Həzrət Əli(ə)-ın suallarına İmam Həsənin(ə) verdiyi cavablar


Rəsulullahın (s) çox sevdiyi və bəzən çiynində gəzdirdiyi Həzrət Həsən (ə), Qurani-Kərim və sünnənin qaynağı olan bir evdə böyümüş və tərbiyə almışdı. İstər anası Həzrət Fatimənin, istərsə də Həzrət Əlinin böyük diqqət və nəzarətlə tərbiyə etdikləri və Həzrət Peyğəmbərimizin (s) maraqlandığı bu peyğəmbər nəvəsi, eyni zamanda çox bilikli idi. Bir gün Həzrət Əli (ə), övladının düşüncə və anlayışını yoxlamaq üçün onu yanına çağırdı. Onların arasında baş verən sual-cavabları Əbu Nuaymın əl-Hılyə» adlı əsərindən tərcümə edərək oxuyaq:

- Doğru əməl nədir?

-Pis əməli yaxşı əməllə aradan qaldırmaq.

- Şərəf nədir?

-Ailə və qəbiləni yaxşı əməllərə sövq etmək, bu səbəbdən yaranan kədərli hadisələrə dözməkdir.

- Mərdlik və insanlıq nədir?

- İffətli (günah və haramlardan uzaq olmaq) olmaq, maddi vəziyyətini yaxşılaşdırmaq.

- Rəfət (qoruma və halına acıma) nədir?

- Aza baxıb qane olmaq, insanı alçaldan əlamətlərin qarşısını almaq və beləliklə həm özünü, həm də ətrafını pisə əməllərdən qorumaqdır.

- Alçaqlıq, xəsislik və insanlıqdan uzaq olmaq nədir?

- Nəfsin əsiri olmaq, yalnız onun üçün çalışmaq və malı bu yolda xərcləməkdir.

- Comərdlik nədir?

- Bolluq və insanların möhtac vəziyyətlərində, Allah yolunda həmin insanlara kömək etməkdir.

- Hədsiz xəsislik nədir?

-Əlində olan malı özü üçün şərəf kimi hesab etmək. Allah yolunda xərclənən pulun mənasız yerə getdiyini düşünməkdir.

- Qorxaqlıq nədir?

- Dosta qarşı cürətli, düşməndən isə gizlənməkdir.

- Qənimət nədir?

- Yalnız Allahdan qorxub, qəlbən bağlı olmaq, hər bir yerdə və işdə Allahdan çəkinməkdir.

- Helm (mülayimlik və səbr) nədir?

- Əsəbi cilovlamaq, nəfsə sahib olmaq.

- Varlı olmaq nədir?

- Allahın bölüşdürdüyü nemətlə (hətta az da olsa) razı olmaq. Əsl zəninlik qəlbin zəngin olmasıdır.

- Əziz və güclü olmaq nədir?

- Lazım gəldiyi zaman cəsarətlə danışmaq və öndə olan insanlarla haqsızlıq etdikləri vaxtlarda mübahisə etməkdir.

- Alçaqlıq nədir?

- Qəhrəmanlıq göstərilməsi lazım olan yerdə təşvişə düşmək.

- Bildirmək istədiyini deyə bilməyən aciz kimdir?

- Saqqalı və bığı ilə oynayan, danışdığı zaman qarşısındakı insanın üzünə ağız suyu sıçradan insandır.

- Cəsarət nədir?

- Yaxınları və dostlarına uyğun olmaqdır.

- Çıxılmaz vəziyyət və çətinlik nədir?

- Faydasız mövzuları müzakirə etmək, mənasız danışıqlardır.

- Şərəf və şöhrət, böyüklük və ciddilik nədir?

- Borcu vaxtında ödəmək, borclu olan insan çətin vəziyyətdə olduğu zaman borcu bağışlamaq, günahkarı da bağışlamaqdır.

- Ağıl nədir?

- Dərk etmək istədiyi mövzuları və hadisələri öz məntiq süzgəcindən keçirərək təcrübə tərəzisində ölçməkdir.

- Qətiyyətli olmaq nədir?

-Düşünərək və səbirli şəkildə hərəkət etməkdir.

- Pozğunluq nədir?

- Səviyyəsiz işlərlə məşğul olmaq, nəfs və şəhvətin arxasınca düşməkdir.

- Etinasızlıq nədir?

- Şərəf gətirən işləri bir kənara qoymaq, dağıdıcı, narahatedici hadisələrin axarına düşməkdir.

- Ümidsizlik və məhrum olmaq nədir?

- Ona aid olan pay qarşısına qoyulduğu zaman ondan imtina etməkdir.

- Nə olursa-olsun, başçı olmaq arzusu nədir?

- Malla bağlı mövzularda ağıllı hərəkət etməmək, şərəf və namus məsələlərində etinasızlıq göstərmək, söyüldüyü zaman cavab verməmək, bağlı olduğu ailə və ətrafının vəziyyətinə əhəmiyyət verərək məyus olmaqdır.

Sonra isə Həzrət Əli (ə) oğluna belə dedi:

Rəsulullahın (s) belə buyurduğunu eşitdim:

- Ən böyük yoxsulluq cahillik,ən qiymətli mal isə ağıllı hərəkət etməkdir.

- Dünyaya maddi cəhətinlə, axirətə isə mənəvi cəhətinlə bağlı ol!


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter