Mələklər insanların hansı halətini gülünc hesab edirlər?


Mələklərin güldükləri kəslər bunlardır: 1. Bütün gün ərzində pis-pis danışır, axşam olanda da elə ki, işa namazını qılır, yenə boş-boş və lazımsız söhbətlərə başlayır. Bu zaman mələklər ona gülüb deyirlər: “Ey xəbərsiz! Səhərdən axşama qədər boş və puç danışıqdan doymadın, indi doyacaqsan?!”
2. Əlinə bel və külüng götürüb torpağını şumlamaqdan ötrü öz tarlasına gedən tamahkar kəndlidir. O, öz payını artırmaq məqsədilə qonşu tarla ilə öz tarlasını ayıran torpaq sahəsini də belləyib öz sahəsinə qatmaq istəyərkən mələklər ona gülüb deyərlər: “Bu genişlikdə torpaqdan gözün doymadı, bu kiçik hissədən doyacaq?!”
3. Özünü naməhrəm kişilərdən örtməyən qadın ölən zaman onu kəfənə büküb qaranlıq və gözlərdən gizlin olan yerə – qəbirə qoyarlar, mələklər gülüb deyərlər: “Rəğbətə səbəb olduğu zaman onu gizlətmirdiniz, indi gizlədirsiniz?! Halbuki, indi ona yalnız nifrət və ikrah olunar”.


Mələklər kimlərin məzlumyyət halına ağlayarlar?


Mələklərin ağladıqları kəslər isə bunlardır: 1. Elm ardınca gedərkən yolda ölən qərib.
2. Övladları olmayan və ömürləri boyu övlad həsrəti ilə yaşayan yaşlı kişi və qadındır. Elə ki, yaşlı çağlarında övladları olar, onlar sevinər ki, bu yaşımızda bizim xidmətimizdə durar, öləndən sonra da bizi dəfn edər. Ancaq həmin övladları ata-anasından qabaq vəfat edər. Mələklər ata-anadan qabaq həmin övladın halına ağlayarlar.
3. Gecənin bir aləmi oyanıb anasının yoxluğundan xəbəri olmayan, ağlayaraq onun dalınca getmək istəyən yetimdir. O, ağlayan zaman dayə onun üstünə acıqlanıb deyər: “Niyə ağlayırsan?!” Bu an anasının olmamağı uşağın yadına düşər və ümidsiz halda susar. Həmin vaxt mələklər onun qəribliyinə ağlayarlar.


İnsan üçün təsəvvür oluna biləcək ən böyük çətinlik nədir?


İnsan üçün təsəvvür oluna biləcək ən böyük çətinlik nədir? Ən böyük çətinlik insanın oxuduqlarına, eşitdiklərinə biganə qalmasıdır. İnsan unutmamalıdır ki, elm əməl deyil! İnsan elm yox, elmə əsaslanan əməl xilas edə bilər. Təsəvvür edin ki, xəstə insan axtarışlar aparır, kitablar oxuyur, nəhayət, xəstəliyini və bu xəstəliyin müalicə yollarını öyrənir. Bunula iş bitirmi? Xəstəliyin diaqnozunu və müalicə yollarını bilməklə sağalmaq olarmı? Cavab bir mənalıdır: Xeyir! Bəs necə ola bilər ki, Allaha yaxınlaşmaq, kamilləşmə yollarını öyrənmiş insan heç bir iş görmədən, başqa sözlə, bildiyinə əməl etmədən Allaha yaxınlaşa, kamilləşə?! Xəstə dərmasız, müalicəsiz sağalmadığı kimi, dini elmləri oxumuş insan da oxuduğuna əməl etmədən iman qazana bilməz...


İmam Əlinin (ə) kitabı olan Nəhcül Bəlağənin dəyərini necə anlamaq olar?


İmam Əlinin (ə) kitabı olan Nəhcül Bəlağənin dəyərini necə anlamaq olar? \"Nəhc əl-bəlağə\"ni canlandırmaq yalnız biz şiələrin vəzifəsi deyil. Bu, bütün müsəlmanların vəzifəsidir. Yəni İmam Əlini (ə) qəbul edən, müsəlman olan hər bir insanın borcudur. – Çünki İslamda bu böyük insanı qəbul etməyən kimsə yoxdur. – \"Nəhc əl-bəlağə\"ni bənzərsiz İslam irsi olaraq yaşatmaq, canlandırmaq lazımdır. Bu canlandırmada məqsəd çapı çoxaltmaq deyil. Lazımınca çox çap olmuşdur. Məqsəd \"Nəhc əl-bəlağə\" ilə bağlı tədqiqat aparmaq, işləməkdir. Quran sahəsində çoxlu iş aparıldığı, çoxlu təfsirlər yazıldığı kimi \"Nəhc əl-bəlağə\" haqqında da bu işlər görülməlidir. Quran oxunduğu kimi \"Nəhc əl-bəlağə\" də oxunmalıdır. Çünki Quranın ardı, davamıdır. Müsəlmanlar Quranla üns bağladıqları kimi, Quranı bilməməyi özləri üçün nöqsan hesab etdikləri kimi \"Nəhc əl-bəlağə\"ni də bilməməyi özləri üçün nöqsan hesab etməlidirlər./ Ayətullah Seyid Əli Xamenei


İnsan xoşbəxtliyi üçün Dünya hədəfdir, ya vasitə?


İnsan xoşbəxtliyi üçün Dünya hədəfdir, ya vasitə? Cavab olaraq deyirik: Dünya həyatı Allahın məxluqatı olması baxımından heç bir eyibə malik deyil. Dünyanın quruluşu və həyat sistemi, əslində ən dəqiq və ən münəzzəm, kamil və gözəl şəkildə xəlq edilmişdir. Buna görə də, əsas müəmmanı başqa yerdə axtarmalıyıq. Ayə və rəvayətlərə azacıq diqqət yetirəndə görəcəyik ki, eyib və irad insanın dünya ilə əlaqəsini necə qurmasında və rəftar tərzindədir. Çünki onun dünya ilə necə rəftar etməsi, gələcəkdə bu davranışın onun üçün zərərli ya zərərsiz, dəyərli ya dəyərsiz, yaxşı ya da pis olmasını təyin edir. İnsanın rəftarını, həyatın gələcəyini çıxmaq şərtilə, məcburiyyət və təzyiq nəticəsində yaranan bir sıra nadir şər və nöqsanlardan başqa, dünyaya daha nə irad və eyib tutmaq olar? Əlavə olaraq, bu nöqsanlar dünyanın saysız-hesabsız kamalları və xeyirləri qarşısında müqayisəedilməzdir...


“Gecə dırnaq tutmaq olmaz” fikri dini baxımdan doğrudurmu?


“Gecə dırnaq tutmaq olmaz” fikri dini baxımdan doğrudurmu?Cəmiyyətdə bu işin gecə edilməsi guya bəyənilməzdir deyilir. Lakin dırnağın gecə ikən tutulmasının bəyənilməz və ya məkruh olması haqda heç bir hədis, rəvayət və tövsiyə yoxdur. İmam Sadiq(ə) dırnağı hansı yolla tutmaq barədə belə buyurur: O işi sol əlinizin kiçik barmağından başlayaraq, sağ əlinizin kiçik barmağında bitirin. Hədislərdə dırnağın hansı günlərdə tutulması qeyd edilmir. Baxmayaraq ki, cümə günündə dırnağı tutub, bığları qısaldıb, baş yuyub təmizlik etmək bu günün əsas müstəhəb əməllərində gəlibdir. Bəs dırnaqları gecə ikən tutmaq olarmı?
Cəmiyyətdə bu işin gecə edilməsi guya bəyənilməzdir deyilir. Lakin dırnağın gecə ikən tutulmasının bəyənilməz və ya məkruh olması haqda heç bir hədis, rəvayət və tövsiyyə yoxdur. Dırnağı tutmaq ümumi şəkildə müstəhəb bir əməldir. Bunu istənilən zamanda etmək olar və burada gecə və ya gündüzün qeyd edilməsi əsassızdır...


Dini baxımdan asqırmaq, “səbr gətirmə”yin və ya bunun tək ya cüt olmasının bir mənası və izahi varmı?


Dini baxımdan asqırmaq, “səbr gətirmə”yin və ya bunun tək ya cüt olmasının bir mənası və izahi varmı? Cavab: Birinci növbədə demək lazımdir ki, yuxarıda qeyd edilən və formalaşan bu fikirlərin heç birinin dini və nə də elmi əsası yoxdur. Tam əsasssız bir fikirlərdir. İkinci növbədə vurğulamaq lazımdır ki, asqırmaq nə inki nəhslik əksinə yaxşı və hikmətli əməllərdən xəbər verir. Hədislərin birində gəlib ki asqırmağ bədəni rahatlaşdırar və sağlam edər və asqırmaq olan gündə fizioloji baxımdan insanda ölüm gətirən səbəblər ortaya çıxmaz. İmam Rza asqırmağın hikməti haqda maraqlı bir hədis buyurur: “Allah insana nemət verir və insan ona görə şükr etmir. Bəzən Alah bu insanın bədəninə bir yel salar. Bu yel bədəndə fırlanar və gəlib, burundan və ağızdan çıxar. Bu zaman asqırmaq gələr.\" İmam Rza belə davam edir: Buna görədir ki asqran adam dərhal “Əl-Həmdu-lillah” (Allaha şükür) desin! Allah bu asqırmağı vaxtında etmədiyin şükrün əvəzində səndən alar.


Ayətullah Xamenei niyə yaralı əlini müalicə eləmir?


Ayətullah Xamenei niyə yaralı əlini müalicə eləmir? Ali Dini Lider Həzrət Ayətullah-Üzma Seyyid Əli Hüseyni Xamenei prezident işlədiyi zaman Çində səfərdə olur. Orada ağaya deyirlər ki, biz sənin sağ əlini (terror edildiyi zaman mikrofona quraşdırılan bomba partlayarkən şikəst olmuşdu) sağalda bilərik və əvvəlki kimi sağlam bir ələ sahib ola, onunla yaza və iş görə bilərsən. Amma bu işin xərci də çoxdur. Ağa deyir: “İranda əli şikəst olan bir tək mən deyiləm. Əgər bu işi İranın bütün şikəstləri üçün görə bilmirəmsə, dövlət büdcəsindən istifadə edərək özüm üçün də belə bir iş görə bilmərəm – (şəxsi imkanım da buna çatmır).”


Şəbih nədir?


Şəbih nədir? “Şəbih” sözünün tərcüməsi “oxşar, bənzər” deməkdir. İslam müqəddəslərinin həyat tarixçəsini, xüsusilə, Kərbəla faciəsini simvolik formada əks etdirən meydan tamaşalarına şəbih deyilir. Adətən, xalq içindən çıxmış qeyri-professional aktyorların iştirakı ilə açıq havada keçirilən bu tamaşaların ssenarisində növhə və mərsiyələr əsas yer tuturdu. Şəbih tamaşaları çox zaman ayrı-ayrı epizodlar üzrə bir neçə gün ardıcıl keçirilir (Əli Əkbərin şəhadəti, Əli Əsğərin qətli, Qasim otağı, Əbülfəzl Abbasın şəhadəti, İmam Hüseynin (ə) şəhadəti, Müslimin balalarının müsibəti və s. Məhəllə miqyasında keçirilən şəbihlərdə rekvizit kimi asan tapılan əşyalardan istifadə olunur. Məsələn, bir teşt su Fərat çayını simvolizə edir. Ümumiyyətlə, şəbihlərdə zahiri effektlər, simvolizm, melodramatizm özünü qabarıq şəkildə göstərir. Qadın rollarını adətən kişilər ifa edirlər...


Özünə inanmaq üçün 10 TÖVSİYƏ hansılardır?


Özünə inanmaq üçün 10 TÖVSİYƏ hansılardır? Özünə inanmaq üçün tövsiyə olunan 10 yol:
1.Özünüzü olmaq istədiyiniz kimi təsəvvür edin.
2.Özünüz haqqında əminliklə danışın.
3.Hər gün sizi ən çox qorxudan şeylə üzləşməyə çalışın ki, qorxuya qalib gələsiniz
4.Ən qorxulu tənqidçi biz özümüzük. Daxili tənqidi susdurun. Biz özümüzün təsəvvür etdiyimizdən daha yaxşıyıq.
5.Özünüz üçün 100 günlük imtina marafonu təşkil edin. İnsanlardan qəribə şeylər xahiş etsəniz yox cavabı alacaqsınız.
6.Qələbə qazanacağınıza əmin olun.Əvvəl kiçik məqsədlər qoyun qarşınıza...


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter