Həzrəti Əli (ə) Şiqşiqiyyə xütbəsindən sonra verilən suallara hansı cavabları verdi?


Həzrəti Əli (ə) Şiqşiqiyyə xütbəsindən sonra verilən suallara hansı cavabları verdi? Onlardan beşinə işarə edək: 1. O hansı canlıdır ki, başqa bir heyvanın qarnından çıxar və onların arasında heç bir (qohumluq) bağı olmaz? İmam (ə) buyurur: \"Həzrət Yunus (ə) ki, balığın qarnından çıxır\".
2. O nədir ki, azı mübah və çoxu haramdır? Həzrət (ə) buyurur: \"Talut bulağıdır ki, hər kim ondan çox içsə, haramdır\".
3. O hansı ibadətdir ki, əgər yerinə yetirsə, haramdır, əgər tərk etsə, yenə haramdır? Həzrət buyurur: \"Məst (şərab içən) insanın namazıdır. O kəs ki, şərabla məst olar, əgər namaz qılsa günahdır, əgər namazı tərk etsə, yenə də günahdır. \"Ey iman gətirənlər, sərxoş halda (sərxoşluğunuz aradan gedənə və) nə dediyinizi bilənə kimi namaza yaxınlaşmayın\"\". (\"Nisa\" 43)...


Qiyamət günü kimlər Peyğəmbəri (s) görməkdən məhrum olarlar?


Cavab: Hz Peyğəmbər (s) buyurdu: Qiyamət günü bütün müsəlmanlar məni görə biləcəklər. Məni görməkdən məhrum olanlar 3 dəstə əmələ sahib olanlardır:
1-Valideyninin üzünə ağ olanlar,
2-Allah-Taalanın (c.c) qadağan etdiyi içkiləri içənlər,
3-O kəslər ki, mənim adımın çəkilməsi zaman mənə salavat deməzlər...


Həzrət Əmirəl-möminin Əli (ə)-ı yuxuda görmək üçün oxunan dua hansıdır?


Həzrət Əmirəl-möminin Əli (ə)-ı yuxuda görmək üçün oxunan dua hansıdır? İmam Cəfər Sadiq (ə) buyurmuşdur: Hər kəs Həzrət Əli (ə)-ı görmək istəyirsə, yatanda bu duanı oxusun: Əllahummə inni əsəlukə ya mən ləhu lutfu xəfiyy. Və əyadihi basitətn la tuqbəz. Əsəlukə bilutfikəl-xəfiyyi ma lətuftə bihi liəbdin illa kufiyə ən turiyəni məvlayə Əmirəl-mumininə Əbi Talibin fi mənami.\"
Dünyasını dəyişmiş insanları yuxuda görmək üçün oxunan dua Hər kəs vəfat etmiş ölünü yuxuda görmək istəyirsə, sağ çiyni üstündə yataraq \"Şəms\", \"Ləyl\", \"Kafirun\", \"Tohid\", \"Fələq\" və \"Nas\" surələrini hər birini yeddi dəfə oxuyub desin: \"Əllahummə ərini mənami kəza.\" \"Kəza\" sözünün əvəzinə yuxuda görmək istədiyi ölünün adını çəkib və daha sonra belə desin: \"İcəl li əmri fərəcən və məxrəca.\"...


Əmirəl-mömininin (ə) təsbihatı necədir?


Əmirəl-mömininin (ə) təsbihatı necədir? Həzrət Zəhranın (s.ə) təsbihatı kimi, Əmirəl-möminin (ə) də təsbihatı vardır. Bu təsbihin də fəzilətləri çoxdur və onunla tanış olaq. Bu təsbihi yerinə yetirməyin yolu belədir: hər namazdan sonra:
10 dəfə “Subhənallah”. 10 dəfə “Əlhəmdulilləh”. 10 dəfə “Allahu Əkbər”. 10 dəfə “Lə iləhə iləllah” demək.
Əmirəl-möminin (ə) Bəra ibni Azəmə buyurur: “Sənə elə bir əməl öyrədimmi ki, onu yerinə yetirən zaman İlahi övliyalardan olarsan?”. (və sair saysız dünya və axirət savabına çatar... Bəra deyir: “Bəli”...


Hz Peyğəmbər (s) İmam Əliyə (ə) iftar barəsində nə tapşırdı?


Hz Peyğəmbər (s) İmam Əliyə (ə) iftar barəsində nə tapşırdı? Peyğəmbər (s) iftar barəsində həzrət Əli (ə) tapşırığı: İftar və obaşdan zamanlarında Bismillah deməzdən və yeməzdən öncə \"Qədr\" surəsini oxumaq çox mühüm əməllərəndir. Və iftardan öncə oxunmalı ən yaxşı dua, \"İqbal\" kitabına ,Müfəzzəl inb Ömərdən nəql olunub. İmam Sadiq (ə) buyurub: Allahın Rəsulu səlləllahu ələyhi və alih Əmirəlmöminin ələyhis-salama buyurdu: \"Əbəl-Həsən, ramazan ayı yaxınlaşıb; iftardan öncə dua oxu; Cəbrəil mənim yanıma gəlib dedi: Ya Məhəmməd! Hər kəs ramazan ayında iftardan öncə dua etsə, Allah onun duasını qəbul edər; namaz-orucunu qəbul edər və onun on duasını qəbul edər. Onun günahını bağışlayıb, qəm-qüssəsini aradan kənarlaşdırar, müşküllərini aradan qaldırar, istəklərini verər, onu məqsədinə çatdırar, onun əməlini peyğəmbərlərin və siddiqlərin əməli ilə bərabər (dərgaha) ucaldar, Qiyamət günü onun çöhrəsi, on dörd gecəlik aydan daha parlaq olar. Dedim: Hansı duadır? Cəbrəil dedi:...


Hz Peyğəmbər (s) Hz Əliyə (ə) ramazan ayının dəyəri haqda nələr buyurmuşdur?


Hz Peyğəmbər (s) Hz Əliyə (ə) ramazan ayının dəyəri haqda nələr buyurmuşdur?- Bir gün Peyğəmbərimiz Ramazan ayının üstünlüklərindən danışarkən Həzrət Əli əleyhissalam qalxıb soruşur: \"Bəs, bu ayda yerinə yetirilməsi ən çox savab olan əməl hansıdır?\". Peyğəmbər cavab verir: \"Allahın qadağan etdiyi işlərdən çəkinmək\".
- \"Hər şeyin qapısı var, ibadətin də qapısı orucdur\".
- \"Oruc - cəhənnəm atəşindən qorunmaq üçün bir sipərdir\".
- \"Oruc tutan adamın yuxusu da ibadət sayılar; bu şərtlə ki, öz müsəlman qardaşının arxasınca qeybət etməsin\"...


Allahdan hansı münacatla 10 il ömrünün uzanmasını qazandı?!


Allahdan hansı münacatla 10 il ömrünün uzanmasını qazandı?! Hacı Mirzə Əli Yəzdi, Hacı Muhəmməd Rəhimin oğludur və o, atası haqqında belə danışır: “Atam hər axşam məscidə camaat namazına gedərdi və sonra da Aşura ziyarətini oxuyardı. Bir gün çox pis xəstələnir. Yatağa düşür və deyir ki, məni məscidə aparın. Nə qədər dedik ki, orada səni rahat edə bilmərik. Dedi ki, yox, məscidə istəyirəm. Bir gecə halı çox pisləşdi və onu evə gətirdik. Artıq nəfəsi gəlmirdi və əmin olduq ki, ölübdür. Ona görə oturub, dəfn mərasimini müzakirə etməyə başladıq. Səhər açıldı və birdən atam məni və qardaşımı çağırdı. Heyrətdən donub qalmışdıq. O, tər içində idi və dedi ki, ölmək fikri yoxdur, narahat olmayaq. Yataqdan qalxdı və onu hamama apardıq və sanki heç xəstə deyilmiş. Həcc mərasimi yaxınlaşırdı və atam da həccə hazırlaşırdı. Biz onu ötürməyə getdik və o, bizə dedi ki, heç mənim niyə ölmədiyimi soruşmursunuz. Sonra danışmağa başladı.


Hz Peyğəmbər (s) Fatimənin (ə) məqamı haqda Salman Farsiyə nə buyurdu?


Hz Peyğəmbər (s) Fatimənin (ə) məqamı haqda Salman Farsiyə nə buyurdu? Peyğəmbərin (s) yanına gələn dəyərli səhabə Həzrətdən (ə) soruşdu: – Ey mənim ağam, istəyirəm, mənə Hz-Zəhra (s.ə)-nın qiyamətdəki fəzilətindən xəbər verəsən.
Peyğəmbər (s): – Allaha and olsun ki, Fatimə (s.ə) həmin qadındır ki, dəvəyə minərək məhşər ərsəsindən gəlib keçər. Onun mübarək başı Allah qorxusundan bir görüntü, gözləri isə Tanrı nurundandır. Məhşər səhnəsində Allah-təaladan nida gələr: «Ey xəlaiq, gözlərinizi qapayın və başınızı aşağı salın. Bu, sizin Peyğəmbərinizin qızı, İmamınız Əli(ə.s)-nin zövcəsi, Həsən və Hüseyn (ə.s)-in anasıdır». Sonra başında iki ağ çadır sirat körpüsündən keçər. Ondan sonra Allah-təala Fatimə (s.ə)-yə vəhy edər: \"Ey Fatimə, istədiyini məndən dilə ki, sənə əta edib sevindirim». Fatimə (s.ə) ərz edər: «İlahi, sən mənim ümidimsən. Sənin dərgahından istəyim budur ki, mənim və ailəmin dostlarını cəhənnəm atəşindən azad edəsən». Allah-təala ona cavab verər: «Ey Fatimə, izzət və cəlalıma and olsun ki, yerin və göylərin xilqətindən iki min il qabaq özümə and vermişəm ki, sənin və ailənin dostlarını cəhənnəm əzabından azad edim»...


İmam Zamanı (ə.c) görmək və ya onun yolu ilə addımlamaq dəyərlidir?


İmam Zamanı (ə.c) görmək və ya onun yolu ilə addımlamaq dəyərlidir? Mərhum Şeyx Məhəmmədtəqi Bəhluldan İmam Zamanı (ə.c) görmək üçün nə etmək lazım olduğunu soruşdular. Şeyx bunun cavabında dedi: “İmam Zamanı (ə.c) görmək şərt deyil. Unutmamalıyıq ki, o (İmam) daim bizi görür. Bir çoxları həzrət Əmirəlmöminin Əlini (ə) görmüşdü, ancaq ona düşmən kəsildi. Elə işlər görməliyik ki, onların diqqətini özümüzə cəlb edək. Bax, bunun dəyəri var!”


İmam Əli (ə) ardıcılları olan şiələrin gələcəyi haqda nə deyib?


İmam Əli (ə) ardıcılları olan şiələrin gələcəyi haqda nə deyib?İmam Əlinin(ə) şiələrin gələcəyi, onların bəzi çətin imtahanlarla üzbəüz qalacağı haqda maraqlı hədisini təqdim edirik: “Ey şiələr siz sevdiyinizə və arzu etdiyinizə bir-birinizin üzünə tüpürməyənə və bəzilərinizi yalançı adlandırmayana qədər, çata bilməyəcəksiniz. Yalnız gözdə qalan az sürmə və yeməyin içində qalan az bir duz kimi. Bu haqda sizə bir misal gətirim: Bu, bənzəyir anbarına buğda azuqəsi yığmış bir kişiyə. Həmin azuqə ki, onu küləyə verib, onu təmizləyib və yığıb. Bir müddətdən sonra gəlib görər ki, onun içində qurdalr və böcəklər var. O azuqəni çıxarar yenidən küləyə verib təmizləyib, yığar. Bir müddət sonra yenidən ona baş çəkər görər ki, içində bəzi böcəklər və qurdlar var. Yenidən onu çıxarıb təmizləyər və təmizi yerinə yığıb qapını bağlayar. Sonra yenidən baş çəkər həmin böcəkləri yenə görər. Öncə etdiyini o qədər təkrarlayar ki, yerdə cəmi bir tay buğda qalar. O azuqəyə böcək dəyməyib. Baxın sizlər də belə imtahana çəkiləcəksiniz və fitnələr sizi ələyəcək. O yerə qədər ki, sizdən yalnız kiçik bu qrup qalacaq. O qrup ki, fitnələr ona zərbə vura bilməz.”


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter