İmam Sadiq (ə) salavatın (fayda və təsiri haqda nə buyurur?


İmam Sadiqdən (ə) nəql olunan hədisdə deyilir: “Salavat Mütəal Allah tərəfindən rəhmət, mələklər tərəfindən bağışlanılma, insan tərəfindən bir duadır”.
1-Allah tərəfindən rəhmət olmasına. İnsan bu zikri deməklə Allahın, yeri və göyü əhatə edən rəhmətindən nəsib əldə edir.
2- Mələklər tərəfindən bağışlanılma olmasına. Mələklər salavat zikr edən üçün Allahdan bağışlanma diləyirlər.
3- İnsan tərəfindən bir duadır. İnsan bu zikrlə Rəbbinə xitab edir, üsiyyətə girir. Rəbbi ilə qəlbən rabitə qurur. Dua edir. Bu duanın bərəkəti onunda halına şamil olur.


Ən böyük ilahi cəza hansıdır?!


... Hədisdə nəql olunur ki, Həzrəti Musa (ə) Turdağına gedərkən qarşısına imansız bir kişi çıxır və Həzrət Musaya (ə) kinayə ilə deyir: Ey Musa! Səndən bir istəyim var. Öz Rəbbinlə görüşəndə de ki, mən heç Onu yad etmirəm. Lakin dünya həyatım çox yaxşıdır. Heç bir çətinliyim yoxdur. Həzrət Musanın (ə) razu niyazından sonra Allahdan nida gəlir: Ey Musa, bəndəmin sifarişini söylə! Həzrət Musa (ə) utanaraq kişinin sözlərini deyir. Allahdan nida gəlir: Bəndəmə de: Sən elə bir əzaba giriftar olmusan ki, ondan xəbərin belə yoxdur! Öz zikrimin və ibadətimin şirinliyini səndən almışam! Sən Məndən qəflətdəsən! Ayə və hədislərə nəzər saldıqda görürük ki, insanı rüşdə (mənəvi yüksəlişə) aparan iman nuru ilahi bir rəhmət, bu nurun olmaması isə zəlalətdir. Bunu görmək, bəhrələnmək, öz nəsibini almaq isə yalnız insanın səyini təşkil edən düşüncə, əməl və niyyətinə bağlıdır: “İnsan üçün etdiyi səy və təlaşdan başqa bir şeyi yoxdur” (Nəcm-39) Səy və təlaş insandan, rəhmət isə Allahdandır!


Vay olsun işində səhlənkarlıq edənlərə!!


Nəql edirlər ki, Əmirəl-möminin (ə) bir dərzini müşahidə edirdi ki, dərziliklə məşğul idi. Həzrət (ə) görür ki, dərzi tikişləri çox aralı vurur və parçanın qalan hissəsinə israf edirdi. Vurduğu tikişlər də möhkəm və sabit deyildi. Əziz İmam (ə) üzünü ona çevirir və buyurur: “Ey dərzi! Tikişlərini möhkəm vur. Tikişlərini də yaxın və nazik vur. Çünki mən Peyğəmbərdən (s) eşitmişəm ki, buyurub: “Xain dərzi (paltarı yaxşı tikməyən və parçanın qalıqlarını sahibinə qaytarmayan) o halda məhşur olacaqdır ki, əynində atəşli libaslar və tikdiyi və xəyanət etdiyi qəbalar olacaqdır”.


Hansı amillər xurafatla mübarizə etməyə mane olur?


Bəzi alimlərin yanlış nəzərinə görə, ancaq təcrübə yolu ilə isbat olunan elmlər – mötəbər elmlərdir. Bunlara elə gəlir ki, o şeyi ki, hiss və dərk yolu ilə isbat etmək olmur, bu, həqiqət deyildir. Bu da xurafat üçün yolları hamarlaşdırır və onun daha çox yayılmasına səbəb olur. Əllamə Təbatəbai bu haqda buyurur: “Bu fikir tərzinin özü də xurafatdır. Çünki təbiət elmləri ancaq varlıqların təbii xassələrindən bəhs edir. Maddənin üzərində olan sirləri üzə çıxardır. Maddi olmayan şeyləri isbat etmək üçün isə heç bir yolu yoxdur. Ona görə də o kəslər ki, ancaq təcrübi elmlərə etiqad bəsləyirlər – onların özü də xurafatçılardır”. Siyasi və ictimai mövzular arasından ən çox din, xurafatçılar tərəfindən hücumlara məruz qalmışdır...


İnsanın ən böyük dostu – ağıl, ən böyük düşməni – cahillikdir?!


...Həsən ibni Cəhəm nəql edir: “İmam Rzadan (ə) eşitmişəm ki, buyurub: “Hər bir insanın dostu – ağlıdır. Düşməni – cahillik və nadanlıqdır”.
Əsil dost heç bir zaman öz dostuna xəyanət etməz. Salamat ağıl insanı hidayət edən zaman sadiqcəsinə əməl edər. Onun üçün hidayət çırağı olub, səadətə tərəf aparar.
Ancaq cəhalət və nadanlıq insanın düşmənidir ki, onu həqiqi yoldan azdırar. Aqil – o insandır ki, hər şeyi öz yerində qərar versin. Əksinə, cahil o kəsdir ki, hər şeyi öz yerindən qeyrisində qərar verər. Deməli, həqiqətən də ağıl insanı təyyibə həyata çatdıra bilən ən böyük İlahi nemətlərdən biridir.


Xurafatın qarşısını necə almaq olar? Dinimizin göstərdiyi 5 yol


Quran buyurur: “Onların bəziləri kitabdan (Tövratdan, bir ovuc) boş xəyal və puç arzulardan başqa bir şey bilməyən savadsızlardır və onlar (kitabın hökmləri barəsində) yalnız zənn və gümana malikdirlər”. (“Bəqərə” 78). Alimlərin bu mövzuda olan fikir və nəzərləri ilə tanış olaraq, belə qərara gəlmək olar ki, beş yolla xurafatın qarşısını almaq olar. Bu beş yolla tanış olaq:
1. Kitab oxumaq və maarifləndirmək mədəniyyətini insanlar arasında yaymaq.
2. Güclü və xatib alimlərdən xahiş etmək ki, xütbə və moizələrində bu mövzuya xüsusi işarə edib, insanları bilikləndirsinlər.
3. İnsanların zehnində yer almış xurafi fikirləri daha güclü dəlillər ilə aradan qaldırmağa çalışaq və qoymayaq ki, az da olsa bu barədə şübhələri qalsın...


Hədislərə əsasən Yer üzündə olan hansı 3 ev çox dəyərlidir?!


Ustad Ənsarian buyurur: “Allah Təala yer üzərində olan üç evi əziz və dəyərli hesab etmişdir. -Onlardan biri – Beytul-məmurdur ki, Quran onu Beytul-ətiq adlandırmışdır. -İkinci ev – Kəbədir. -Üçüncü ev isə möminin qəlbidir. Möminin qəlbinin dəyəri Allah yanında başqa evlərdən daha üstündür. Hədislərimizin nəzərinə görə, möminin qəlbi Allahın ərşi hesab olunur.
Peyğəmbəri-Əkrəm (s) buyurur: “Möminin qəlbi – Rəhmanın ərşidir”. Peyğəmbərin (s) bu dəyərli kəlamında məqsədi odur ki, bütün insanlar qəblərini orada sakin olan bütlərdən pak etsinlər. Bu bütlərə: məqamı, elmi, malı, vəzifəni, gözəlliyi... misal göstərmək olar.


Şeytanı (lən) ən çox sevindirən nədir?


Daxili aləmi insana qarşı intiqam hissləri ilə dolu olan şeytan köməkçiləri ilə birlikdə hər gün yığışar və insanları yoldan çıxartmaq üçün planlar hazırlayar.
İş zamanı sona çatanda şeytanın köməkçiləri ona hesabat vermək üçün geri qayıtdılar. İçlərindən biri belə dedi: -Ağa! Mən bir insana vəsvəsə verərək içki içirtməyi bacardım. Bu şəkildə onu yoldan çıxartdım. Bu xəbər şeytanın o qədər də xoşuna gəlmədi. Sadəcə başını tərpətdi... Bu xəbər də şeytanı çox sevindirmədi. O daha gözəl bir xəbər gözləyirdi. Növbə şeytanın başqa bir köməkçisinə gəldi:-Ağa! Bir adamla həyat yoldaşı arasına fitnə saldım və onların arasını vurdum. Hamıya nümunə olan bir ailələri vardı. Amma mənim sayəmdə araları dəydi. Boşanmaq üzrədirlər. Bir-birlərini elə təhqir etdilər ki, barışmaları əsla mümkün deyil. Bu xəbər şeytanın çox xoşuna gəldi. Artıq üzü gülürdü. Köməkçilərinə belə dedi: -Baxın, gözlədiyim xəbər bu idi. Ən yaxşı işi sən görmüsən. Səni təbrik edirəm. Məni çox sevindirdin.


İmam Həsən (ə) insan mənəviyyatını məhv edən əsas amilləri nələr olaraq tanıtdırır?


İnsanı mənən öldürən amillərə diqqət çəkən İmam Həsən (ə) bir hədisdə buyurulur: İnsanın həlakı 3 şeydədir: 1- Kibr- özünü böyük, digərlərini aşağı görmək. 2-Hərislik- mal və sərvət üçün tamahın son həddi. 3-Həsəd- başqalarının əlində olana həsəd, paxıllığ və başqasının əlində olanın əlindən çıxmasını istəmək.
İmam (ə) bu xislətləri insanı məhv edən, həlak edən xislətlər kimi tanıdır. Həqiqətən bu xislətlər insanı yeyib bitirir. Onun bütün insanlığını və mənəviyyatını məhv edir. Bu xəstəliklərin ilkin mərhələsi ancaq insanın özünə zərər verir. Lakin getdikcə şiddətlənən bu xəstəliklər ətrafa da zərər saçmağa başlayır və digərləri də bundan ziyan çəkir. Belə olan halda həmin insanın halı ölümdən də betər olan həlakət və məhv kimi dəyərləndirilir.


“Oruc tutanın mükafatını Mən Özüməm” – Bu qüdsi hədisin mənası nədir?


Ayətullah Məzahiri qeyd olunan həisi-qüdsi barəsində buyurur: ” Bu hədisi 3 cür məna etmişlər:
1- Birinci məna elə camaat arsında məşhur olan mənadır. Beləki “Orucun mükafatın Mən Özüm verəcəm” deyə buyrulur. Burada bir irad ortaya çıxır ki, niyə həcc, cihad, namaz, bu kimi digər ibadətlər barəsində bu cür hədis gəlməyib. Onların mükafatını Allah Özü vermirmi?
2- İkinci mənada isə, bir dəstə insanlar deyir ki, oruc insanı “Allahıa doğru”, “Allah yanına” ucaldır. Dəlil olaraq da bu şərif ayəni qeyd edirlər: \'Ey xatircəm olan nəfs! Dön Rəbbinə! (Fəcr/27-28)
3- Üçüncü məna daha əzəmətlidir. Belə ki Mütəal Allah buyurur: Oruc bəndəmi Mənə “bənzədir”. Bu orucun mükafatı Mən Özüməm! Yəni? Yəni oruc insanı “liqa” və “fəna” məqamına çatdırır. Bu da o deməkdir ki, insanın qəlbində yalnız Allah hakim olar. O qəlb Rəhman Allahın ərşi olar!...


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter