İşlərimizdə “İnşəallah” demək lazımdırmı?


“Və heç bir şey barəsində «mən sabah onu mütləq yerinə yetirəcəyəm» demə (çünki yaradılış səbəbləri, hətta insanın iradə və istəyi, Allahın iradə və istəyindən asılıdır). Yalnız (belə de: «Əgər) Allah istəsə, (filan işi edəcəyəm»). Və («inşəallah» deməyi) unudanda, öz Rəbbini yada sal və de: «Ümid var ki, Rəbbim məni bundan daha yaxın (bir yol)a – təkamülə və haqqa doğru yönəltsin.
Bu ayələrdən bəlli olur ki, hər bir işdə “İnşəallah” demək bəyənilən əməldir. Bəzən insan qafil halda gələcəyi barəsində bəzi şeylər deyər. Misal üçün deyər ki, mən filan zaman filan işi görəcəyəm. Halbuki, beş dəqiqə sonra həyatında nələrin baş verməsindən qafil olar. Ona görə bu ayə möminlərə bir qaydanı tövsiyə edir. Heç bir zaman bir iş haqqında demə ki, mən sonra bu işi görəcəyəm. Bəlkə bir qədər gələcəyini düşün və de ki, Allah istəsə, mən bu işi görəcəyəm. Bu əməlinlə Allah qarşısında özünü müti göstərmiş olarsan...


Həftənin günlərinin qısa zikrləri və tərcüməsi ....


Dua kitablarında həftənin hər gününün, eləcə də ayın hər gününün və gecələrinin müstəhəb zikr və duaları qeyd edilmişdir. Bu zikr və duaların həcmi və oxunuş şərtləri fərqlidir. Onları oxumaq vacib deyil, müstəhəb sayılır, yəni bəyənilir və böyük savabı var. Həftənin hər günü üçün aşağıdakı zikrlərin 100 dəfə və daha artıq təkrar edilməsi gözəl əməldir:
Bazar ertəsi – “ya Qaziyəl-hacat” (ey ehtiyacları yerinə yetirən).
Çərşənbə axşamı – “ya Ərhəmər-rahimin” (ey rəhmlilərin ən rəhmlisi).
Çərşənbə - “ya Həyyu ya Qəyyum” (ey hər kəsə həyat verən və hər kəsə dayanıqlıq bəxş edən)....


Şübhə-7: Allah özünə həmd (şükr və tərif) edilməsini istəyir deyə eqoistdir.


Cavab: Əgər seçim olarsa, şəxsin mən deyə cümləyə başlaması eqoizm əlaməti olaraq qəbul edilə bilər. Amma Allah tək olduğu üçün, həmd edilməsini istəməsi eqoizm
yox, doğrunu söyləməyimizi istəməsidir. Yəni Allah biz 1000 dəfədə “Allahu Əkbər” desək də, Allah ən ucadır. Bunun ona təsiri olmaz. Amma bizə psixoloji təsiri olar ki, buda gündəlik həyatımıza yansıyar. Və bizim passiv yaxşıdan, aktiv yaxşıya çevrilməyimizə səbəbiyyət verər.


Namazda hansı şərtə diqqət yetirmək ibadəti həqiqi Allah istəyən namaz edər?!


Namazın bir zahiri vardır ki, ona əməl etmək vacibdir. Dəstəmaz alırıq, səcdəyə və rükuya gedirik. Namazın surələrini düzgün tələffüs edirik və bu kimi. Bunlar – namazın zahiri əhkamlarıdır. Batini hissə odur ki, qıldığımız namazda Allaha diqqət edərik və qəlbimizlə Allahla əlaqə yaradarıq. Bu, həccə bənzəyir ki, insan Kəbənin Sahibinə olan eşqinə görə, bu müqəddəs məkanın hər tərəfini qucaqlayıb öpmək istəyir. Sanki kimisə itirmişdir və bütün qəlbi və ruhu ilə onu tapmağa çalışar. Ev sahibini ancaq qəlbi ilə tapar və hiss edər. Namaz da o cürdür. İnsan əgər həqiqi namaz qılmaq istəyirsə, gərək namazda qəlbi ilə Allahla əlaqə yaratsın və Ona olan sevgisini ruhu və canı ilə bəyan etsin. Yəni, namaz Allahla qəlb rabitəsi yaratmaq üçün bir bəhanədir. Namaz bizi Allaha bağlayar və dünyadan qafil edər. Bu cür namaz həqiqi namazdır və qurucu xarakterə malikdir. Mərhum Ayətullah Qazinin şagirdlərindən biri deyir ki, o, namazı xüsusi eşq ilə qılırdı. Bəzən hava soyuq olduğu üçün çoxlu paltar geyinərdi ki, ona soyuq olmasın. Ancaq elə ki, namaz qılardı, istilənər və üst-üstə geydiyi paltarları bir-biri çıxarardı. Mərhum Qazi buyururdu ki, mən saqqalımı girov qoyaram ki, əgər kimsə şövqlə namaz qılarsa, həmin namaz onu kamallara çatdırar....


“Yasin” surəsini oxumağın gizli təsirləri nələrdir?!


1. Bu surə saliki fəal edər. İnsan elə bir məxluqdur ki, Allah onun fitrətinə çox sayda istedadlar qoymuşdur. Əgər bu istedadları feiliyyət halına sala bilərsə, o zaman daha çox irəli gedə bilər. Quranın surələrinin də özünəməxsus sirləri vardır və onların təsir qüvvəsi çox böyükdür. Zahirdə biz onu hiss etməsək də, batində o, öz işini görər. Oxuduğumuz bu surə təsirlərini ruhumuzda göstərər. Bu səbəbdəndir ki, “Yasin” surəsini Quranın qəlbi adlandırırlar.
2. İbadət əməllərinin savabının artmasına səbəb olar. İslam dini hər bir ibadət üçün müəyyən savab və əcrlər təyin etmişdir. Bəzən bir ibadətin savabını başqalarının vasitəsilə artırmaq olar. Misal üçün, namazqılan insan Quran oxuyaraq, savabını daha da artıra bilər.
3. İbadi yüksəlməni sürətləndirər. “Yasin” surəsi elə bir maşına bənzəyir ki, insanın bir saatda gedə biləcəyi yolu on dəqiqəyə qədər qısaldar və insanı məqsədinə tez çatdırar...


İslam maarifinə əsasən insanın günahlarını bağışladan əməllər hansılardır?!


1-Möminlə əl verərək görüşmək!
2-Məscidin təmizlik işi ilə məşğul olmaq!
3-Məscidin işığını yandırmaq!
4-Xəstənin görüşünə getmək!
5-Gözlənilməz xəstəliyə səbir göstərmək!
6-Müsəlmanın dəfn mərasimində iştirak etmək!...


Ramazanın Fitr bayramı niyə belə adlanır?


“Fitr” sözünün mənası “açılmaq” deməkdir. Hədislərdə də bu sözə rast gəlmək olur. Belə ki, Peyğəmbərimiz (s) haqqında gələn hədisdə oxuyuruq ki, Həzrət (s) ibadət etmək üçün o qədər ayaq üstə dayanardı ki, ayağının əti yaralandığı üçün bir-birindən ayrılardı və açılardı. Oruc tutanlara şamil edilməsinin mənası isə budur ki, oruc tutan insan Fitr bayramında ağzını açar, yəni artıq yeyə və içə bilər.
Quranın da buyurduğu kimi, oruc tutmaq başqa dinlərdə də mövcuddur. Ancaq onların bu orucluq əyyamını Fitr bayramı iə bitirməkləri haqqında məlumat yoxdur. Oruc tutmaq İslam ümmətinə aid olan bir şərəfdir. Başqa dinlərdə oruc tutmaq ancaq peyğəmbərlərə (ə) vacib buyurulmuşdu.
Fitr bayramının özünəməxsus əməlləri vardır ki, bu əməllərə başqa dinlərdə rast gəlmək olmur. O cümlədən Fitr bayramına məxsus namazın olması, bayram gecəsində edilən ibadətlər, bu bayramda fitrənin çıxardılması kimi....


Ramazan ayının gündəlik duaları bizə nə demək istəyir?


Əgər Ramazan ayının gündəlik dualarına nəzər salsaq, həqiqi möminin necə həyat tərzi keçirməli olduğunu dərk etmiş olarıq. Belə ki, bu dualar bizə deyir ki, insan həyatı səy və çalışma ilə zəngin olmalıdır. Allaha təvəkkül etməli, Onun əmrlərinə təslim olmalıdır. Yaxşı bilirik ki, dua – möminin silahıdır. Xaliq ilə məxluq arasında olan rabitələri formalaşdırar. Duanı, ən aşağı mənəvi dərəcədə olan insandan tutmuş, ali mənəvi dərəcəyə çatan hər bir insan edər. Dua – bəndənin Allahla etdiyi münacat və dərdləşməkdir. Öz ehtiyaclarını bölüşüb, sirlərini əmanət etdiyin kəsə etimad etməkdir.
“Səhifeyi-səccadiyyə” kitabı bizə Allahla necə dua edəcəyimizin yollarını öyrədir və bizə nümunələr verir. Belə ki, Həzrət Səccad (ə) duaların birində buyurur: “Allahım! Allahım, tövfiq ver öz valideynlərim üçün bu işləri görüm”. Yəni, bizə öyrədir ki, hətta valideyn münasibətilə bağlı mövzularda belə, Allahdan tofiqat istəmək lazımdır....


Hansı üç duadır ki, tez həyata keçər?! İmam Sadiqin (ə) hədisi


İmam Sadiq (ə) buyurur: “Üç dua vardır ki, Allah üçün hicabda qalmaz və mütləq həyata keçər: ata və ananın saleh övladı üçün etdiyi dua, məzlumun zalımı nifrin etməsi, möminin mömin qardaşı üçün etdiyi dua”. Övladların bu dünyada müvəffəq olmaqlarının ən mühüm açarı – valideynlərinin onlar haqqında etdiyi xeyir dualarıdır. O zaman ki, valideyn övladı üçün ürəkdən dua edər, bu dua yeddi qatlı göyə qalxar. Heç bir maneə olmadan Allaha çatar və Allah onu yerinə yetirər.
Əllamə Məclisinin atasının xatirəsi. - Alimin atası nəql edir: “Səhər çağı gecə namazını bitirəndən sonra Allahla münacat etdiyim zaman başa düşdüm ki, hansı duanı etsəm, yerinə yetəcəkdir. Düşündüm ki, hansı duanı edim. Bu zaman Muhəmmədbaqirin ağlamaq səsi beşiyindən eşidildi. Bu zaman dedim: “Pərvərdigara! Muhəmməd (s) və Ali-Muhəmmədin (ə) haqqına, bu körpəni dininin təbliğçisi, Peyğəmbər (s) əhkamının naşiri, İmam Zamanın (ə.f) yardımçılarından qərar ver və bu yolda ona sonsuz tofiqlər nail et!”...


Ramazan ayının özünə məxsus 5 xüsusiyyət və fəzilətləri hansılardır?!


Ramazan ayının özünə məxsus fəzilətləri ilə tanış olaq:
1. Aylar içində ən üstün olanıdır. Həzrət Peyğəmbər (s) buyurur: “Ey insanlar! Allahın rəhmət, bərəkət və bağışlanma ayı sizə üz tutmuşdur. Elə bir ay ki, Allah yanında bütün aylardan üstün və gündüzləri – gündüzlərdən, gecələri – gecələrdən, saatları – saatlardan üstündür. Elə bir ay ki, siz orada qonaqlığa dəvət olunmusunuz və Onun lütfündə qərar tutmusunuz”.
2. Allah Kitabının bu ayda nazil olması. İmam Sadiq (ə) buyurur: “Quranın hamısı Ramazan ayında Beytul-məmura nazil olmuşdur. Sonra 20 il ərzində Peyğəmbərə (s) nazil olmuşdur. İbrahimin (ə) səhifəsi – Ramazan ayının ilk gecəsində, Tövrat – Ramazan ayının 6-cı günündə, İncil – Ramazan ayından 12 gecə keçəndən sonra, Zəbur isə Ramazan ayının 18-də nazil olmuşdur”...


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter