Qurani Kərimə əsasən Əbədi əzaba səbəb olan 13 günah hansılardır?!


Günahkar insan ona bənzəyir ki, özü öz əli ilə gözünə iynə batırır. Nəticədə isə kor olur. Bəzi günahlar insanın həqiqət görən gözünü kor edər. Qoymaz ki, insan dünyada həqiqətləri görə bilsin. “(Qəlbi) bu dünyada kor olan kəs axirətdə də kordur və o, (səadət) yolu(nu) çox azmışdır”. (“İsra” 72).
Quran əbədi əzaba səbəb olan günahları sayır ki, onlardan bəzisinə işarə edək:
1. Küfr. “Doğrudan da kafir olub küfr halında ölənlərə Allahın, mələklərin və bütün insanların lənəti olsun!”. (“Bəqərə” 161).
2. Zülm. ”Həqiqətən Allah kafir olub (özlərinə və başqalarına) zülm etmiş kəsləri bağışlayan və (doğru) bir yola hidayət edən deyildir”. (“Nisa” 168)...


Rəd surəsinin 7-ci ayəsinə əsasən yer üzü rəhbərsiz qalmamalıdır?!


Bütün zamanlar üçün hidayətçinin olması! \"Kafir olanlar deyirlər: “Niyə ona Rəbbindən bir möcüzə endirilməyib?” Sən ancaq xəbərdar edənsən. Hər qövmün bir yolgöstərəni vardır.\" (Rəd, 7). İzah: İmamət prinsipini sübut edən ayələrdən biri də “Ümmətin hidayətçisi (yolgöstərəni)” ayəsidir. Bu ayədə Allah Peyğəmbərə (s) müşriklərin müxalifət etməsinə qarşı təskinlik verməklə yanaşı o həzrətə müraciətlə bildirir ki, sən yalnız xəbərdar edənsən və onların hidayət olmaması ilə bağlı məsuliyyət daşımırsan. Hər bir qövmün hidayət edəni, yol göstərəni vardır. İbn Abbasdan nəql olunur: Peyğəmbər (s) buyurdu: “Mən xəbərdar edənəm”. Sonra İmam Əliyə (ə) işarə etdi və buyurdu: “Sən isə hidayətçisən və möminlər sənin vasitənlə doğru yola yönələcəklər”.


İslam rəhbəri Rum surəsinin 30 cu ayəsinə görə nə cür şəxs olmalıdır?!


Hədis: İmam Rza (ə): “Bu ayə Qiyamətə qədər hər bir zalımın İmamət və xilafətini batil edir.” (Kafi, c. 1, səh. 199, hədis: 1).
Həzrət İbrahim (ə) Allahdan öz nəsli üçün də İmamət istədi. \"Rəbbi İbrahimi (bəzi) kəlmələrlə sınadığı zaman o, bunları tamamilə yerinə yetirdi. (Allah:) “Mən səni insanlara İmam edəcəyəm!” – dedi. “Nəslimdən də!” – dedi. (Allah:) “Zalımlar Mənim əhd nail olmazlar!” – dedi.\" (Rum, 30).
İzah: Bu ayə həzrət İbrahimə (ə) ağır ilahi sınaqlardan başıuca çıxdıqdan sonra İmamət məqamının verilməsindən xəbər verir. Həzrət İbrahim (ə) Allahdan öz nəsli üçün də İmamət istədi. Amma Allah təkidlə bildirdi ki, İmamət xüsusi bir məqamdır və onun nəslindən zalım olanlara verilməyəcəkdir. Bu ayə İmamın məsum olmasını göstərən dəlillərdən biridir. Çünki hər növ zülm və ədalətsizliyin, harada olursa olsun, kimin etməsindən asılı olmayaraq, yüksək İmamət məqamından məhrum olmağa səbəb olur.


Nə üçün Allah Təala, Quranda dastanlar vasitəsilə bizə çatdırışlar edir?


Hamı üçün aydındır ki, Qurani-Kərim adi kitab deyildir. Ona görə də burada bəyan olunan dastan və hekayələr də səbəbsiz deyildir. Bəs Quranın bu dastanları bizə nəql etməkdə məqsədi nədir?
1. Allah Təala bu dastanları bəyan etməklə, bizləri keçmiş ümmətlərlə tanış etmiş və səyahət etməyin faydalarını bizə göstərməyə çalışmışdır. “Əlbəttə, sizdən öncə İlahi ənənəyə əsasən bir sıra hadisələr ötüb keçmişdir. Odur ki, yer üzündə gəzib-dolanın və təkzib edənlərin aqibətinin necə olmasına baxın”. (“Ali-İmran” 137).
2. Bu dastanlarda cəmiyyətin nə üçün süqut etdiyinin səbəbləri göstərilmişdir. “Və (camaatı) hədələmək və iman gətirmiş şəxsi Allahın yolundan saxlamaq və Allahın yolunu əymək istəyi ilə (onu əymək və ya əyri göstərmək istiqamətində çalışmaqla) hər yolun başında oturmayın.
Həmçinin az olduğunuz və Allahın sizi çoxaltdığı zamanı xatırlayın və fəsad törədənlərin aqibətinin necə olduğuna nəzər salın!”. (“Əraf” 86).


Allah-Taala (c.c) Qurani Kərimdə nələrin olacağını vədə vermişdir?!


İndiyə qədər kimə vədələr vermisiniz və ya kimsə sizə vədə veribdirmi? Biz insanlar arasında verilən bu vədələrə nə qədər inanmaq olar? Onların neçə faizi həyata keçəndir? Allahın nurani kitabı olan Quranda bizlərə çoxlu vədələr verilmişdir. Bu vədələri Sübhan Allah vermişdir. Əlbəttə Allahın verdiyi vədələr hara, bizim verdiklərimiz hara?! Quranda vədə sözü 151 dəfə işlənmişdir. Bu vədələrin 91-ni Allah vermişdir. Allahın verdiyi bəzi vədələrə nəzər salaq.
-Bağışlanma və əcr vədəsi. Allah iman gətirib yaxşı işlər görən kəslər üçün bağışlanma və böyük mükafat olacağını vəd etmişdir”. (“Maidə” 9).
-Məad və Qiyamət vədəsi. Allahın Quranda insana ən çox verdiyi vədələr Qiyamət və məadla bağlıdır. “Sizin hamınızın dönüşü Ona tərəfdir. (Bu,) Allahın haqq və sabit olan vədidir”. (“Yunus” 4).


Qurani-Kərimin nazil olmasının əsas hədəfi nədir?!


Quran, cəhalət və xurafat zülmətlərini yaran parlaq bir çıraqdır! \"Biz Quranda möminlər üçün şəfa və mərhəmət (olan ayələr) nazil edirik. (Bu ayələr) zalımların ancaq ziyanını artırır.\" (İsra, 82).
İzah: Quran insanı daxildən silkəyən bir öyüddür. Ürəkləri günaha aludəlikdən və şirkə bulaşmaqdan təmizləyən şəfaverici bir dərmandır. Cəhalət və xurafat zülmətlərini yaran parlaq bir çıraqdır. Möminlər üçün rəhmət səbəbi, kafir və könlü kor olanlar üçün daha çox uzaqlaşma vasitəsidir. Bəli, kim Quran ayələrinə əməl edib, onun məfhumlarına can-dildən inansa, Allahın mərhəməti ona nazil olacaq, ruhi və fiziki ağrıları dincələcəkdir. Digər tərəfdən, kim bu geniş nemət süfrəsindən faydalanmasa, onun hökmlərinə və maarifinə laqeyd yanaşsa, onun azğınlığı artacaqdır...


Qurani Kərimdə ailənin dörd növü haqda!


Qurani-Kərimdə ailənin dörd növü bəyan olunmuşdur ki, onlarla tanış olaq:
1. O qadın və kişilər ki, xeyir işlərində həmfikir və həmrəydirlər. Həzrət Zəhra (s.ə) ilə Həzrət Əli (ə) kimi.
2. O qadın və kişilər ki, xəbis işlərdə həmfikir və həmrəydirlər. Əbu Ləhəb (lən) ilə həyat yoldaşı kimi.
3. O ailədə ki, kişi yaxşıdır, qadın pisdir. Həzrət Lutun (ə) və Həzrət Nuhun (ə) ailəsi kimi.
4. O ailədə ki, kişi pis, qadın isə yaxşıdır. Fironun ailəsi kimi. (İslami saytlara istinadən)


Qurani Kərim Allah dostlarını hansı simaları ilə tanıtdırır?!


Qurani-Kərimdə Allah dostlarının xüsusiyyətləri
1. İman və təqva sahibidirlər: “Agah olun ki, Allahın dostlarının heç bir qorxusu yoxdur və onlar qəmlənməzlər. O kəslər ki, iman gətirmişlər və təqvalıdırlar.” (“Yunus” surəsi, ayə 62-63.)
2. Olümdən qorxmazlar: “(Ya Peyğəmbər!) De: “Ey yəhudilər, əgər belə hesab edirsinizsə ki, başqa insanlar deyil, siz Allah dostlarısınız, əgər düz danışırsınızsa, (onda Allahdan) ölüm diləyin (ki, dostunuzun rəhmət və nemətinə nail olasınız).”” (“Cümə” surəsi, ayə 6.)
3. Maddiyyata bağlanmazlar: “Bu sizin əlinizdən çıxana kədərlənməməyiniz və sizə də verilənə sevinib qürrələnməməyiniz üçündür...” (“Hədid” surəsi, ayə 23...


Məadı inkar edənlərə Qurani Kərimin cavab nə oldu?!


Allah üçün asan və ya çətin iş (anlayışı) yoxdur! Məxluqatı ilk dəfə (yoxdan) yaradan, (ölümdən) sonra onu bir daha geri qaytaran Odur. Bu da Onun üçün çox asandır. Göylərdə və yerdə olan ən uca sifətlər Ona məxsusdur. O, Qüdrətlidir, Müdrikdir.\" (Rum, 27).
İzah: Qədimdən bəri məadı inkar edənlərin ən mühüm dəstavüzü məadın mümkün olmamasıdır. Onlar daim bu inancı ələ salırlar ki, insanın çürümüş hissələri və dağılmış bədəni yenidən necə dirilə və hərəkətə gələ bilər. Quran dəfələrlə bu əbəs məntiqin batil olduğunu bildirmişdir. Bu şübhəni rədd etmə metodlarından biri ilk insanların yaradılmasını xatırlatmaqdır ki, bu ayədən başqa, “Yasin” surəsinin 79-cu, “Əhqaf” surəsinin 33-cü, “Qiyamət” surəsinin 40-cı və s. ayələrdə də söhbət açılmışdır...


İslam maarifinə əsasən 7 dəstə ən yaxşı insan və 2 dəstə ən pis insan kimlərdir?!


Quran əməl və sifətlərinə görə insanları iki qütb dəstəyə bölmüşdür: ən yaxşı insanlar və ən pis insanlar. Ən yaxşı insanlar kimlərdir?
1. Təqva əhli. Allah Təala Qurani-Kərimin bir çox ayələrində insanları təqvaya dəvət etmiş və təqvalı insanları mədh etmişdir. “Həqiqətən sizin Allah yanında ən hörmətliniz – sizin ən pəhizkarınızdır”. (“Hucurat” 13).
2. Mücadilə əhli. Allah yolunda mücadilə edən insanlar – Allahın ən sevimli insanlarıdır. “Həqiqətən Allah möminlərin canlarını və mallarını onlardan, cənnətin onların olması bahasına alıb. (Bu malın verilmək tərzi belədir ki, onlar) Allah yolunda vuruşurlar, beləliklə, öldürürlər və öldürülürlər (və öz mallarından Allah yolunda xərcləyirlər)”. (“Tövbə” 111)...


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter