Hansı Peyğəmbər (ə)dua edərkən heyvanlar onun səsinə toplanardılar?


O, dua edəndə, heyvanlar və quşlar da səsinin gözəlliyinə görə yığışırdılar! Hz Davud (ə) Bəni-İsrayilin məşhur peyğəmbərlərindən olmuşdur ki, xoş səsi, gözəlliyi, heyvanlarla söhbət etmək qabiliyyəti ilə tanınmışdır. Gözəlliyini Hz Yusifə (ə), səbrini Hz Əyyuba (ə), uzun ömrünü Nuha (ə), hidayət etmək natiqliyini Hz Muhəmmədə (s) bənzədirlər. O, yüz il ömür sürmüşdür ki, onun 40 ilində hökumət etmişdir. O zaman ki, Allahla münacat edərdi, quşlar və heyvanlar səsini eşidib toplaşardılar. O zaman ki, Talut dünyadan gedir, Bəni-İsrayil hökuməti onun əlinə verilir. Hakimiyyətə çatan zaman Allah ona peyğəmbərlik məqamını da verir...


Həzrət Nuhun (ə) zamanında hansı səma kitabı olmuşdu?


Həzrət Nuhun (ə) səma kitabı olmuşdur. Bu kitabın xüsusi adı olmamışdır, sadəcə” Nuhun kitabı” adı ilə məşhur olmuşdur. Qurani-Kərim buyurur: “Bütün insanlar tək bir dəstə idilər. Beləliklə Allah peyğəmbərləri müjdə verən və qorxudan olaraq göndərdi və onlarla birlikdə insanların arasında onların bir-birləri ilə ixtilafa düçar olduqları şey barəsində hökm çıxarmaq üçün haqq olaraq kitab nazil etdi. Onda ixtilafı yalnız kitab verilmiş kəslər, özü də onlara aydın dəlillər gəldikdən sonra aralarındakı paxıllıq və təkəbbür ucbatından yaratdılar. Beləliklə, Allah iman gətirənləri Öz köməyi ilə barəsində ixtilafa düşdükləri haqqa doğru istiqamətləndirdi. Allah istədiyi şəxsi doğru yola hidayət edir”. (Bəqərə/213). Əllamə Təbatəbainin nəzərinə görə, bu ayədə adı çəkilən “kitab” sözü məhz “Nuhun kitabıdır”...


Hz Musadan (ə) Allaha necə şükr etməyimizi öyrənək!


Hz Musadan (ə) Allaha necə şükr etməyimizi öyrənək! İmam Baqir (əs) belə buyurdu, Tövratda belə yazılmışdı: Musa ALLAHA belə ərz etdi: — Pərvərdigara, mənə yaxınsan, səninlə ahəstə söhbət edim, yoxsa uzaqsan səninlə uca səslə danışım? Xitab gəldi: — Ey Musa, mən, məni yad edən hər kəsin həmsöhbətiyəm. Musa ərz etdi: — Camaatın eyiblərinə yalnız sənin pərdə çəkdiyin gün hansı şəxslərin eyibləri örtüləcəkdir?... Əbu Abdullah (əs) belə buyurur:«ALLAH TƏALA Musaya belə vəhy etdi»: — Ey Musa, mənə layiq olan şükrü yerinə yetir. Musa ərz etdi: — Bu şükrü necə yerinə yetirə bilərəm. Halbuki bu şükr etməyin özü də bir nemətdir. Xitab gəldi: — Ey Musa, elə indi «bu şükr də sənin tərəfindən olan bir nemətdir» deməklə mənim şükrümü yerinə yetirdin.


Hz İsa (ə) hansı xüsusiyyətli məclislərdə iştirak etməyi tövsiyə edir?


Həvvarilər Hz İsaya (ə) dedilər: Ey Allahın Elçisi! Kimlərin məclisində iştirak edək? Hz İsa (ə) buyurdu: (Üç faydalı təsirə malik olan məclislərdə iştirak edin.)
1-O şəxslərlə oturub-durun ki, onları görmək sizlərə Allahı xatırlatsın,
2-O şəxslərlə oturub-durun ki, onların danışması sizlərin elmini artırsın,
3-O şəxslərə oturub-durun ki, onların əməlləri axirətin hesab-kitabının olmasını xatırlatsın...


Şeytanın Həzrət Nuha (ə) etdiyi etiraf nə haqda idi?


... İmam Hadi (ə) belə buyurur: Həzrəti Nuh İblisə əmr etdi: Danış! İblis danışmağa başladı: Adəm övladını paxıl, həris, həsəd, zalım və tələskən halda gördüyüm an onu ələ tez keçirirəm. Əgər bütün bu sifətlər onda cəmlənərsə o kəs bizdəndir. Onu özümüz kimi üsyənkar Şeytan adlandırırıq.
İmam və Peyğəmbərlərin (ə) kəlamlarındakı hədəfləri insanların qəflətdən ayılması və hidayətidir. Çünki insanda şeytanı xıslətlərin formalaşması, insanın şetanlaşlamısı deməkdir. Bu vəziyyət də onun yaradılış hədəfinə ziddir. Əgər belə olmasaydı Şeytan insanla düşmənçilik etməzdi (yəni əl çəkərdi).


Həzrət Adəmin (ə) övladına 5 nəsihəti nələr haqda idi?


Həzrət Adəmin (ə) övladına 5 nəsihəti nələr haqda idi? Həzrət Adəm (ə) oğlu Şeysə beş nəsihət verir. Ona əmr edir ki, bu nəsihətləri övladlarına da versin.
1. Dünyaya əmin olmayın ki, mən cavidan behiştə əmin oldum, Allah bu əminliyi bəyənmədi və məni çıxartdı.
2. Qadınların rəyi ilə rəftar etməyin ki, mən qadının meylinə əməl etdim, ağacdan yedim və peşman oldum.
3. Hər nə iş görmək istəsəniz, əvvəl aqibətinə baxın ki, mən əgər aqibəti düşünən olsaydım, bu müsibətə düçar olmazdım...


Həzrət Musa (ə) hansı keyfiyyətinə görə seçilmişdi?


Həzrət Musa (ə) hansı keyfiyyətinə görə seçilmişdi?İmam Baqir (ə) nəql edir: “Həzrət Musaya (ə) 30 gün vəhy gəlməsi kəsilir. Ona görə də Şamın ətrafında olan Əriha adlı dağa qalxır və buyurur: “Ey Pərvərdigar! Nəyə görə vəhyini məndən saxlamısan və həbs etmisən? Düçar olduğum günaha görədir? Mən indi Sənin dərgahına gəlmişəm ki, hansı şəkildə razı olsan, məni cəzalandırasan”.
Allah vəhy edir: “Ey Musa! Bilirsənmi ki, niyə Öz vəhy yolumla səni başqa bəndələr içərisindən seçmişəm?”.
Musa (ə) deyir: “Bilmirəm, ey Allahım!”. Allah buyurur: “Ey Musa! Bəndələrimə nəzər saldım və onların arasında səndən daha təvazökar olanını görmədim...


Həzrət İsaya (ə) niyə Ruhullah deyirlər?


Həzrət İsaya (ə) niyə Ruhullah deyirlər?... Tarixdə oxuyuruq: “Harun ər-Rəşid xristian bir təbibə malik idi ki, bir gün İslam alimlərindən olan Əli ibni Hüseynlə mübahisə edir. Xristian dedi: “Sizin səma kitabınızda belə bir ayə vardır ki, Məsihi Allahın bir hissəsi kimi tanıtmışdır”. Sonra yuxarıdakı ayəni oxudu. Əli isə ona cavab olaraq bu ayəni tilavət etdi. “Göylərdə və yerdə olanları – (varlıq və idarə edilmələri) Onun tərəfindən olanların hamısını sizin xeyirinizə ram etdi. Həqiqətən bunda düşünən dəstə üçün nişanələr vardır”. (“Casiyə” 13). Xristian təbib bu ayəni eşidən kimi müsəlman oldu. Harun da bu hadisədən sevindi və Əliyə mükafat verdi”. Xristianlar atasız dünyaya gələn Həzrət İsaya (ə) uluhiyyəti nisbət vermişdilər. Ancaq yaddan çıxartmışdılar ki, Həzrət Adəmin (ə) də atası və anası olmamışdır. Heç kəs bu xüsusiyyətə görə heç kimə uluhiyyəti nisbət verə bilməz.


İmam Musa Kazımı (ə) Həzrət İsaya (ə) niyə oxşatdılar?


İmam Musa Kazımı (ə) Həzrət İsaya (ə) niyə oxşatdılar? İmam Kazım (ə) Məkkənin (ə) kənarından keçirdi. Görür ki, bir qadın ağlayır və ətrafında da bir neçə kiçik uşaq vardır. İmam (ə) qadına yaxınlaşdı və ağlamağının səbəbini soruşdu. O, dedi: “Mənim bir neçə yetim uşağım vardır. Bir inəyim var idi və onun südü ilə həyatımızı təmin edirdim. İndi həmin inək ölübdür”. İmam (ə) buyurur: “İstəyirsənmi ki, o inəyi dirildim?”. Qadın deyir: “Bəli, ey Allah bəndəsi!”. İmam (ə) kənara çəkildi və iki rükət namaz qıldı. Sonra əllərini dua üçün qaldırdı. Ayağa qalxıb, inəyin cəsədinin yanına gəldi. Fəryad çəkib, çubuqla ona vurdu. İnək ayağa qalxdı. Qadın inəyi diri görən zaman fəryad çəkdi və dedi: “Kəbənin Allahına and olsun ki, bu ağa – İsa ibni Məryəmdir (ə)”.İnsanlar toplaşdı və insanların sayı artanda İmam (ə) yavaşca gözlərdən itdi.


Əməl dəftərinə yazılan bir Suhbanəllah haqda Hz. Süleyman nə buyurdu?


Əməl dəftərinə yazılan bir Suhbanəllah haqda Hz. Süleyman nə buyurdu? Həzrət Süleyman (ə) bir yerdən keçirdi. Quşlar onun başı üzərinə kölgə salmış, cin və insanlaradan olan mühafizəçiləri isə sağ və sol tərəflərində onu qoruyurdu.
Süleyman orada bir abidlə rastlaşır. Abid deyir: “And olsun Allaha! Allah sənə böyük bir şahlıq bağışlamışdır”. Həzrət Süleyman deyir: “Möminin əməl dəftərində yazılan bir “Subhanəllah” Davudun oğluna (Süleymana) verilən (şahlıqdan) daha üstündür. Çünki Davudun oğluna verilən aradan gedəcək, ancaq Allahı yad etmək qalacaqdır”.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter