İmam Əlinin (ə) məzarının kənarında kimlər dəfn olunub?


İmam Əlinin (ə) məzarının kənarında kimlər dəfn olunub? Həzrət Əlinin (ə) ziyarətnaməsindən belə nəticə əldə etmək olur ki, Həzrət Adəm (ə) və Həzrət Nuh (ə) Həzrətin kənarında uyuyur (dəfn olunub). Çünki, ziyarətnamədə belə qeyd edilmişdir: \"Əssəlamu ələykə ya məulayə və əla zəci`əykə Adəmə və Nuh və rahmətullahi və bərakətuh\". (Ey mənim mövlam, sənə və sənin civarında uyuyan Adəm və Nuha Allahın salamı və bərəkəti olsun) (\"Biharul-Ənvar\" c.53, səh. 271, \"Məfatihul-Cinan\" səh. 344) Əbu Bəsir deyir: \"İmam Məhəmməd Baqirdən (ə) Möminlərin əmirinin (ə) qəbri haqqında soruşdum və camaatın bu barədə ixtilafda olduğunu dedim. Həzrət buyurdu: - Şübhəsiz ki, Möminlərin əmiri (ə) atası Nuhla onun məzarında uyuyur.\" ( Hürr Amuli, \"Vəsailuş-şiə\", c.14, səh.386, hədis 19437 \"Alul-Beyt\" müəssisəsi, Qum, 1409 q, Bu mövrid barədə rəvayətlər çoxdur, daha artıq məlumat əldə etmək istəyən \"Vəsailuş-şiə\", c.14, səh. 384, bab 27 \"Babu istihbabi ziyarəti Adəmə və Nuh və İbrahimə mə`ə Əmiril-muminin (ə)\" müraciət etsin.)


Həzrət İdrİs (ə) hansı 3 nemətə malİk İdİ?


Həzrət İdrİs (ə) hansı 3 nemətə malİk İdİ?Allah Təbarəkə və Təala peyğəmbərlərini (ə) müxtəlif möcüzələrlə insanlara tərəf göndərmişdir. Bəzilərini səma kitabı ilə, bəzilərini müxtəlif elmlərlə, bəzilərini qüdrət və səltənətlə. Həzrət Süleyman (ə) və Davudu (ə) səltənəti ilə, bəzi peyğəmbərləri möcüzə silahı ilə və bəzilərini isə xəstələrə şəfa verərək.


Nİyə Həzrət Nuhun (ə) övladı dönük çıxdı?


Ata və ananın ən mühüm vəzifələrindən biri budur ki, övladları ilə dostluq əlaqəsi yaradıb, onlarla qaşılıqlı anlaşmada olsun. Bunu bilmək lazımdır ki, bir ailənin müvəffəqiyyət qazanmasının rəmzi ata və ananın qarşılıqlı anlaşmasından asılıdır. Əgər həyat yoldaşları bir-birini başa düşmürlər və bir-birinə hörmət qoymurlarsa, övlad tərbiyəsində də o qədər mühüm nəticəyə çata bilməyəcəklər. Hətta əgər onlardan biri öz vəzifələrinə düzgün əməl etsə, yenə də övladlarına müsbət təsir qoymayacaqdır.


PEYĞƏMBƏRİMİZ (S) NECƏ GÖRSƏNİRDİ, NECƏ BİRİ İDİ?


Bir gün İmam Həsən (ə) ogey dayısı Hinddən xahiş etdi ki, Həzrət Mühəmməd Peyğəmbəri (s) təsvir etsin. Hind Həzrət Xədicənin əvvəlki ərindən olan oğlu idi və Peyğəmbərin ögey oğlu sayılırdı. Hind Allahın Rəsulunu belə təsvir etdi:


HƏZRƏT ADƏMİN (Ə) HANSI ELMİ VAR İDİ?


“Və bütün adları Adəmə öyrətdi (dünyanın bütün varlıqlarının nəsli kəsilənədək adlarını bir dildə və ya bəşəriyyətin gələcəkdə olacaq bütün dillərində və yaxud bütün ad sahiblərinin həqiqətlərini, xüsusiyyətlərini və nişanələrini ona öyrətdi). Sonra onları (bu mənaları) mələklərə göstərərək buyurdu: «Əgər doğruçusunuzsa bunların adlarını (və ya həqiqət və sirlərini) Mənə xəbər verin». (“Bəqərə” 31).


Həzrət Musanın (ə) Allah Təalaya sualları


İmam Həsən Əsgəri (ə) buyurur: \"Musa ibn İmran Allahdan soruşdu:
-Allahım, mənim Sənin elçin və peyğəmbərin olmağıma və Səninlə danışmağıma şəhadət verənin əvəzi nədir?


RƏSULİ-ƏKRƏMİN (S) MÖVLUDUNU QEYD ETMƏK NƏ DEMƏKDİR?


Küveyt Əhli-beyt (ə) davamçılarının rəhbəri Seyid Muhəmmədbaqir Əl-Məhdi Peyğəmbərimizin (s) mövludunun qeyd edilməsini “haram əməl” (nəuzubillah!) adlandıran təkfirçi “alimə” cavab olaraq, demişdir: “Həzrət Muhəmmədin (s) mövlud bayramını qətiyyən Allaha şərik qoşmaq olmaz. Cahil insanlar ibadətlə ehtiram göstərməyin arasındakı fərqi dərk edə bilməz.


İNDİYƏ QƏDƏR HƏLƏ DƏ SAĞ OLAN PEYĞƏMBƏR VARDIRMI?


Ayə və hədislərimizdən belə nəticəyə gəlmək olar ki, dörd peyğəmbərin (ə) sağ olması ehtimalı vardır.
Onların hər biri haqqında gələn ayə və hədislərə işarə edək.


Allah Təala Həzrət Peyğəmbərİ (s) necə vəsf etmİşdİr?


Həzrət Peyğəmbər (s) yer əhli üçün göndərilmiş İlahi bir nemət idi. Dil onu vəsf etməkdə acizdir. Allahdan başqa heç kəs bu Həzrəti (s) olduğu kimi vəsf edə bilməz.


Həzrət Həvva Həzrət Adəmİn qabırğasından xəlq edİlmİşdİrmİ?


Ey insanlar, Rəbbinizdən qorxun. O Allah(dan) ki, sizi bir candan (ilk möcüzəvi varlıq kimi torpaq və gildən yaratdığı adam, insan və bəşər adlı canlıdan) yaratdı, onun cinsindən (həmin cür möcüzəvi şəkildə) zövcəsini yaratdı”. (“Nisa” 1).


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter