İmanında yəqinliyə çatmağını bilmək istəyirsən 6 nişanə ilə ölç.


İmanında yəqinliyə çatmağını bilmək istəyirsən 6 nişanə ilə ölç. Həzrət Peyğəmbər (s) buyurur: “Yəqin sahibi olmağın 6 əlaməti vardır:
1. Həqiqət üzərindən Allaha yəqinliyi olsun və Ona iman gətirsin.
2. Yəqinliyi olsun ki, ölüm haqdır və ondan qorxsun.
3. Yəqinliyi olsun ki, Qiyamət haqdır və rüsvayçılıqdan qorxsun.
4. Yəqinliyi olsun ki, behişt haqdır və özünü mühasibə etsin.
5. Yəqinliyi olsun ki, cəhənnəm haqdır və ondan xilas olmaq səyini zahir etsin.
6. Yəqinliyi olsun ki, hesab haqdır və özünü hesaba çəksin”.


Nəhcül-bəlağə nə həddə mötəbər kitabdır?


Nəhcül-bəlağə nə həddə mötəbər kitabdır? Nəhcül-Bəlağənin etibarı haqqında araşdırma: Özünü əllamə sayan belə dəcəllərdən biri deyir ki, Nəhcül-bəlağə ilə Şiə etiqadlarını darmadağın etmək olar. Guya bu kitab Əhli-beyt məzhəbində qeyd-şərtsiz höccət sayılır. Bu sözügedən məzhəb haqda məlumatsızlıqdan irəli gəlir. Bir vaxtlar deyirdilər ki, şiələrin Quranı bizimkindən fərqlidir, onlar Quranı dəyişdiriblər; deyirdilər ki, onlar namazın salamlarından sonra 3 dəfə \"Xanəl-Əmin\" deyirlər; yəni guya Cəbrayıl əslində Quranı Əliyə gətirəcəkmiş, amma xəyanət edərək Məhəmmədə (s) aparıb. Zaman ötdükcə yalan və düşmən hiyləsi olduğu aşkara çıxıb.
Onlar indi də özlərinə əziyyət verib məsələni dərindən araşdırmır və əsasən Səfəvilər dövründə yayılmış Əxbariliyə xas görüşləri bütün Əhli-beyt davamçılarına aid edirlər. Xatırladaq ki, Nəhcül-bəlağənin bütün hədisləri düzgün və səhih hesab olunmur. Ümumiyyətlə, Şiə məzhəbində heç bir kitabın adını Səhih qoymayıblar. Çünki bu məzhəbdə kitaba, alimə, hədisşünasa pərəstiş deyilən bir şey yoxdur, fiqhdə olduğu kimi, hədis elmində də ictihad qapısı açıqdır, Qurandan başqa bütün mətnlərin istinadı rical, dirayə, tarix və mənbəşünaslıq kimi elmlər əsasında araşdırılır...


Şəriətdə neçə əmələ qurban kəsmək tapşırılır?


Şəriətdə neçə əmələ qurban kəsmək tapşırılır? Qurbanlar bir neçə növ olur: 1. Əqiqə qurbanı: bu, uşağın doğulması münasibəti ilə kəsilən qurbandır. Qız uşağı üçün bir qoyun, oğlan uşağı üçün iki qoyun olmaqla uşağın doğulduğu 7-ci, olmazsa 14-cü, olmazsa 21-ci günü və yaxud həddi-buluğa çatana qədər kəsilə bilər.
2. Kəffarə qurbanı: bu, həcc vaxtı hər hansı bir günahdan səbəbilə cərimə olaraq kəsilən qurban növüdür:-a) Həcc vaxtı ehram qaydalarının birini pozduqda, məsələn, tikili paltar geyinmək, saç, saqqal və ya dırnaqları kəsmək və s. günahlardan dolayı bir qoyun və ya bir keçi qurban edilir. -b) Vacib olan bəzi qaydaları pozduqda, məsələn, bayramın birinci gününün gecəsini Müzdəlifədə keçirmək, Minada şeytanı daşlamaq, təşriq günlərində Minada gecələmək, vida təvafı etmək kimi həccin vacib (rükn) olmayan bəzi qaydalarını tərk etməyin cəzası bir qoyun və ya bir keçi qurban kəsməklə ödənir.
3. Nəzir (ədəq) qurbanı: bu, bir işdən səbəbindən dolayı kəsməyə niyyət edilən qurban növüdür. Allahla əhd bağlandığı üçün kəsilməsi vacibdir. Niyyətdə hansı cins heyvanı və neçə dənə üşün tutulursa o sayda və o cins heyvanları kəsmək vacib olur. Münasib vaxtda kəsilə bilər.
4. Udhiyyə qurbanı: bu, qurbanların ən məhşur və ən kütləvi, ən möhtəşəm növüdür. Xalqımız arasında buna “İsmayıl qurbanı” da deyirlər. Bu qurbanın kəsilməsi alimlərin əksəriyyətinə görə vacib olmasa da, gərəklidir. Çünki bunu etməyənlər Peyğəmbər (s) tərəfindən qınanmışdır: “İmkanı olub qurban kəsməyənlər namaz qıldığımız yerə yaxınlaşmasınlar”


10 ən faydalı məhsullar siyahısı. EKSPERTLƏRİN RƏYİ


10 ən faydalı məhsullar siyahısı. EKSPERTLƏRİN RƏYİ Britaniyalı ekspertlərı insanı sağlam və cavan saxlayan, ən faydalı məhsulların reytingini tərtib etdilər. Bu reytingi sizə təqdim edirik.
1. Pomidor, Pomidor şirəsi hipertoniya zamanı çox faydalıdır - təzyiqin tənzimlənməsinə kömək edir.
2. Yulaf yarması, B qrupu vitaminlərlə olduqca zəngindir. Şlaklarlar, ağır metallar və s. ziyanlı maddələrdən təmizləyir.
3. Kivi, A, C, E vitaminlərlə zəngindir. Kivi artrit və artroz xəstəlikləri olan insanlar həftədə ən azı 2 kivi yeməlidir.
4. Qara üzüm, O orqanizmdə dağılma prosesləri ləngidir, tromblaşmanın qarşısını alır.
5. Portağal, Çoxlu miqdarda C vitaminə sahibdir. C vitamini güclü antioksidantdır, \"pis\" xolesterinin səviyyəsini aşağı salır.
6. Brokkoli kələmi. Bu çox yaxşı diyetik məhsuldur.
7. Avokado, Tərkibində olan xüsusi maddələr qan damarlarının vəziyyətinə çox yaxşı təsir edir. Qanda şəkəri tənzimləyir.
8. Vəzəri, Belə hesab olunur ki, bu göyərtidə yod, A və C vitaminləri digər göyərtilərlə müqayisədə daha çoxdur.
9. Sarımsaq, Qan damarlarına faydalıdır. Sarımsaq bakteriya, virus, qurd əleyhinə təsirə malikdir.
10. Zeytun yağı, Bu yağ bütün dünyada ən faydalı yağ kimi qəbul olunur. Zeytun yağı antioksidantlar və E vitamini ilə zəngindir.


Həzrət Musanın (ə) dünyadan köçməsinin əhvalatı necə baş vermişdir?


Həzrət Musanın (ə) dünyadan köçməsinin əhvalatı necə baş vermişdir? Həzrət Musanın (ə) ömründən 240 il keçirdi. Bir gün Həzrət Əzrail (ə) onun yanına gəlib deyir: \"Salam olsun sənə, ey Allahın həmsöhbəti!\" Musa Peyğəmbər (ə) salamının cavabını verdikdən sonra ondan soruşur: \"Sən kimsən?\"
- Mən ölüm mələyiyəm. Sənin canını almağa gəlmişəm. Həzrət Musa (ə) hikmətli sözlərlə Əzraili canını almadan gönməyə məcbur etməyi bacardı. Allah-Təala Həzrət Əzrailə (ə) vəhy edir ki, özü istəyənə kimi Musanın canını alma.
Musa (ə) Bir gün \"Tur\" dağından keçəndə bir kişinin qəbir qazmaqla məşğul olduğunu görür. Ona yaxınlaşıb deyir: \"İstəyirsən sənə kömək edim?\" Həmin kişi \"bəli\" deyə cavab verir. Musa Peyğəmbər (ə) ona kömək etməyə başlayır. Qəbri qazıb qurtardıqdan sonra Həzrət Musa (ə) qəbrə daxil olur. Onun içində uzanır ki, qəbrin uzunluğunun düz olub-olmadığını yoxlasın. Həmin andaca Allah-Təala onun gözləri önündən pərdəni kənara çəkir. Həzrət Musa (ə) özünün Cənnətdəki məqamını görür. Musa Peyğəmbər (ə) deyir: \"Allahım, mənim ruhumu Öz yanına apar!\" Həmin vaxt Həzrət Əzrail (ə) onun canını alır və o qəbri Musa Peyğəmbərin (ə) məzarı edərək üzərini örtür. Əslində, qəbirqazan elə Həzrət Əzrailin (ə) özü olur. O, Özünü həmin surətdə göstəribmiş. Bu vaxt Haqqın carçısı səmada uca səslə belə deyir: \"Kəlimullah (Allahın həmsöhbəti olmuş) Musa da öldü. Daha bundan sonra kimdir ölməyən?\" Bəzi hədislərə əsasən, Həzrət Musanın (ə) qəbri Nəcəfdə yerləşən \"Tur\" dağında, yaxud da \"Sina\" bölgəsindədir. (Biharul-ənvar, c. 13, səh. 365)


Kim bu surəni oxuyarsa Qiyamətdə İmam Hüseynə (ə) birgə olar!


Kim bu surəni oxuyarsa Qiyamətdə İmam Hüseynə (ə) birgə olar! Fəcr surəsini oxumaq İmam Hüseyinlə (ə) məhşur olmağa səbəb olar!
\"Fəcr\" surəsi Quranın 89-cu surəsidir, Məkkidir (Məkkədə nazil olub) və 30 ayəsi vardır.
İmam Sadiq (ə) buyurur: \"\"Fəcr\" surəsini vacib və müstəhəb namazlarda qiraət edin. Çünki bu surə İmam Hüseynin (ə) surəsidir. Hər kim bu surəni oxuyarsa Qiyamət günü İmam Hüseynin (ə) dərəcəsində və onunla birlikdə olar\". (Tebyan)
Əbu Əsamə nəql edir ki, İmam Sadiqdən (ə) soruşdum: \"Necə olub ki, bu surə İmam Hüseynə (ə) aid olmuşdur? Buyurur: \"Nəfsi mütməinə İmam Hüseyndir (ə)\".
Həzrət Peyğəmbər (s) buyurur: \"Hər kim \"Fəcr\" surəsini Zilhiccə ayının ilk on günündə oxuyarsa, günahları bağışlanmış olar. Əgər bu əyyamdan qeyrisində oxunarsa, Qiyamət günü nuranilik mənbəyi olar\".
Övlad sahibi olmaq. Hər kim bu surəni yazar və özü ilə gəzdirərsə, Allah gözünün nuru olan bir övlad ona nəsib edər.
İlahi pənahda qərar tutmaq. İmam Sadiq (ə) buyurur: \"Hər kim gün çıxan zaman \"Fəcr\" surəsini oxuyarsa, gələn günün gün çıxanına qədər İlahi amanda olar\".


Qiyamətin yaxınlaşmağının nişanələri Quran ayələrində


Qiyamətin yaxınlaşmağının nişanələri Quran ayələrində Quran-Kərim Qiyamətin yaxınlaşması ilə əlaqədar bir neçə hadisənin baş verməsini belə açıqlayır:
«Qiyamətin qəfil başlarının üstünü almasınımı gözləyirlər? ... Qiyamət qopduqda nəsihət götürməyin nə faydası?» (Muhəmməd, ayə 18)
«Sur çalınacaq. Sonra yalnız Allahın istədiklərindən savayı göylərdə və yerlərdə olanlar hamısı bihuş olacaqlar (öləcəklər)...» (Zümər, ayə 68)
«Yer üzü ən ağır titrəyişlərlə titrədildiyi vaxt… » (Zəlzələ , ayə 1)
«Elə deyil, yer dağılıb parça-parça olanda….» (Fəcr, ayə 21)
«Dağlar sürətlə yerindən qopar.» (Tur, ayə 10)
«Dağlar didilmiş yun kimi olacaq.» (Qariə, ayə 5)
«Dənizlərin yarıldığı an…» (İnfitar, ayə 2)
«Günəş sönük olanda, ulduzların işığı yox olanda… » (Təkvir, ayə 1 və 2)
«Ulduzlar dağılıb səpələnəndə…» (İnfitar, ayə 2)
«Göy həmin gün süstləşib parçalanar.» (Haqqə, ayə 16)


İmam Hüseyni (ə) uzaqdan necə ziyarət edək?


İmam Hüseyni (ə) uzaqdan necə ziyarət edək? Şeyx Tusi İmam Baqirdən (ə) nəql edir ki, buyurub: “Hər kim Hüseyn ibn Əlini (ə) Aşura günü ziyarət edər və onun qəbrinin yanında ağlayar, Qiyamət günü Allah ilə iki min həcc, iki min ümrə və iki min cihad ilə görüşər. Həmin həccin, ümrənin, cihadın savabı Peyğəmbərin (s) və Məsum İmamların (ə) xidmətdə olan həcc, ümrə və cihadın savabıdır”.
Hədisi nəql edən İmama (ə) sual verir ki, o kəs ki, başqa şəhərdə və ya başqa ölkədədir və özünü həmin günü ora çatdıra bilmirsə, savabı nədir?
Həzrət (ə) buyurur: “Əgər belə olarsa, səhraya və ya evin damına qalxsın, Həzrətin qəbrinə işarə edib, salam versin. Həzrətin qatillərini lənətləməkdə ciddiyyət göstərsin və sonra iki rükət namaz qılsın. Bu işi zöhrdən əvvəl etsin və Həzrətin müsibətinə göz yaşı töksün. Ailəsinə də əmr etsin ki, o Həzrətə ağlasın. Evində müsibət məclisi bərpa etsin. Həzrət Seyyidi-şühəda (ə) müsibətinə görə bir-birinə başsağlığı versin. Mən zaminəm ki, hər kim bu işi görər, Allah bütün bu savabları ona inayət edər”.
Hədisi nəql edir ki, bəs necə başsağlığı verim? İmam (ə) buyurur: “Allah bizim Hüseyn (ə) əzadarlıq əcrimizi artırsın, bizi və sizi onun qanının intiqamını alanlardan İmam Məhdi (ə.f) ilə bir yerdə qərar versin! ...


Cənnətə girən ilk qadın kimdir?


Cənnətə girən ilk qadın kimdir? Həzrət Fatimə (ə) bir gün atasının yanina gəlib dedi: Ata cənnətə ilk olaraq qadınlardan kim girəcək? Peyğəmbərimiz : Filan məhəllədə bir qadin var.O qadın cənnətə ilk girəcək qadındır, buyurdular. Həzrəti Fatimə çox maraqlanmışdı. Məndəndənmi əvvəl girəcək ata? - deyə soruşdu.
Həzrəti Peyğəmbərimiz: Səndən də əvvəl girəcək. Istəyirsən get bir tanış ol dedi. Həmdə onu nə üçün ilk cənnətə girən qadın olacağını buyurduqlarınıda öyrənərsən.
Çox maraqlanan hz.Fatimə bir gün həmin qadının evini axtara-axtara gəlib tapır və qapını döyür. İçəridən qoca bir qadın səsi esidildi: Kimdir?deyə soruşdu. hz.Fatimə özünü tanıdıb görüşmək istədiyini söyləyəndə qadın : -Canim sənə qurban ey Allah Rəsulunun qızı səninlə görüşməyi çox istəyirdim lakin bayıra çıxmadığım üçün ziyarətinizə gələ bilmirdim. Həyat yoldaşımdan icazə almayınca sizi içəri ala bilmərəm üzr istəyirəm canım sənə qurban. Sabah inşAllah gələrsiniz ve məndə yoldaşımdan icazə alaram gorüşərik dedi...


Şərabın təsirinə bir misal: İçki insanı Peyğəmbər qatili edər!


Şərabın təsirinə bir misal: İçki insanı Peyğəmbər qatili edər! Həzrəti Yəhyanın (ə) qətli şərab təsirindən baş vermişdir. Yazırlar ki, O həzrətin ölümü zinakar bir qadınla şərabxor şahın əyyaşlıq macərası ilə bağlıdır.
O qadın öz zinakarlığı ilə şahın səltənətində yüksək qüdrət ələ gətirmişdi. Qocalığında bu qüdrəti itirməyindən qorxdu və buna görə də, başqa kişidən olan qızını şahla evləndirmək fikrinə düşür. Şah zinakar xanıma deyir: \"Bu haqda Yəhya (ə) ilə məsləhətləşməliyəm.”. Şah Yəhyaya (ə) müraciət edir. O Həzrət bu işin haram olduğunu deyir. Şah nəfsani istəyinin əksinə olan cavab eşitdiyinə görə, hirslənir. Amma zahirdə özünü dindar kimi göstərdiyinə görə etiraz etmir. İstəmir ki, onu, bir şəriət hökmünü bəyan etdiyinə görə qətlə yetirsin. Qadın intiqam fikrinə düşür. O, şah şərab içib sərxoş olan halda qızını bəzəyib onun yanına gətirir. Qızına tapşırır ki, şah səndən \"Nə istəyirsən?” - deyə soruşsa, söylə ki, \"Yəhya peyğəmbərin başını istəyirəm”.
Qız şahın yanına gəlir. Şah sərxoş olduğuna görə qızla zina edir və ondan nə istədiyini soruşduqda, qız həmin arzusunu söyləyir. Şah sərxoş olduğuna görə tez əmr verir ki, Yəhya ibni Zəkəriyya (əleyhissalam)-ın başını kəsib onun yanında hazır etsinlər. Beləliklə, bu fitnə nəticəsində Allah peyğəmbərinin başını faciəli şəkildə teştin içində kəsdirir. \"Göründüyü kimi şərab, Allahın peyğəmbərini qətlə yetirəcəyi qədər böyük təsirə malikdir.\"


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter