Dəstəmaz alanda bu surəni oxuyun ki, günahlar tökülər...


Dəstəmaz alanda bu surəni oxuyun ki, günahlar tökülər...Əgər bəndə böyük əzəmət sahibi olan tək Allahla münacat və ibadət etmək istəyirsə, gərək bu görüşə hazır olsun. Zahiri çirkinliyini və nəcasətini aradan aparsın və batinini paklasın. İmam Sadiq (ə) buyurur: \"Hər kim \"Qədr” surəsini vacib namazlarının birində oxuyarsa, carçı car çəkər: \"Ey Allah bəndəsi! Keçmiş günahların bağışlanıldı, əməllərinə yenidən başla!””. İmam Sadiq (ə) buyurur: \"Hər kim \"Qədr” surəsini suya oxuyar və onu içər – Allah onun gözündə nur qərar verər”.İmam Rza (ə) buyurur: \"O mömin ki, dəstəmaz alan zaman \"Qədr” surəsini oxuyar, günahlarından xaric olar. Anasından doğulduğu gün kimi”. İmam Sadiq (ə) buyurur: \"Hər kim \"Qədr” surəsini şəfaətçi qərar verər və Allah Təaladan istəyi olar – Allah şəfaətini qəbul edər və istəyini yerinə yetirər”...


Hansı duanı oxuyaq ki mehribanlıq, övlad və borcların ödənməsində kömək olsun?


Hansı duanı oxuyaq ki mehribanlıq, övlad və borcların ödənməsində kömək olsun? Nadi-Əliyyən duası: Bu dua böyük alimlərin xüsusi diqqət etdiyi dualardandır. Bu münacatin faydalarında qeyd olunur ki, bu duanın özünə məxsus qəribə xüsusiyyətləri vardır. O cümlədən duaların qəbul olunmasında, mahəbbət yaratmaq üçün, övlad diləmək üçün, borcun qaytarılmasında, insan və cinlərdən amanda qalmaq üçün istifadə olunur. Zadul-Məadda buyrulur ki, dua hər hacətə uyğun gostərişlə oxunur. Məsələn bir kəsin mühüm müşkülü olarsa bu duanı yeddi dəfə oxusun, əgər bir böyük şəxsin yaxud, bir əmirin yanına gedərsə üç dəfə oxusun, övlad istəmək üçün oxuya bilər, bir kəsi özünə vurğun etmək üçün on dəfə oxuyub sonra yüz ədəd salavat zikr etsin, sübh namazından sonra doqquz dəfə mal dövlət niyyəti ilə oxusa qəni olar,...


Hədislərə əsasən hansı üzüklərin taxılması tövsiyə edilir?


Hədislərə əsasən hansı üzüklərin taxılması tövsiyə edilir?Mərhum Əllamə Məclisi \"Hilyətul-Muttəqin” kitabında ( 6-cı çap. S-28dən-32 yə kimi) əqiq üzük taxmağın fəydalaranı, bərəkətini və ətirlənməyin gözəlliyini məsumların (ə) dilindən nəql etmişdir.
1- İmam Sadiq (ə)buyurur: Əqiq üzük taxın, o bərəkətdir, onun sahibinin aqibəti gözəl olar.
2- Peyğəmbər (s): Hər kimin barmağında əqiq üzük olsa hacətləri qəbul olar.
3- İmam Sadiq(ə): Əqiq üzük səfərdə əmin əmanlığa vəsilə olar.
4- İmam Sadiq (ə) : Hər kimin barmağında əqiq olarsa o pərişan olmaz və əlbəttə işləri də gözəl aqibətlə sonlanar.
5- İmam Sadiq (ə) : Əqiq üzüklə qılınan namaz min rəkət onsuz qılınan namazdan əfzəldir.


Nə edək ki, orucumuz qəbul olsun?


Nə edək ki, orucumuz qəbul olsun?Nə edək ki, orucumuz qəbul olsun? Hədislərimizdə oxuyuruq ki, oruc - mühüm bir ibadətdir. Allah dərgahında qəbul olan oruc təkcə gün ərzində ac və susuz qalmaq deyildir. Orucun əsas qəbul olma şərti bədəni və ruhu günahlardan uzaqda tutmaq deməkdir. İmam Əli (ə) buyurur: \"O qədər oruc tutan var ki, aclıqdan başqa faydası yoxdur”. \"Nəfsin orucu - beş hiss orqanını günahlardan saxlamaq və qəlbi bütün pisliklərdən boşaltmaq deməkdir”. Həzrət Peyğəmbərdən (s) gələn hədisdə oxuyuruq ki, qeybət və söz gəzdirmək orucu pozar. Haqq sahibi razı olmayınca, namaz və oruc 40 gün qəbul olmaz. İmam Sadiq (ə) buyurur: \"Oruc tutdunsa, gərək gözün, qulağın, dilin də oruc olsun. Gözünüzü harama baxmaqdan, qulağınızı haram eşitməkdən və dilinizi yalan və fəhşadan saxlayın”...


Qeybət edənin oruc-namazı 40 gün qəbul olunmaz?!


Qeybət edənin oruc-namazı 40 gün qəbul olunmaz?!-Peyğəmbərimiz (s) qeybətin gətirdiyi mənəvi ziyanlara işarə edərək buyurur: “O kəs ki, din qardaşının və ya bacısının qeybətini edər, Allah onun namaz və orucunu 40 gün qəbul etməz. Məgər o halda ki, qeybət etdiyi şəxs ondan razı olsun”.
İmam Əli (ə) buyurur: “Qeybətdən çəkin ki, səni Allahın dərgahında və insanların yanında mənfur edər. Əcr və mükafatını bada verər”.
-Bu hədislərdən sonra qeybətin nə qədər dünya və axirətimiz üçün ziyanlı olduğunu başa düşər və ondan çəkinməyə çalışarıq.
-Həzrət (s) başqa yerdə buyurur: “Heç bir məclis qeybətlə abad olmaz, dinin nəzərində viran olar”...


Orucun dəyərini zəiflədən 5 səbəblər hansılardır?


Orucun dəyərini zəiflədən 5 səbəblər hansılardır?Orucun dəyərini və məqamını aşağı salar və onu zəiflədər. Bu amilləri tanıyaq ki, onları aradan qaldıra bilək: 1. Nalayiq fikirlər. Əmirəl-möminin (ə) buyurur: “Qəlbin orucu dil orucundan üstündür. Dil orucu də qarın orucundan üstündür”.
2. Napak tikə yemək. Həzrət Peyğəmbər (s) buyurur: “Vay olsun o kəsin halına ki, orucunu haram yeməklə iftar edər”.
3. Təkəbbür. İmam Sadiq (ə) buyurur: “O kəs ki, başqalarına dəyər verməz, təkəbbürə malik olar”. Bu rəzil sifətə görə insan ancaq özünü bəyənər və özünü başqalarından üstün bilər. Bu rəzil sifət orucun dəyərini aradan aparar...


Allahı unudan insan haqqında Qurani Kərmin 8 ayəsində nələr buyurulur?


Allahı unudan insan haqqında Qurani Kərmin  8 ayəsində nələr buyurulur? Zalım, nadan, nankor, asi, hövsələsiz, xəsis... Həqiqətdə Allahı unutmuş və Qurani kərim bu haqda buyurur:
-O [insan] çox zalım və nadandır (Əhzab, 72).
-Həqiqətən insan [Allahına qarşı] çox nankordur (Həcc, 66).
-Özünün dövlətli olduğunu [bir şeyə ehtiyacı olmadığını] gördüyü zaman tüğyan edir (Ələq, 6-7).
- Həqiqətən insan [sərvətə] çox həris, tamahkar və kəmhövsələ yaradılmışdır! Ona bir pislik üz verdikdə fəryad qopardar. Ona bir xeyir nəsib olduqda isə xəsis olar (Məaric, 19-21)...


İrfani məqamlara çatanların ibadətdə uca məqamlara çatmaq üçün hansı tapşırıqları var?


İnsanın özünü tərbiyədə müvəffəqiyyətə çatması üçün əxlaq alimlərinin bir sıra tövsiyələri vardır. Onlardan bəziləri ilə tanış olaq:
-Daim dəstəmazlı olmaq. İslam peyğəmbərindən nəql olunur ki, Allah-təala buyurmuşdur: “Dəstəmazı batil olandan sonra onu təzələməyən, dəstəmazını təzələdikdən sonra iki rəkət namaz qılmayan mənə cəfa etmişdir...
-“Ya həyyu, ya qəyyum, ya mən la ilahə illa əntə” zikrini daim vird etmək -Gündə bir dəfə uzun səcdə -Hər gün bir qədər Quran oxuyub, mənaları düşünmək -Gecə namazı qılmaq Qeyd olunmuş tövsiyələrə 40 gün ardıcıl əməl edən insan nəticəsini hiss edir, qəlbində əhəmiyyətli dəyişikliklər baş verir.


Ramazan ayında qida rasionunda nələrə diqqət edilməlidir?


Mübarək Ramazan ayında gün ərzində oruclu olduqdan sonra, iftar vaxtı birdən-birə​ çoxlu yemək qəbul etmək mədə və bağırsaq sisteminə mənfi təsir edir.
Necə gəldi yemək qəbul etmək də mədə pozğunluğu və qaz problemi ilə nəticələnir. Belə bir vəziyyətlə qarşılaşmamaq üçün nə etmək lazımdır?
1. İftarlıq yeməklər dadmaq üçün istehlak edilməlidir​. 2. Orucu açdıqdan sonra, yeməklər 2 və ya 3 paya bölünməlidir. 3. Həddindən artıq isti və soyuq yemək istehlak edilməməlidir. 4. Yemək yavaş-yavaş çeynənməlidir. 5. Qazlı içkilərdən uzaq durmaq lazımdır...


10 min manat qarşısında yalandan şahidlik edərsənmi?


10 min manat qarşısında yalandan şahidlik edərsənmi? Ayətullah əl-üzma Şübeyr Zəncani nəfsi istəklər haqqında qısa bir hekayə danışaraq deyir: Seyid Əbdülməcid Gorusi böyük təqlid mərcəsi Mirzə Həsən Şirazinin tanınmış şagirdlərindən idi. O, elm, ağıl və bəyan baxımından yetkinlik dərəcəsinə çatmışdı və seyri-sülukda məqamları var idi. Eşitdim ki, günlərin birində bir nəfər onun evinə gedir. Seyid Əbdülməcid ona deyir: - Gəldin, mənim vəziyyətimi bir-birinə vurdun. Mən öz nəfsimlə müsahibə edirdim. Nəfsimə dedim ki, əgər yüz tümən sənə versələr, nahaq şahidlik edərsənmi? Dedi: - Etmərəm. Mən yavaş-yavaş məbləği artırdım və nəfsim o məbləğlərin qarşısında yalandan şahidlik etməyə razı olmadı. Nəhayət, məbləği on minə çatdırdım. Məbləğ bura çatanda nəfsim dayanıb fikirləşirdi. Bu vaxt sən gəldin və onun mənə nə cavab verəcəyini bilmədim...


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter