlimlə ədavət etsə, Mənimlə ədavət edər. Kim mənimlə ədavət etsə, Məndə onunla ədavət edərəm\" (\"Səfinətul-Bihar\" c.2, \"Muharabətul-əvliya\" bölməsi)
Deməli möminin vəzifəsi bütün insanlara hörmət etmək və onları əzizləməkdir. Xüsusilə də elm, fəzilət, iman və təqva sahiblərini, qocaları, saqqalını İslam yolunda ağardanları və seyidləri. (\"Mustədrakul-vəsail\" c.12, səh.376)
Rəsulullah (s) buyurub:
\"Kim mömin kişini və mömin qadını fəqir olduğuna görə alçatsa və ya təhqir etsə, Allah onu Qiyamət günü rüsvay edər\" (\"Biharul-Ənvar\" c.72, səh.44)
İmam Sadiq (ə)-dan nəql edilən rəvayətdə buyurub:
\"Kim miskini alçaltsa, Allah onu bu əməlindən əl çəkənə qədər alçaldar\" (\"Biharul-Ənvar\" c.72, səh.52)


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter