Yuxu zamanı insanın ruhu və bədəni necə olur?


Quranda oxuyuruq: “Allah (əcəli yetişənlərin) canlarını onlar öldüyü zaman tamam-kamal alar, (əcəli yetişməyib) ölüm vaxtı olmayanlarınkını da yuxuda alar”. (“Zumər” surəsi, 42).

Bəzən sürücü maşınını dayanacaqda söndürər və evinə gedər. Bəzən də küçədə maşını yanılı qoyar və kafeyə gedər. Hər iki halda sürücü maşında deyildir. Birinci halda həm sürücü maşında deyildir və həm də maşını söndürmüşdür. İkinci halda isə sürücü yoxdur, ancaq maşın işləyir.

İnsan yuxuda olanda bədəni ayıq olar. Yəni bədən üzvləri öz işi ilə məşğuldurlar. Ancaq ruhu başqa yerə gedər. Ancaq ölən zaman bədəni də sönər. Ruhu da bədəndən tamamilə çıxar./Deyerler.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter