Qurani-Kərimin ən son nazil olan ayəsi hansıdır?


Cavab: Bu barədə alimlər arasında fikir ayrılıqları vardır. Bəzi rəvayətlərə görə, Peyğəmbərə ən son nazil olmuş ayə Bəqərə surəsinin 280-ci ayəsi olub. Bu ayə nazil olduqdan bir və ya üç həftə sonra Peyğəmbər dünyasını dəyişdi. Başqa rəvayətə görə, ən axırda nazil olmuş ayə Maidə surəsinin 3-cü ayəsidir. Həmin ayənin Peyğəmbərin son həcc ziyarəti zamanı, yəni həzrətin vəfatından təxminən iki ay əvvəl nazil olduğunu yazırlar. Bəzi mənbələrdə xəbər verilir ki, bu ayə vida həcci zamanı Mina vadisində nazil olub. Amma əksəriyyət təşkil edən rəvayətlər bu ayənin vida həccinin sonunda, Qədir-Xüm çölündə, Həzrət Peyğəmbər (s) İmam Əlini (ə) öz yerinə canişin təyin etdikdən sonra endiyini xəbər verir./ixlas.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter