İmam Zamanın (əc) zühuruna yaxın vaxtlar insanların vəziyyəti hədislərdə necə təsvir olunmuşdur?
İmam Zamanın (əc) zühuruna yaxın vaxtlar iman və əməlləri qorumaq zəruridir. Çünki insanların çoxu bir gecədə necə dəfə dindən çıxarlar. Bu haqda bir neçə hədis qeyd edək:
1- Hədis: İmam Əli (ə) buyurdu: Bir zaman gələcək ki, söz gəzdirənlər əzizlənəcək, fasiqlər zirək adlandırılacaqlar. İnsaflı insanlar gücsüz və zəif sayılacaqlar, Allah yolunda sədəqə verib əl tutmağı ziyan fikirləşəcəklər. Qohumlarla əlaqə saxlamağı minnətlə edəcəklər, Allaha ibadət və itaət etməklə fəxr edəcəklər. Belə bir zamanda dövlət qadınların məşvərəti, uşaqların göstərişi və nökərlərin tədbiri ila idarə olunacaq. “Nəhcul-bəlağeye Feyzul-İslam həkmət 98, səh 1132.”
2- Hədis: Əsbəğ ibn Nəbatə deyir: Əmirəl-möminindən (ə) belə buyurduğunu eşitdim: Zəmanənin axırı zəmanənin ən pisidir. Zuhur vaxtı yaxınlaşanda qadınlar hicab örtməzlər və onların zinətləri açıq halda camaatın gözü qarşısında gəzərlər. Onlar dindən çıxarlar (yəni: dinin hökümlərinə əhəmiyyət verməzlər). Fitnə-fəsad icad edən işlərə tərəf meyl edərlər. Şəhvət və dünya ləzzətlərinə üz tutarlar. Bunlar Allahın haramlarını halal sayarlar. Belə qadınlar cəhənnəmdə qalacaqlar. “Müntəxəbul-əsər, səh 426, hədis 4”
3- Hədis: Zəmanənin axırındakı alimlər ürəkləri istədikləri kimi fətva verəcəklər. Müstəntiqlər bilmədikləri işlərə hökm edəcəklər və onların əksəriyyəti yalandan şəhadət verəcəklər. Varlı insanlar onların yanında əziz və hörmətli, kasıblar isə onların yanında zəlil və hörmətsiz olacaqlar. “Bəşarətul-islam, səh 80; İlzamun-nisab, səh 185.”
4- Hədis: Nəzal ibn Səmurə nəql edir: Həzrət Əli (ə) bizim üçün xütbə oxudu. Allaha həmd və şükr edib buyurdu:
Məni itirməmiş suallarınızı məndən soruşun. (Bu cümləni üç dəfə təkrar etdi). Bu vaxt Sə`səə ibn suhan yerindən qalxdı və dedi:
Ya Əmirəl-möminin (ə)! Dəccal nə vaxt xuruc edəcək?
Həzrət buyurdu: Sənə dediklərimi yadında saxla ! Dəccal o vaxt xuruc edəcək ki, insanlar namazı tərk edəcəklər, əmanətə xəyanət edəcəklər, yalan danışmağı mübah biləcəklər. Ribadan qazanıb rüşvət alacaqlar. Binaları möhkəm tikəcəklər. Dini dünyaya dəyişəcəklər. Ağılsız iş başında olacaqlar. Qadınlarla məşvərət edəcəklər (hətta o yerdə ki, onların öhdəsindən gələ bilməzlər). Qohumluq əlaqəsin kəsərlər. Öz şəhvət və istəklərinin qulu olacaqlar. Bir-birlərinin qanına əhəmiyyət verməyəcəklər (nahaq qanlar tökəcəklər). Səbr və təvazönü zəiflik, zülm etməyi fəxr biləcəklər. “Biharul-ənvar, cild 52, səh 192 və 193”
5- Hədis: Əmirəl-möminin (ə) buyurdu: İnsanlar üçün elə bir zaman gələcək ki, məqsədləri qarınlarını doldurmaq olacaq. Şərəf və hörmətləri var-dövlət və pullarına bağlıdı. Onların qibləsi qadınları, dinləri dirhəm və dinarlarından (pullarından) ibarətdir. Onlar insanların ən pisidirlər və Allah yanında onların heç bir əcr və savabları yoxdur. “Kənzul-ummal, cild 11, səh 192, hədis 31186.
“
6- Hədis: Əli ibni Əbutalib (ə) buyurdu: elə bir zaman gələcək ki, alimlərdən itaət olunmayacaq. Səbirli və heysiyyətli şəxslərdən həya olunmayacaq (o camaatın pis əməllərinin qarşısında nə qədər səbr etsə belə onlar həya etməzlər). Bu dövrüdə böyüklərə hörmət, kiçiklərə rəhm edilməz. İnsanlar bir-birlərini nahaq yerə öldürəcəklər. “Kənzul-ummal, cild 11, səh 192, hədis 31187.”
7- Hədis: Asim ibn zümərə İmam Əlidən (ə) belə nəql edir:
İmamın zuhuruna yaxın vaxtlar yer üzü zülmlə elə dolacaq ki, bir nəfər belə Allahın adını aşkara deməyəcək. Bundan sonra Allah-taala bir dəstə saleh insanları zahir edəcək ki, yer üzünü zülmlə dolduğu kimi ədalətlə doldursun. “Biharul-ənvar, cild 51, səh 117; Müntəxəbul-əsər, səh 484.”
8- Hədis: Həzrət Əli (ə) buyurdu: İmam zaman (ə.c) qiyamından qabaqkı illər çox hiyləli və fırıldaqlı illər olacaq. Bu illərdə düz danışanlar yalançı sayılacaq yalan danışanlar isə düz danışanlar kimi tanınacaqlar. Bu illərdə “Mahil” hörmətli şəxs hesablanar “Ruyəbzə” söz deməkdə qabaqcıl olar. Ravi deyir soruşdum: “Mahil” və “Ruyəbzə” kimlərə deyilir? Həzrət Əli (ə) buyurdu: Qur`anda oxumayıbsanmı Allah-taala buyurur: Və huvə şədidul mihal “Rəəd surəsi, ayə: 13”.
Mahil hiyləgər adama deyilir ki, camaatın diqqətini hiyləgərliklə özünə cəlb edir.
Diqqət: “Ruyəbzə” kəlməsinin mənası hədisdə deyilməsədə başqa bir yerdə Peyğəmbər (s) buyurur:
“Ruyəbzə”sayılmaz və şəxsiyyətsiz şəxsə deyilir ki, ləyaqəti olmadığı halda adi insanların işlərinə dəxalət edir və onların əvəzinə öz nəzərini yerinə yeritmək istəyir. Ğeybəte Nomani, səh 278.
Hazırladı: HACI TƏRLAN SEYFULLAH