Allahın Rəsulu (s) həzrət Əliyə (ə) neçə illik yol getməyi tapşırdı?


Peyğəmbər (s) həzrət Əliyə (ə) bəzi işlərin vacibliyinin həddini çatdırmaq üçün belə tövsiyə edir:
Ey Əli!

1. Ata-anaya yaxşılıq etməkdən ötrü iki illik yol qət et.
2. Qohum-əqrəbaya yaxşılıq etməkdən ötrü bir illik yol qət et.
3. Xəstəni yoluxmaqdan ötrü bir millik yol get.
4. Cənazəni müşayət etməkdən ötrü iki millik yol get.
5. Dəvəti qəbul etməkdən ötrü üç millik yol get.
6. Mömin qardaşını ziyarət etməkdən ötrü dörd millik yol get.
7. Çətinliyə düşənin əlindən tutmaq üçün beş millik yol get.
8. Zülm görmüş insana kömək etməkdən ötrü altı millik yol get.

Sənə çoxlu istiğfar etməyi tapşırıram.

Qeyd: 1 mil, 1.609344 kilometrə bərabərdir


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter