Hz Əli (ə) Çirkin nəfsin insana verə biləcəyi bədbəxtçiik haqda nə buyurmuşdur?!


İmam Əli (ə) belə buyurur:
\"Bu dünyada hər bir şəxsə çirkin nəfsinin istəyi onun sağlam ağlına qələbə çalsa onun rüsvayçılığı aşkar olar.\"
(Yəni hər bir günah qarşısında özünü saxlaya bilməyib hər bir haram qarşısında göz yumub keçə bilmədiyi halda özü öz üzünə rüsvayçılıq qapısını açar)
Allah təala bizləri çirkin nəfsimizə həmişə qələbə çalanlardan qərar versin.Amin!


* * *
Allahın Rəsulu (s) ailə quranlar barədə belə buyurur:
\"Hər bir şəxs qadının malına-dövlətinə görə onunla ailə qursa,Allah təala ancaq malın-dövlətin məhəbbətin o şəxsə verər.
Əgər qadının gözəlliyinə,camalına görə evlənsə,bütün acığı gəldiyi və ya xoşlamadığı xususiyyətləri belə ailəsinə baxanda görər.

Amma hər bir şəxs dininə,abrına,həyasına görə həyalı,abırlı qadınla evlənsə,Allah təala bütün yaxşılıqları,məhəbbəti onlar üçün qərar verib,onların arasında mehribanlıq icad edər.\"

İmam Sadiq (ə) Rəsuli Əkrəm (s)-dan bir hədis nəql edərək buyurur:
Peyğəmbər (s) oxuduğu duaların birində belə dua edirmiş:
\"Ey İlahi! Qocalmamışdan əvvəl məni qocaldan qadının əlindən sənə pənah gətirirəm.\"





© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter