Yəhidi Hz Peyğəmbərdə (s) Hansı Tövrat əxlaqını görərək İslamı qəbul etdi?!


İmam Musa Kazim (ə) cəddi Əmirəl-möminindən (ə) belə nəql edir: Bir yəhudinin Peyğəmbərdən (s) bir neçə dinar alacağı vardı. Peyğəmbərdən borcunu istədi.
Peyğəmbər (s) buyurdu: \"Borcunu ödəyə bilmirəm.” Yəhudi dedi: \"Əgər verməsən səni buraxmayacağam.” Həzrət buyurdu: \"Onda qoy yanında əyləşim.” Peyğəmbər (s) günorta və əsr, məğrib və işa, sübh namazını həmin yerdə qıldı.
Peyğəmbərin səhabələri hadisədən xəbər tutub yəhudini cəzalandırmaq istədilər. Həzrət buyurdu: \"Nə etmək istəyirsiniz?” Dedilər: \"Ey Allahın rəsulu, bir yəhudi səni həbs etsinmi?” Həzrət buyurdu: \"Rəbbim məni zimmə əhlinə sitəm üçün göndərməyib.” Gün başa çatanda yəhudi dedi: \"Əşhədu ənla ilahə illəllah və əşhədu ənnə Muhəmmədən əbduhu və rəsuluh.” O öz sərvətinin bir hissəsini din yolunda bağışladı...


İmam Əli (ə) namaz qılarkən özünü Haqq Təala (c.c) qarşısında necə hiss edərdi?!


İlahi əmanət yükünü daşımaq bəşər üçün ən böyük iftixardır.
Şair deyir: Səma götürmədi bu əmanəti, İnsana yazdılar bu ləyaqəti.
Həzrət Əli (ə) Siffeyn döyüşündə günəşi izləyir, arabir səmaya baxırdı. İbn Abbas bu işin səbəbini soruşdu. O həzrət buyurdu: \"İstəmirəm ki, ilkin vaxtın namazını əldən çıxaram.” İbn Abbas dedi: \"İndi?” Həzrət (ə) buyurdu: Bəli! (\"Səfinətul-bihar”, 2-ci cild, səh.44)
Bəli! Balıqlar üzməkdən yorulmadığı kimi ilahi övliyalar da ibadət və namazdan yorulmur, əksinə, hər ibadətdən sonra Allah dərgahında bəndəlik üçün daha da həvəslənirlər.
İmam Səccad (ə) namazda \"maliki yəvmid-din” cümləsini o qədər təkrar edirdi ki, baxanlar onun can verdiyini düşünürdülər. (bax: \"Bihar”, 84-cü cild, səh.274)...


Məsumların hədislərində Peyğəmbər (s.v.s) və onun Əhli beytinə salavat göndərməyin savabları haqda hansı müjdələr verilmişdir?!


... İmam Sadiq (ə) buyurmuşdur: Dan yeri söküldükdən sonra 100 dəfə de: \"Əllahummə səlli əla Muhəmmədin və Ali – Muhəmməd.” Bunun vasitəsi ilə Allah səni Cəhənnəm odundan qoruyar.
=Mələklər bu salavatın savabını yazmaqdan yorulur. \"Cəzallahü anna Muhammədin Sallallahü Aleyhi və Səlləmə ma hüvə əhlüh”.
Bu salavatı oxuyan kimsəyə yazıcı mələklərdən yetmiş mələk, min sabah və min axşam savab yazmaq üçün çətinlik çəkərək yorulur və ancaq yaza bilir.
\"Allahümmə Rabbəl əşihüril harami vəlməşarilharami vəlbəytilharami vərrükni vəlməkani və Rabbilhilli vəlharami ikra, Muhammədən minnissəlamə”.
=Kim gündə 70 dəfə bu salavatı oxuyarsa, Peyğəmbər (s.v.s)–nı yuxusunda görər.
”Allahümmə Səlli əla Kuhi səydina Muhammədin filərvahi və səlli əla cəsədi səydina Muhammədin filəcsadi və səlli əla kabri səydina Muhammədin filkuburi. Allahummə bəllic minni təhliyyətən və səlama.”


Hz.Əli (ə) kimdir? Hədislərdən çıxarılmış 14 cümlə


Əli (ə) - Kəbənin içində doğulan yeganə şəxsdir.
Əli (ə) - kamillik zirvəsini fəth edən ilk İmamdır.
Əli (ə) - Peyğəmbərin (s) elm şəhərinin qapısıdır.
Əli (ə) - o kəsdir ki, Qurani-Kərimdə haqqında ayələr nazil olmuşdur.
Əli (ə) - o kəsdir ki, ona məhəbbət - Allaha imanın nişanəsidir.
Əli (ə) - hicrət gecəsi Peyğəmbərin (s) yatağında canını fəda edən kəsdir.
Əli (ə) – o kəsdir ki, Xeybərin fəthi məhz onun əli ilə gerçəkləşdi...


Namazda fikrimizin dağılmasına səbəb nə ola bilər?! İmam Səccadın (ə) münacatları


İmam Zeynül-abidin (ə) hər birimizin ürəyini narahat edən sualı verdikdən sonra ardınca bunun cavabını da buyurur. Duanın növbəti sətirlərində İmam, namazın könülsüz halda qılınmasının mümkün səbəblərindən bir neçəsini sadalayır:
\"Ey ağam! Bəlkə səbəb budur ki, məni öz dərgahından qovmusan və öz xidmətindən kənar etmisən?
Bəlkə Sənin haqqına (itaət və ibadətə) sayğısızlıq etdiyimi görmüsən, ona görə məni özündən uzaq salmısan?
Bəlkə Səndən üz çevirdiyimi görüb, Sən məndən üz çevirmisən?
Bəlkə məni yalançıların dərəcəsində görüb məni özündən uzaqlaşdırmısan?
Bəlkə Sənin nemətlərinə şükr etmədiyimi görüb məni məhrum buraxmısan?...


İmam Həsən (ə)-ın əxlaqı Şam əhalisindən olan bir nəfəri necə hidayət etdi?!


Şam əhalisindən olan bir nəfər nəql edir ki:«Mədinə şəhərinə daxil oldum. Bir nəfərin gözəlliyi məni özünə cəlb etdi. Onun kim olmasını soruşdum. Dedilər ki, Həsən ibn Əlidir.
Şamlı kişi deyir:«Mən Əliyə belə bir oğlu olduğu üçün həsəd apardım. Sonra onun yanına gedib dedim:«Sən əbu Talibin oğlusan?» Buyurdu:«Mən onun nəvəsiyəm.»
Dedim:«Lənət olsun sənə və sənin atana, Lənət olsun sənə və atana!» Şamlı kişi deyir:«Amma o susdu, mənə cavab vermədi.
O Həzrət sonra buyurdu: «Deyəsən qəribsən? Əgər minik istəsən verərik, bəxşiş istəsən əta edərik, kömək istəsən edərik.» Həmin şəxs deyir:«Mən ondan elə bir halda ayrıldım ki, o mənim yanımda yer üzünün ən sevimli adamı idi.»


Dünya çətinliklərinin həqiqi dərd olmadığını Hz Əli (ə) hansı suallarla izah etdii?!


Birisi Hz Әli (ə)-a dedi : O qədər dərdliyəmki sıxıntıdan ölürəm. Həzrət buyurdu : İki sual soruşacam cavabını verib dərmanını tapacaqsan. Adam dedi : Soruş ya Әli (ə)
Həzrət buyurdu : Dünyaya gəldiyin zaman bu dərd səninlə birlikdəmi dünyaya geldi? Adam : -Yox.
Hz Әli (ə) : -Dünyadan gedərkən bu dərd səninlə birlikdə olacaqmı? Adam : -Yox.
Hz Әli (ə) : Səninlə birlikdə gəlməyən və gedərkəndə səninlə birlikdə olmayacaq olan bir dərd sənin bu qədər zamanını almalı deyil. Səbrli ol.
Yer üzündəkilərə çox ümid bağlamaqdansa üzünü göy üzündəkinə çevir


İmam Məhəmməd Baqir (ə)-ın həyatı haqqında qısa məlumat...


İMAM MUHƏMMƏD (ƏLEYHİSSALAM) - Ləqəbləri: Baqir, Zakir, Şakir, Hadi, Sabir, Cami, Hazir, Şəbih, Nasir. Künyəsi: Əbu Cəfər.
Atası: İmam Zeynül-Abidin (əleyhissalam). Anası: İmam Həsənin (a) qızı Fatimə. Doğulduğu gün: 1 Rəcəb. Doğulduğu yer: Mədineyi-Münəvvərə. Doğulduğu il: 57-ci hicri ili. Şəhid olduğu gün: 7 Zilhəccə. Şəhid olduğu il:114-cü hicri ili. Ömrü: 57 il. Şəhadət səbəbi: Hişam ibn Əbdül-məlik o Həzrəti zəhərləmişdir. Dəfn olunduğu yer: \"Bəqi” qəbiristanlığı.
Övladlarının sayı: 8 (6 oğlan, 2 qız).-Oğlanları: 1. Əbu Əbdillah (İmam Sadiq əleyhissalam). 2. Əbdüllah. 3. İbrahim. 4. Übeydullah. 5. Rəca. 6. Əli.
Qızları: 1. Zeynəb. 2. Ümmü Sələmə. Üzüyündəki yazı: \"Əl izzətü lillahi cəmiən” (Bütün izzət və qüdrət Allaha məxsusdur).





Аşurа hаdisəsi bаş vеrəndən sоnrа Imаm Zеynəlаbidin əlеyhissаlаmın Mədinə şəhərində ən mühüm işi nə idi?


Cаvаb: О Həzrətin Mədinə şəhərində ən mühüm işi Kərbəlа şəhidlərinin ürək yаndırıcı хаtirələrini yаdа sаlmаq və оnlаrа аğlаmаq idi. О Həzrətin bu işi pаk hissiyаt və аtifələri Yеzidin hökumətinə qаrşı təhrik еtməsində böyük rоlu vаr idi. Imаm Zеynəlаbidin əlеyhissаlаm şəhidlərin pеyğаmını хаlqа çаtdırmаq üçün hər bir fürsətdən istifаdə еtdi. О Həzrət Kufədə, Şаmdа, Mədinədə öz хütbə və çıхışlаrındа Yеzidin çirkin əməllərini ifşа еtməklə Bəni-Ümеyyə хilаfətini rüsvаy еtdi. Imаm Zеynəlаbidin əlеyhissаlаm Bəni-Ümеyyənin Mənfur hökumətinin əlеyhinə хаlqın qiyаm еtməsinə zəminə yаrаdırdı.


Dördüncü İmam, Əli ibn Hüseyn (ə)-a nə üçün Səccad və Zeynul-Abidin ləqəbləri verilib?!


-Cаvаb: Imаm Bаqir əlеyhissаlаm buyurur: Аtаm Imаm Zеynəlаbidin əlеyhissаlаm hər vахt Ilаhi nеmətlərdən hаnsı birini yаdınа sаlırdısа, səcdə еdirdi.
О Həzrət Qurаni-kərimin səcdəsi оlаn аyələrdən (istər vаcib səcdə оlsun, istərsə də müstəhəb səcdə) hər hаnsını охuyurdusа səcdə еdirdi.
Imаm Zеynəlаbidin (ə) hər vахt nаmаz qılıb qurtаrırdısа, səcdə еdirdi və hər vахt iki nəfərin аrаsındа sülh yаrаdırdısа, səcdə еdirdi. Еlə bunа görə də, yəni о Həzrət çохlu səcdə еtdiyi üçün оnun аlnındа səcdənin yеri qаlmışdı. Bu səbəbə görə о Həzrətə \"Səccаd” (çохlu səcdə еdən şəхs) dеyirdilər.
-Cаvаb: \"Zеynəlаbidin” (yəni ibаdət еdənlərin zinəti.) Pеyğəmbər (s) buyurubdur: Qiyаmət günü cаrçı nidа çəkəcək ki, Zеynəlаbidin hаrаdаdır?
Mən еlə bil Əli ibni Hüsеyni (Zеynəlаbidin (ə) cərgələrin аrаsındа gəzən görürəm.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter