İnsanları təhqir etmək haqda məsumlardan bir neçə hədis


Allah bəndələrindən heç kəsi təhqir etmə və heç kəsə tənə vurma!
Rəsulullah (s) buyurub:
Hicab arxasında mənə vəhy nazil oldu: Ey Muhəmməd, kim mənim vəlimlə ədavət etsə, Mənimlə ədavət edər. Kim mənimlə ədavət etsə, Məndə onunla ədavət edərəm\" (\"Səfinətul-Bihar\" c.2, \"Muharabətul-əvliya\" bölməsi)
Deməli möminin vəzifəsi bütün insanlara hörmət etmək və onları əzizləməkdir. Xüsusilə də elm, fəzilət, iman və təqva sahiblərini, qocaları, saqqalını İslam yolunda ağardanları və seyidləri. (\"Mustədrakul-vəsail\" c.12, səh.376)
Rəsulullah (s) buyurub:
\"Kim mömin kişini və mömin qadını fəqir olduğuna görə alçatsa və ya təhqir etsə, Allah onu Qiyamət günü rüsvay edər\" (\"Biharul-Ənvar\" c.72, səh.44)
İmam Sadiq (ə)-dan nəql edilən rəvayətdə buyurub:
\"Kim miskini alçaltsa, Allah onu bu əməlindən əl çəkənə qədər alçaldar\" (\"Biharul-Ənvar\" c.72, səh.52) ixlas.az


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter