Əziz İslam peyğəmbərinin (s) adı çəkilən Quran ayələri hansı surələrdə gəlmişdir?


Əziz İslam peyğəmbəri də Quranda nəbi, rəsul, həmçinin adı ilə qeyd olunur. Peyğəmbərin adı Quranda 4 dəfə zikr olunur:
-“Muhəmməd ancaq bir peyğəmbərdir. Ondan əvvəl də peyğəmbərlər gəlib-getmişlər. Əgər o, ölsə və ya öldürülsə, siz (dininizdən) gerimi dönəcəksiniz?” (Ali-İmran-144)
- “Muhəmməd aranızdakı kişilərdən heç birinin atası deyildir. (Oğul odur ki, kişinin öz belindən əmələ gələ!) Lakin o, Allahın Rəsulu (elçisi) və peyğəmbərlərin sonuncusudur. Allah hər şeyi biləndir!” (Əhzab-40)
- “İman gətirib yaxşı əməllər edənlərin, Rəbbindən Muhəmmədə haqq olaraq nazil edilənə (Qurana) inananların günahlarının üstünü örtəcək, onların əhvalını düzəldəcəkdir (yaxşılaşdıracaqdır).” (Məhəmməd-2)...


İmam Əliyə (ə) məxsus \"Əbu-Turab\" ləqəbinin heyrətamiz tarixçəsi və mənası nədir?


Həzrət peyğəmbər (s) İmamı (ə) bu adla çağıranda səhabələr bu künyənin (ləqəbin) mənasını və səbəbini soruşduqda peyğəmər (s) buyurdu: \"Qiyamət səhnəsi bərpa olanda kafirlər Allahın Əli (ə) üçün və onun (ə) dostları üçün hazırladığı cənnət mükafatlarını gördükdə deyəcəklər- Ey kaş! Mən də torpaq olaydım! Yəni Əlinin (ə) davamçılarından (şiələrindən) olaydım. Bu Allahın sözüdür!\" (Nəbə-40) İləluş-şərae. Biharul-ənvar-35/51) Bu mətləb həm də Əhli-sünnənin mötəbər mənbələrində qeyd olunub: Hədisdə deyilir, bir gün peyğəmbər (s) İmamın (ə) evinə gəlir və onun məsciddə olduğunu bilib ora doğru gedir. Peyğəmbər (s) gəlib Əlini (ə) torpaq üzərində yatan görür və gəlin başı üzərində durur. Sonra əlini torpağa sürtüb İmamın kürəyinə çəkir və deyir: \"Otur,Ey Əbu-Turab!\". (Səhih Buxari.Mənaqib- Mənaqibu Əli ibn Əbu talib) (Səhih Muslim-Fəzailus-səhabə. Əli ibn Əbu-Talibin fəzilətləri babı)/


Həzrət Əli(ə)-ın suallarına İmam Həsənin(ə) verdiyi cavablar


Bir gün Həzrət Əli (ə), övladının düşüncə və anlayışını yoxlamaq üçün onu yanına çağırdı. Onların arasında baş verən sual-cavabları Əbu Nuaymın əl-Hılyə» adlı əsərindən tərcümə edərək oxuyaq: - Doğru əməl nədir? -Pis əməli yaxşı əməllə aradan qaldırmaq. - Şərəf nədir? -Ailə və qəbiləni yaxşı əməllərə sövq etmək, bu səbəbdən yaranan kədərli hadisələrə dözməkdir. - Mərdlik və insanlıq nədir? - İffətli (günah və haramlardan uzaq olmaq) olmaq, maddi vəziyyətini yaxşılaşdırmaq. - Rəfət (qoruma və halına acıma) nədir? - Aza baxıb qane olmaq, insanı alçaldan əlamətlərin qarşısını almaq və beləliklə həm özünü, həm də ətrafını pisə əməllərdən qorumaqdır...


Allahın Rəsulu (s) həzrət Əliyə (ə) neçə illik yol getməyi tapşırdı?


Peyğəmbər (s) həzrət Əliyə (ə) bəzi işlərin vacibliyinin həddini çatdırmaq üçün belə tövsiyə edir: Ey Əli!
1. Ata-anaya yaxşılıq etməkdən ötrü iki illik yol qət et.
2. Qohum-əqrəbaya yaxşılıq etməkdən ötrü bir illik yol qət et.
3. Xəstəni yoluxmaqdan ötrü bir millik yol get.
4. Cənazəni müşayət etməkdən ötrü iki millik yol get.
5. Dəvəti qəbul etməkdən ötrü üç millik yol get.
6. Mömin qardaşını ziyarət etməkdən ötrü dörd millik yol get...


Həzrət Əli(ə)-ın suallarına İmam Həsənin(ə) verdiyi cavabları nə oldu?!


Bir gün Həzrət Əli (ə), övladının düşüncə və anlayışını yoxlamaq üçün onu yanına çağırdı. Onların arasında baş verən sual-cavabları Əbu Nuaymın əl-Hılyə» adlı əsərindən tərcümə edərək oxuyaq:
- Doğru əməl nədir? -Pis əməli yaxşı əməllə aradan qaldırmaq.
- Şərəf nədir? -Ailə və qəbiləni yaxşı əməllərə sövq etmək, bu səbəbdən yaranan kədərli hadisələrə dözməkdir.
- Mərdlik və insanlıq nədir? - İffətli (günah və haramlardan uzaq olmaq) olmaq, maddi vəziyyətini yaxşılaşdırmaq.
- Rəfət (qoruma və halına acıma) nədir? - Aza baxıb qane olmaq, insanı alçaldan əlamətlərin qarşısını almaq və beləliklə həm özünü, həm də ətrafını pisə əməllərdən qorumaqdır...


İmam Əlinin (ə) “Ədalət üstündür, yoxsa səxavət” sualına cavabı nə oldu?


İmam Əli (ə) “Ədalət üstündür, yoxsa səxavət?” sualına cavabından: Ədalət hər şeyi öz yerinə qoyur, səxavət isə işləri məcrasından çıxarır. Ədalət əhatəli siyasətdir, ancaq səxavət xüsusi bir haldır (və məhdud sayda fərdlərə şamil olunur). Deməli, ədalət onların ən şərafətlisi və üstünüdür.


Yalnız İmam Hüseynə (ə) xas olan 14 məziyyət (üstünlük) hansılardır?


İmam Hüseyni digər insanlardan və hətta digər məsumlardan fərqləndirən məziyyətlər:
1- O yeganə İmamdır ki, doğulduğu gün atası, anası və sair qohumları ağladılar.
2- On dəfə məqbərəsini sökdülər ki, ondan əsər-əlamət qalmasın.
3-Onun barəsində \"ərbəin\" və ərbəin ziyarəti var.
4- Onun qübbəsinin altında dualar qəbul olur.
5- Ata və anası və ondan gələn 9 övlad, nəvə və nəticə məsumdur.
6- Onun türbətini (az miqdarda) dadmaq və yemək halaldır.


Dəstəmaz alan zaman İmam Əli (ə) nə deyirdi?


Dəstəmaz alan zaman İmam Əli (ə) nə deyirdi?Bir gün İmam Əli (ə) oğlu Muhəmməd Hənəfiyyənin yanına gəlir və buyurur: “Bir qab su gətir!”.Muhəmməd suyu gətirir və Həzrət (ə) əllərini yuyub buyurur: “Allahın adına təbərrük edirəm, Ondan yardım istəyirəm. Həmd Allaha məxsusdur ki, suyu pak və pak edən yaratmışdır”.
Sonra suyu ağzında dolandırdı və buyurdu: “Allahım! O gün ki, Səninlə görüşəcəyəm, hüccətimi mənə təlqin et və dilimi zikrin üçün aç”.
Sonra su ilə burnunu yudu və buyurdu: “Allahım, behiştin iyini mənə haram etmə. Məni o kəslərdən qərar ver ki, behiştin ətrini hiss etsin”.
Sonra üzünü yudu və buyurdu: “Allahım! O gün ki, günahkarlar qaraüzlüdürlər, məni ağ üzlü et. O gün ki, salehlər üzü ağdırlar, üzümü qara etmə”...


Həzrət Fatimə nə üçün “Fatimə” adlandırılıb?


Həzrət Fatimə nə üçün “Fatimə” adlandırılıb? Cabir nəql edir ki, mən Əbu Əbdillahdan (ə) soruşdum: Nə üçün Həzrət Fatimə “Fatimə” adlandırılmışdır? Həzrət buyurdu: Çünki Allah Fatiməni Öz nurunun əzəmətindən xəlq etmişdir. Onun nuru parlayan zaman asimanlar və yer onun vasitəsi ilə nurani olub parlamağa başladı, məlaikələrin gözləri o nuru müşahidə etməkdən qamaşdı və Allah dərgahında səcdəyə düşüb dedilər: Ey Allah, ey bizim mövlamız, bu nə nurdur? Allah onlara belə vəhy etdi: Bu, Mənim nurumdandır. Mən onu asimanlarda müstəqər edib onu Öz əzəmətimdən yaratmışam. Mən bu nuru, peyğəmbərlərimdən birinin sülbündən çıxaracağam və o peyğəmbəri bütün peyğəmbərlərdən fəzilətli edəcəyəm...


Həzrət Zəhranın (s.ə) məsum olmasının hikməti və səbəbi nədir?


Həzrət Zəhranın (s.ə) məsum olmasının hikməti və səbəbi nədir? Ayətullah Seyyid Sistaninin dəftərxanasından cavab olara deyilib:
Cavab: Xanım Zəhranın (s.ə) ismət məqamına gəlincə, burada ismət peyğəmbərliyin və ya İmamətin dövr alınması deyil ki, Xanım Zəhra (s.ə) İmam və yaxud peyğəmbər olsun. İsmət ilahi, mənəvi bir məqamdır. İnsan bunu Allaha yaxınlıq fəzilətiilə əldə edir. İsmət yalnız Allaha itaət və bəndəçiliklə əldə edilir.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter