Namaza əhəmiyyətsiz yanaşmağın nəticələri hansılardır?


Namaza əhəmiyyətsiz yanaşmağın nəticələri hansılardır? Namaza əhəmiyyət vermək Allahın böyük mükafatları ilə nəticələndiyi kimi, namaza diqqətsiz yanaşmaq da bir çox ilahi əzabları insanlara nazil edir. Qurani-kərimdə namaza əhəmiyyətsiz yanaşmaığın bəlaları haqqında olan bir neçə ayəni diqqətinizə çatdırırıq.
Namaz qlmamaq insanın dünya və axirət həyatını çətinləşdirir. Allahı xatırlamaq, onu zikr etmək böyük səadətə səbəb olduğu kimi, Onu yaddan çıxartmaq, namaz və s. dini vacibatlara etinasız yanaşmaq da böyük ilahi əzabların nazil olmasına səbəb olur. Qurani-kərimdə oxuyuruq: “Hər kəs Mənim öyüd-nəsihətimdən (Qur’andan) üz döndərsə, güzəranı daralar (yaxud qəbir evində şiddətli əzaba düçar olar) və Biz qiyamət günü onu məhşərə kor olaraq gətirərik!”. (“Taha”, 124.)...


Namazların qəbul olmasını bilməyin sadə üsulubü necə əldə etmək olar?


Namazların qəbul olmasını bilməyin sadə üsulubü necə əldə etmək olar? İslaminSesi.info – Ayətullah Cavadi Amuli dərslərinin birində Əhzab surəsinin təfsirini edərkən deyib: \"Əgər bir şəxs zöhr və əsr namazını qıldı və ta axşam azanına qədər günah etmədisə deməli namazı qəbul olubdur. Amma məsciddən çıxandan sonra bir günah edibsə deməli namazı qəbul olmayıb”
Bu həqiqət Quran ayələrində də gəlib. Allah taala buyurur ki, namaz insanı pis işlərdən çətindirməlidir. Amma namazlardan sonra insandan bir günah iş baş verirsə deməli az öncə onun qıldığı namaz deyilmiş, sadəcə əyilib, qaxmaqdan ibarət bir formal ibadət imiş.


Əməllər necə batil olur? Nə edək ki, əməllərimiz heçə getməsin?


Əməllər necə batil olur? Nə edək ki, əməllərimiz heçə getməsin? \"Ey iman gətirənlər Allaha itaət edin, Onun peyğəmbərinə itaət edin və öz əməllərinizi batil etməyin”. (“Muhəmməd (s)” 33). Ayə və hədislərdən belə nəticəyə gəlmək olur ki, bəzi əməllər insanın saleh əməllərini batil edir. Onlarla tanış olaq:
1. Ehtiyacı olanlara minnət qoymaq və onlara əziyyət vermək – infaqın savabını batil edər.
2. İlahi rəhbərlərə qarşı ədəbsizlik etmək – əməlləri batil edər.
3. Təkəbbür və həsəd əməlləri batil edər. İmam Sadiq (ə): “Həsəd yaxşılıqları məhv edər, necə ki, atəş odunu yandırar”.
4. Allaha şirk etmək. 5. Şirkin bir növü olan riya da əməlləri batil edər.
Hz Peyğəmbər (s): “Hər kim bir “Sübhənallah” deyər, onun üçün behiştdə ağac əkilər”. Bir nəfər deyir: “Deməli, bizim behiştdə çoxlu ağaclarımız vardır”. Həzrət (s) yuxarıdakı ayəni oxuyur və buyurur: “Ehtiyatlı olun və ondan sonra atəş göndərməyin ki, onları yandırsın”.


“Küfüv” nə deməkdir?


Cavab: Ərəb dilində küfüv – bənzər, tay mənasnı verir. Qurani-Kərimin İxlas (Qul huvəllah) surəsinin axırıncı ayəsində buyurulur: “Və ləm yəkun ləhu kufuvən əhəd”. (Onun heç bir tayı-bərabəri (bənzəri) yoxdur). Həmçinin, şəriətdə izdivacla bağlı kitablarda qeyd edilib ki, evlənən şəxslərin bir-birinə küfüv, yəni tay olmaları bəyənilən haldır. Yəni evlənən kişi ilə qadın iman, düşüncə, sosial təbəqə, savad və sairə baxımından bir-birinə uyğun olsalar, qurulan ailə daha möhkəm olar. Çünki ailə üzvləri bir-biri ilə ünsiyyətə qane olarlar. Amma əgər ortada ciddi fərqlər olsa, aralarındakı münasibətlər möhkəm olmaz və hətta ailənin dağılmaq ehtimalı yaranar.


Qurani-Kərimin ən son nazil olan ayəsi hansıdır?


Cavab: Bu barədə alimlər arasında fikir ayrılıqları vardır. Bəzi rəvayətlərə görə, Peyğəmbərə ən son nazil olmuş ayə Bəqərə surəsinin 280-ci ayəsi olub. Bu ayə nazil olduqdan bir və ya üç həftə sonra Peyğəmbər dünyasını dəyişdi. Başqa rəvayətə görə, ən axırda nazil olmuş ayə Maidə surəsinin 3-cü ayəsidir. Həmin ayənin Peyğəmbərin son həcc ziyarəti zamanı, yəni həzrətin vəfatından təxminən iki ay əvvəl nazil olduğunu yazırlar. Bəzi mənbələrdə xəbər verilir ki, bu ayə vida həcci zamanı Mina vadisində nazil olub. Amma əksəriyyət təşkil edən rəvayətlər bu ayənin vida həccinin sonunda, Qədir-Xüm çölündə, Həzrət Peyğəmbər (s) İmam Əlini (ə) öz yerinə canişin təyin etdikdən sonra endiyini xəbər verir.


İslam ümmətinin vəhdətini qorunması üçün 3 mühüm vəzifə hansılardır?


İslam ümmətinin vəhdətini qorunması üçün 3 mühüm vəzifə hansılardır? İslam vəhdətini qazanmaq üçün üç mühüm nöqtəyə diqqət edilməlidir: 1. Hər bir müsəlman ölkəsində yaşayan müsəlmanlar – şiə və sünnü olaraq vətəndaş mövqeyindən çıxış etməli və daxili-xarici düşmənlərin qarşısında güc və vəhdət nümayiş etdirməlidir.
2. İkincisi müxtəlif ölkələrdə yaşayan islami məzhəb təmsilçilərinin vəhdətidir. Hər bir müsəlman bu gün çox yaxşı başa düşür ki, düşmən müsəlmanların vədətinin olmamasından sui-istifadə edib torpaqlarını və sərvətlərini qəsb edir, öz mənfur və oyunbaz adamlarını onlara başçı təyin edir.
3. Nəhayət son və ən mühüm məsələ bundan ibarətdir ki, müsəlmanlar məzhəbindən asılı olmayaraq bir-birinin hidayətinə can atmalıdır. Hətta öz aralarında baş tutan debatlar belə sağlam təməllər üzərində qurulmalıdır.


Dini ləqəblərdən olan Təbatəbai kimlərə deyilir?


Dini ləqəblərdən olan Təbatəbai kimlərə deyilir? Belə bir fikir formalaşıb ki, Təbatəba həm atası həm də anası seyyid olan şəxslərə deyilir ki, bu fikir əsassızdır. Bildiyimiz kimi İmamlar peyğəmbərin(s) nəslindəndir. İmamlardan yalnız İmam Həsənin(ə) övladlarına İmamət verilməyib. Buna görə bəzən İmam Həsənin(ə) övladları haqda az araşdırmalar aparılır. Təbatəbai bir dini ləqəbdir ki, onu yalnız İmam Həsənin(ə) övladlarından olan seyyidlərə deyirlər. Qeyd etmək lazımdir ki, bu ləqəb İmam Həsənin(ə) bütün övladlarına və sülaləsinin bütün nümayəndələrinə verilmir. İmam Həsənin(ə) törəmələri olanlara Sadati-Həsəni deyirlər. Onların arasında bəziləri Təbatəbaidir. Şeyx Mufid İmam Həsənin(ə) övladlarının sayının 15 olduğunu bildirir. İmamın oğlanları arasında yalnız dördünün nəsli davam etmişdir. Onlar bunlardır: Həsəni-Müsənna, Zeyd, Əmr, Hüseyni-Əsrəm


Yuxu zamanı insanın ruhu və bədəni necə olur?


Yuxu zamanı insanın ruhu və bədəni necə olur? Quranda oxuyuruq: “Allah (əcəli yetişənlərin) canlarını onlar öldüyü zaman tamam-kamal alar, (əcəli yetişməyib) ölüm vaxtı olmayanlarınkını da yuxuda alar”. (“Zumər/42).
Bəzən sürücü maşınını dayanacaqda söndürər və evinə gedər. Bəzən də küçədə maşını yanılı qoyar və kafeyə gedər. Hər iki halda sürücü maşında deyildir. Birinci halda həm sürücü maşında deyildir və həm də maşını söndürmüşdür. İkinci halda isə sürücü yoxdur, ancaq maşın işləyir. İnsan yuxuda olanda bədəni ayıq olar. Yəni bədən üzvləri öz işi ilə məşğuldurlar. Ancaq ruhu başqa yerə gedər. Ancaq ölən zaman bədəni də sönər. Ruhu da bədəndən tamamilə çıxar.


Allah-Taala (c.c) və mələklər 4 dəstəyə hansı əməllərinə görə lənət oxuyarlar?


Allah-Taala (c.c) və mələklər 4 dəstəyə hansı əməllərinə görə lənət oxuyarlar? Dörd kəsə Allah lənət edər, mələklər də amin deyər:
1. Uşaq olmaq qorxusundan ailə qurmayan kişiyə (yəni, öz şəhvətini haram yolla söndürən kişiyə).
2. Allahın onu kişi yaratmasına baxmayaraq özünü qadına bənzədən kişiyə (ləvatla məşğul olana).
3. Allahın onu qadın yaratmasına baxmayaraq, özünü kişiyə bənzədən qadına.
4. Camaatı məsxərə edənə; məsələn, bir müsəlmana “bura gəl sənə bir şey verəcəyəm” deyib, o, gəldikdə isə “bağışlayın heç nəyim yoxdur” deyənə, yaxud...


Hər gün günəş çıxan zaman 4 mələk nə haqda nida çəkərlər?


Günəş doğan zaman dörd mələk onunla birlikdə olar. Onların hər birinin öz vəzifəsi vardır:
Birinci mələk səslənərək deyər: “Ey xeyirxahlar, öz işlərinizi sona çatdırın və sevinc içində olun”.
İkinci mələk: “Ey şər insanlar, (öz şər əməlinizdən) əl çəkin və tərk edin”.
Üçüncü mələk deyər: “İlahi, infaq edənlərin savabını ver, simiclik edənləri isə tələf et”.
Dördüncü mələk isə Günəşin istiliyindən azaldar. Çünki, əgər azaltmasa Günəş yeri yandırar.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter