Qurani-Kərimdə işarə edilən məhmud məqamı nədir?


Qurani-Kərimdə işarə edilən məhmud məqamı nədir? Bu ehtimal da verilir ki, məhmud məqamı İlahi qürb məqamının son həddidir. Onun təsirlərindən biri kubra şəfaətidir. Baxmayaraq ki, ayə zahirdə Peyğəmbərə (s) xitab edir, ancaq bütün iman əhlinə şamil ola bilər. Belə ki, hər bir imanlı insan əgər İlahi proqrama əməl edirsə və gecə ibadətlərini yerinə yetirirsə, məhmud məqamından ona da pay düşə bilər. İman və əməlinin miqdarı qədərində İlahi qürb məqamına çata bilər. Bunun sayəsində də şəfaətçi ola bilər. Ancaq bu ayənin həqiqi nümunəsi – əlbəttə ki, Peyğəmbərdir (s). İmam Sadiq (ə) buyurur: “Gecə namazı üzü gözəl, əxlaqı yaxşı, iyi xoş və ruzini çox edər. Borcu əda edər, qəmi aradan gedər, gözlərə cila verər”.
Bu hədisdə işarə edilir ki, gecə namazının insanın ruh və canına birbaşa təsiri vardır...


“Allaha yardım edin” ayəsində məqsəd nədir?


“Bu ayə möminləri Allah yolunda mübarizəyə təhrik edir və onlara kömək, qələbə vədə verir. “ Allaha köməkdən “ məqsəd Allah yolunda cihad və mübarizədir. Həmçinin məqsəd Allah dininin və haqq kəlmənin ucaldılmasıdır. Cihadda məqsəd təkcə o deyil ki, döyüşüb şücaət və hünər göstərəsən, qənimətlər əldə edəsən. (Məqsəd Allahın dinini və haqq kəlmə olan la ilahə illəllahı yayasan). Həmçinin “Allah da sizə yardım edər” ayəsindən məqsəd Allah sizin üçün qələbə təmin edər deməkdir. İmanın laziməsi və şərtlərindəndir ki, insan Allah dininin yayılması və genişlənməsi üçün əməli fəaliyyət göstərsin. Allah dini yolunda (hər növ) cihad da bu göstəricilərdəndir. Hər kim öz fikri, dili, əməli ilə Allah dininə yardım etsə, Mütəal Allah da ona yardım edər. Allahın xeyir-bərəkətini almaq insan səyindən asılıdır”. (Təfsiri Mizan. C-18. S-346)...


Bilirsinizmi ölülər kimlərə qibtə edirlər?


Bilirsinizmi ölülər kimlərə qibtə edirlər?Allahın Rəsulu (səlləllahu ələyhi və alih) buyurdu: \"elə bir gecə yoxdur ki, ölüm mələyi ölülərlə belə nida etməsin; Ey qəbristan sakinləri! Siz, ölüm (və ya qəbirə daxil olmaq) qorxusunu müşahidə etmisiniz. Hazırda kimə qibtə edirsininiz?
Ölülər belə cavab verər: biz, öz ibadət məkanında olan möminlərə qibtə ediririk. Belə ki, onlar namaz qılır, biz isə namaz qıla bilmirik, onlar zəkat verir, biz isə zəkat verə bilmirik, onlar ramazan ayında oruc tutur, biz isə oruc tuta bilmirik, onlar mallarının artığından sədəqə verirlər, biz isə sədəqə verə bilmirik.\"...


İmam Həsən Müctəba (ə) qiyamətdə nələr haqda soruşulacağını buyurur?


İmam Həsən Müctəba (ə) qiyamətdə nələr haqda soruşulacağını buyurur?İmam Həsən (ə) “Saffat” surəsinin 24-cü ayəsinin təfsiri ilə bağlı buyurur: Həqiqətən, qiyamət günü 4 şey barədə sorğuya çəkilməyən kimsə yerindən tərpənə bilməz:
- Gəncliyini haraya sərf etdin? - Ömrünü hansı işlərə xərclədin? - Sərvəti haradan topladın, haraya xərclədin?
- Peyğəmbər (s) və onun Əhli-Beyti (ə) ilə dost oldunmu? (Bihar, c. 44, səh. 12, 13)


İmana çatmaq üçün hansı 4 əməldən bəhrələnək?


İmana çatmaq üçün hansı 4 əməldən bəhrələnək? İnsan öz imanını kamilləşdirmək üçün aşağıdakı yollardan istifadə edə bilər.
1-Təfəkkür və dəlillər Allahın varlığını sübuta yetirən dəlillər haqqında düşünmək insanın imanını gücləndirir. Hikmət, kəlam, ürfan kitablarında sübut olunur ki, bütün varlıq aləmi Allahın iradəsi ilə yaşayır...
2-İlahi nişanələr, İnsan təbiət aləmini, müxtəlif heyvanların həyatını, aylı-ulduzlu səmanı diqqətlə müşahidə edərsə böyük yaradıcının nişanələri ilə rastlaşar... 3-İbadət... 4-Zikr və dua


İnsana dua etməyi öyrədən ayə Quranda hansı surədə gəlmişdir?


İnsana dua etməyi öyrədən ayə Quranda hansı surədə gəlmişdir?“Allah heç bir kəsin boynuna güc və qüvvəsindən artıq vəzifə qoymur. Kim nə xeyir iş görübsə - öz xeyrinə, nə pis iş görübsə - öz ziyanınadır. (Möminlər deyirlər:) «Ey Rəbbimiz, əgər biz unutsaq, ya xəta etsək, bizi cəzalandırma! Ey Rəbbimiz, (günahlarımızın cəzası olaraq) ağır vəzifələr yükünü bizdən əvvəlkilərin boynuna qoyduğun kimi, bizim (də) boynumuza qoyma! Ey Rəbbimiz, (axirət əzabı kimi) taqətimiz çatmayan şeyləri bizə yükləmə, bizi əfv et, bizi bağışla və bizə rəhm et! Sən bizim mövlamızsan, odur ki, bizə kafirlərin dəstəsi üzərində (qələbə çalmağa) kömək et»”. (“Bəqərə” 286). Qurani-Kərim elə bir kamil kitabdır ki, biz müsəlmanlara insanlığın dəyərlərini öyrədir və bizi hidayət edir. Quranın biz müsəlmanlara inayət etdiyi bərəkətlərdən biri də dua mədəniyyətidir. Əgər insan dua ədəbindən xəbərdar olarsa və ona əməl edərsə, o zaman duaları qəbul olar və Allah onun istəklərini yerinə yetirər...


Quranda ixlas məqamı dedikdə nə başa düşülür?


Quranda ixlas məqamı dedikdə nə başa düşülür? İxlas məqamı: Mühəqqiq Tusinin təbirincə ixlas bir işi (yalnız) Allaha görə yerinə yetirməkdir. Yəni insan öz qəlbini Haqqa yönəltməli, onun qəlb hərəmində qəlbləri dəyişdirən Allahdan başqası yerləşməməlidir. Qurani-kərim baxımından, “ixlas” insanın əsl mahiyyətidir və o əksər vaxtlarda nəfsani istəklər pərdəsi altında gizli qalır. (“Loqman- 32.) Ayələrdə bəyan olunduğu kimi, Allah insandan əməllərini yalnız ixlasla yerinə yetirməsini istəyir. Əgər insan belə bir məqama nail olsa, istədiyi hər şeyə malik olmuşdur. (“Bəyyinə- 7-8.) Haqq-taalanın görüşünə ümid edib, Onun cəlal və camal sifətlərini arzulayan şəxs mömin olmalı, saleh əməllər yerinə yetirməli və öz işlərində – istər əqidəsində, istərsə də əməlində – Allaha şərik qoşmamalıdır...


Qurani-Kərimdə bu müqəddəs kitabın neçə adı zikr olunub?


Qurani-Kərimdə bu müqəddəs kitabın neçə adı zikr olunub? Quranda onun çoxlu adları sadalanıb. O cümlədən: “Kitab”, “Furqan”, “Nur”, “Tənzil”, “Kəlam”, “Hadi”, “Bəyan”, “Şəfa”, “Kərim”, “Mucir”, “Həkim”, “Zikr”, “Həbl”, “Qəsəs”, “Mubin”, “Sirac” və s. “Bəqərə” surəsinin 207-ci ayəsi hansı hadisə ilə əlaqədar və kimin barəsində nazil olmuşdur?
“Bəqərə” surəsinin 207-ci ayəsi: “Camaatdan bəzisi (imanlı və fədakar insan olan Əli (əleyhissalam) kimi, “Leylətul-məbit”də Peyğəmbərin (s) yatağında yataraq) Allahın razılığını qazanmaq yolunda öz canlarını satır. Allah Öz bəndələrinə qarşı mehribandır.”
Hicrətin yeddinci əsrində yaşamış sünnü alimlərindən olan ibni Əbil Hədid “Nəhcül-bəlağə”yə yazdığı şərhində belə qeyd edir: “Bütün təfsirçilər demişlər ki, bu ayə Həzrət Əli ibni Əbi Talibin (əleyhissalam) barəsində, “Leylətul-məbit” gecəsində Həzrət Rəsuli-Əkrəmin (s) yerində yatması ilə əlaqədar olaraq nazil olmuşdur. Bu məsələ təvatür həddindədir, kafir və divanələrdən başqa heç kim onu inkar etməz.”


Allah Təala Quranda 91 vədə vermişdir. Bu vədələr nə ilə bağlıdır?


Allah Təala Quranda 91 vədə vermişdir. Bu vədələr nə ilə bağlıdır? İndiyə qədər kimə vədələr vermisiniz və ya kimsə sizə vədə veribdirmi? Biz insanlar arasında verilən bu vədələrə nə qədər inanmaq olar? Onların neçə faizi həyata keçəndir?
Allahın nurani kitabı olan Quranda bizlərə çoxlu vədələr verilmişdir. Bu vədələri Sübhan Allah vermişdir. Əlbəttə Allahın verdiyi vədələr hara, bizim verdiklərimiz hara?!
Quranda vədə sözü 151 dəfə işlənmişdir. Bu vədələrin 91-ni Allah vermişdir. (Tebyan)
Bunu nəzərə almaq lazımdır ki, ancaq Allahın vədəsinə inanmaq olar, çünki ancaq bu vədələr haqdır. “Bilin ki, Allahın vədi mütləq haqdır və lakin onların çoxu bilmirlər”. (“Yunus” 55).... Heç indiyə qədər Allahın verdiyi vədələrə diqqət etmisinizmi? Heç bilirsinizmi ki, Allah nə vədələr vermişdir? Allahın verdiyi bəzi vədələrə nəzər salaq:
1-Bağışlanma və əcr vədəsi. (“Maidə” 9). 2-Məad və Qiyamət vədəsi. (“Yunus” 4). 3-Behişt vədəsi. (“Nisa” 122). 4-Cəhənnəm əzabı vədəsi. (“Hicr” 43). 5-İlahi yardım vədəsi. (“Muhəmməd” 7)- (“Həcc” 40). 6-Allah evlilikdə yardım edər. (“Nur” 32).


Həmd surəsinin tərbiyəvi dərsləri nələrdir?


Həmd surəsinin tərbiyəvi dərsləri nələrdir? Həmd surəsinin tərbiyəvi dərsləri:
1. İnsan “həmd” surəsinin tilavətində “Bismillah” deməklə Allahdan başqalarından ümidini kəsir. 2. “Rəbbil aləmin” və “Maliki yəvmiddin” deməklə hiss edir ki, o yaranmışdır, maliki var. Beləcə, eqoistlik və qüruru kənara qoyur. 3. İnsan “Aləmin” sözünü deməklə özü ilə varlıq aləmi arasında rabitə yaradır. 4. “Ər-Rəhmanir-Rəhim” deməklə insan özünü Allahın lütf kölgəsində bilir. 5. “Maliki yəvmiddin” deməklə qəflət və diqqətsizliyi öz gələcəyindən silib atmış olur. 6. “İyyakə nəbudu” deməklə riyakarlıq və şöhrətpərəstlik aradan götürülür. 7. “İyyakə nəstəin” deməklə fövqəl-qüdrətlərdən qorxuya son qoyulur. 8. “Ənəmtə” deyən insan anlayır ki, nemətlər Allahın əlindədir. 9. “İhdina” deməklə haqq və doğru yol istənilir. 10. “Siratəlləzinə ənəmtə ələyhim” deməklə insan haqq yolda olanlara bağlılığını elan edir. 11. “Ğəyril məğzubi ələyhim vələzzallin” deməklə batil və batil əhlindən uzaqlıq bildirilir.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter