Məsumların hədisində ruzini artıran əməllər


Məsumların hədisində ruzini artırmaq üçün tövsiyə olunan əməllər:
1-İmam Sadiq (ə) buyurur: “Hər kəs ki, ailəsi ilə yaxşı rəftar edər, ruzisi artar”.
2-İmam Sadiq (ə) buyurur: “Xoşbəxtlik ruzini artırar”.
3-İmam Əli (ə) buyurur: “Sədəqə vermək, ruzini artırar”.
4-İmam Əli (ə) buyurur: “Din qardaşına maliyyə yardımı göstərmək ruzini artırar”.
5-İmam Əli (ə) buyurur: “Əmanətdarlıq ruzini artırar”.
6-İmam Əli (ə) buyurur: “Hər kəsin ki, niyyəti xoş olarsa, ruzisi da çox olar”.
7-Həzrət Peyğəmbər (s) buyurur: “Ən yaxşı ruzi odur ki, kifayət qədər olsun”.
8-İmam Həsən (ə) buyurur: Yeməkdən əvvəl əlləri yumaq kasıbçılığı aradan aparar.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter