Kasıblığa görə evlənməmək olarmı?


Kasıblığa görə evlənməmək olarmı? Həzrət Peyğəmbər (s) buyurur: «Kasıbçılıq qorxusundan evlənməyən şəxs, Allahdan bədgüman olub». («Vəsailüş-şiə», 14-cü cild, səh.24.) Kübar həyat tərzi arzusu, evlənmək istəyən gənclər qarşısında böyük maneədir. Çox vaxt gənclər yox, valideynlər bu tələblərlə çıxış edirlər. Həzrət Peyğəmbər (s) isə belə buyurur: «Ən pisqədəm qadın, mehriyyəsi ağır olan qadındır». («Vəsaliüş-şiə», 15-ci cild, səh.10.) Başqa bir hədisdə isə, iqtisadi problemlərə görə övladının ailə qurmasına mane olan valideynlərə belə xəbərdarlıq olunur: «Övladı yetkinlik yaşına çatmış şəxs, onu evləndirmək iqtidarında olduğu təqdirdə evləndirmirsə, övlad günaha batsa, bu günah hər ikisi üçün yazılar». («Məcməül-bəyan».)


\"Cameyi-Kəbirə\" dua kitabı hansı imamdan nəql olunub?


"Cameyi-Kəbirə" dua kitabı hansı imamdan nəql olunub?İmam Hadidən (ə) bizə yadigar qalan əsərlərdən biri “Cameyi-Kəbirə” ziyarətidir. Bu ziyarətin əhəmiyyəti o zaman aşkar olur ki, İmamın (ə) qərar tutduğu vəziyyətlə daha yaxından tanış olarıq. Bəziləri o zamanda İmama (ə) sitayişdə mübaliğə edirdilər. İmam (ə) da bu insanların əqidəsini inkar etmək üçün bəlağətli bu ziyarəti təlim verir ki, onun vasitəsilə hər bir İmamı (ə) ziyarət etmək olar. “Cameyi-Kəbirə” ziyarəti İmaməti, İslam siyasətinin fəlsəfə və rəmzi hesab edir. Bütün möminlərə xatırladır ki, İlahi ədalət hökuməti ancaq Məsumlara (ə) aiddir.
İmam (ə) ağır zamanda yaşasa da, öz təlim və tərbiyəsindən əl çəkmirdi. Müxtəlif suallara cavab verir və insanları maarifləndirirdi. Çox sayda hədis yazan və əhkam elminə vaqif olan insanlar yetişdirir. Şeyx Tusi bu şagirdlərin sayının 185 nəfər olduğunu bəyan edir...


Bir ananın İmam Hüseynə (ə) olan eşqi övladına hansı üstünülyü bağışladı?


Bir ananın İmam Hüseynə (ə) olan eşqi övladına hansı üstünülyü bağışladı? Hüccətil-İslam Muhəmmədtəqi Fəlsəfi ali məqama çatmasında anasının rolu barəsində buyurur: “Anam çalışırdı ki, övladlarını pak, fəzilətli və imanlı tərbiyə etsin. O, atam üçün də sevgi dolu bir həmdəm idi. Alim davam edir: “Mənim minbər əhli olmağım da anamın istəyidir. Hətta bir müddət anamla atam arasında bu barədə söhbətlər olmuşdu. Atam belə düşünürdü ki, mən gərək dərs oxuyam. Ancaq anam deyirdi ki, mən gərək minbərə gedəm. Nəhayət bu qərara gəldilər ki, şənbə gününün sübhündən çərşənbə gününün axşamına qədər dərs oxuyam. Cümə axşamı günündən cümə gününə qədər də minbərə gedəm. Bu yolla İmam Hüseynə (ə) aşiq olan anam arzusuna çatdı və məni minbər əhli etdi”.


Şəxsi inkişaf yönündə hər gün özümüzə verməli olduğumuz 10 sual hansılardır?


Şəxsi inkişaf yönündə hər gün özümüzə verməli olduğumuz 10 sual hansılardır?İnsan öz şəxsiyyətini inkişaf etdirməsi üçün, agahlığa ehtiyac duyur. Əgər insan getdiyi yolu düzgün seçə bilməzsə, ziyandan başqa bir şey əldə etməz. Əgər həyatımızda düzgün yolda irəlilədiyimizi bilmək istəyiriksə, hər gün özümüzə bu on sualı verməliyik.
1. Bu gün yaxşıyammı? Əldə etdiklərinizə görə şükür edəcəksiniz. Ziyanlara görə düzəlməniz üçün ciddi qərar qəbul edəcəksiniz.
2. Bu gün şəxsiyyətim necədi? Şəxsiyyətimizi sədaqət, şəfqət, mehribanlıq, başqalarına yardım etmək kimi sifətlərlə inkişaf etdirməliyik.
3. Güclü çalışırammı? Əgər inkişaf etmək istəyiriksə, gərək bir işi görən zaman var gücümüzlə onu yerinə yetirməyə çalışaq.
4. Nə öyrənmisən? Misal üçün, qəzəbimi yatızdırmaq üçün bu gün təzə nə öyrənmişəm? Mühümü agahlıq səviyyəmizi artıraq.
5. Sağlamlığım barəsində nə etmişəm? Baxın görün, gün ərzində nə yemisiniz, nə içmisiniz, idman etmisinizmi?!...


İmam Əli (ə) Əllamə Əmininin təvəssülünü niyə gecikdirdi?


İmam Əli (ə) Əllamə Əmininin təvəssülünü niyə gecikdirdi?Bu alim dəfələrlə İm. Əinin (ə) hərəminə gedərək, ona təvəssül etmişdir. Ayətullah Bəhaəddini nəql edir: “Mərhum Əllamə “Ğədir” kitabını yazan zaman, Əmirəl-mömininə (ə) təvəssül etmişdi. Ancaq bir müddət keçməsinə baxmayaraq, xəbər yox idi. Alim hərəmdə olan zaman səhra ərəblərindən biri gəlir və belə bir dua edir: “Ey Əli! Əgər kişisənsə, mənim işimi yerinə yetir!”. Sonrakı həftə alim yenə də hərəmdə olan zaman bu ərəb gəlir və deyir: “Ey Əli! Kişisən, işim düzəldi”.
Əllamə bu sözlərdən narahat olur və düşünür ki, onun hacəti niyə yerinə yetmir? Gecə yatan zaman yuxuda İmamı (ə) görür və Həzrət (ə) ona buyurur: “Onlar bədəvidilər və onlarla uşaq kimi rəftar edirəm. Onları gözlətmək olmaz. Ancaq sizin ki, bizimlə tanışlığınız vardır, gözləsəniz belə, sədaqətiniz azalmaz. Səhər tezdən bir qoca qadın dəsmala bükülmüş bir kitab gətirdi və alim gördü ki, bu həmin kitabdır ki, İmamdan (ə) istəmişdi”.


20 il Quranla vuruşdu, sonda bütün elmi işlərini yandırdı...?


20 il Quranla vuruşdu, sonda bütün elmi işlərini yandırdı...?Avstraliyalı Makkeni Quranda bir ayəyə rast gəlir və deyir: Nəhayət ki, mən bu kitabda nöqsan tapdım! \"Nəhayət, onlar qarışqa vadisinə gəlib çatdıqda bir qarışqa (qarışqaların padşahı) dedi: \"Ey qarışqalar! Yuvalarınıza girin ki, Süleyman və ordusu özləri də bilmədən sizi basıb sındırmasınlar!\" (Nəml/18). Məsələ burasındadır ki bu ayədə keçən \"Yəhtimənnəkum\" feli ərəb dilində şüşənin sındırılmasına deyilir. Yəni bu kəlmənin alternativi yoxdur və ərəblər şüşənin sınmasına \"Yəhtimənnəkum\" deyərlər. ... Orda uzun uzadı çıxışlar edir və tədbirin sonunda Alman təbiətşünas Şröder Hayngeldorf onu öz evinə qonaq aparır. Qonagına darıxmamaq üçün təbiət barəsində ümumdünya zooloqların ensiklopedik nəzəriyyəsini verir.
Makkeni bir qədər oxuduqdan sonra şok olur. Gecənin bir aləmi qışqırmağa başlayır. Ev sahibi soruşur: -\"Sizə nə oldu?\" Makkeni: -\"Cənab, burda yazılanlar doğrudur?\"...


Yuxuya inanmaq olarmı?


Yuxuya inanmaq olarmı? Yuxu istər adi insanlar, istərsə də alimlərin daim diqqət mərkəzində olan məsələlərdəndir. Axı yuxuda gördüyümüz çirkin və gözəl, qorxulu və ürək açan səhnələr nədir? Bunlar keçmişəmi aiddir, yoxsa gələcəyə? Müxtəlif ayə və hədislərdən məlum olur ki, yuxuların əksəriyyəti gələcəyə aid olub, qaranlıq məsələlərin üstündən pərdəni qaldırır. «Yusuf/36-cı ayədə oxuyuruq: «(Yusifdən soruşuldu:) «Gəl bu yuxunu bizə yoz». Yusif dedi: «Yeyəcəyiniz təam gəlməmişdən əvvəl, mən onun mənasını sizə xəbər verərəm. Bu, Rəbbimin mənə öyrətdiyi elmlərdəndir». Ayədən göründüyü kimi həqiqi, əsaslı və yozulası yuxular vardır. Hz Peyğəmbər (s) buyurur: «Yuxu üç qismdir: bir qismi Allah tərəfindən verilən müjdə, bir qismi şeytandan gələn qəm-qüssə, digər bir qismi isə, insanın bir iş barədə çox fikirləşməsinin nəticəsidir». («Biharul-ənvar», 14/s-411.) İslam dinində təbiri caiz bilinən yuxu, yalnız ilahi yuxulardır. O biri yuxuların təbiri batildir və həmin yuxulara inanmaq olmaz.


İmam Əlinin (ə) nəzərində dünyanın dəyəri necə tanıtdırılır?


İmam Əlinin (ə) nəzərində dünyanın dəyəri necə tanıtdırılır? İmam Əli (ə) buyurub: «Ey dünya! Mən sənin təlaqını verərək səni boşlamışam, özü də üç dəfə və bundan sonra heç cür qayıtmaq imkanı yoxdur. Ey dünya, məndən uzaq ol! Allaha and olsun ki, heç vaxt sənə təslim olmayacağam ki, sən məni xar edəsən.» O həzrət həmişə dünya, yəni ondan olan şeylər müqabilində itaətsizlik və üsyan edib və onların onun ruhuna təsir göstərmələrinə qətiyyən icazə verməyib. Digər bir yerdə buyurur: «Mən cilovumu sənin əlinə verməyəcəyəm ki, sən məni çəkərək istədiyin yerə aparasan.» O həzrət bir dəfə öz malı olan dirhəm və ya dinarı ovucunda tutaraq bir qədər onlara baxdıqdan sonra belə buyurdu: «Ey pul! Sən nə qədər ki, mənim əlimdəsən, mənim deyilsən.» Həzrət Əlinin (ə) bu sözləri bizim sözlərimizin tam əksinədir. Bizlər belə deyirik: Pul nə qədər ki, cibimdədir, mənimdir, xərclədimsə mənim deyil. Bəli, o həzrətin bu cümləsi bizim sözlərimizin əks nöqtəsində dayanır...


Nə üçün öz fitrətimi tanımağa maraqsızam?


Nə üçün öz fitrətimi tanımağa maraqsızam? Cavab: Əsasən, dörd səbəb göstərə bilərik:
1. Unutqanlıq, qəflət (nisyan). “Allahı unutduqları üçün Allah tərəfindən özləri unutdurulmuşlara oxşamayın.” (“Həşr”,19.)
2. Dünyaya vurğunluq. “Ənkəbut/65” “Onlar gəmiyə mindikdə səmimiyyətlə Allaha üz tutar, quruya çıxdıqdan sonra ona şərik qoşarlar.”
3. Rifah və asayiş. ”Sizə Allahın əzabı gəlsə və ya qiyamət qopsa, Allahdan başqasınımı çağıracaqsınız? Əgər doğru danışsanız, yalnız Allaha yalvaracaqsınız.” (Ənam/40-41)
4. Şeytanla dostluq. “Nisa/119\" “Şeytan dedi: “Onları hökmən azdıracaq, puç xülyalara düçar edəcək, heyvanlarının qulaqlarını kəsməyə və Allahın yaratdıqlarını dəyişməyə vadar edəcəyəm.” Allahın yerinə şeytanı özünə dost tutan şəxs aşkar ziyankardır”


İstixarənın hansı növləri var? Necə edilir?


İstixarənın hansı növləri var? Necə edilir? İstixarə müstəhəb əməllərdəndir. Bu haqda İmam Sadiq (ə) buyurur: “İki rükət namaz qıl və Allahdan xeyir istə. Şübhəsiz ki, Allah onun üçün xeyir və yaxşılıq qərar verəcəkdir”. Həzrət (ə) başqa yerdə buyurur: “Allah Təala buyurur: Bəndəmin bədbəxtliyindəndir ki, bir iş görsün və Məndən xeyir istəməsin”.
İstixarə edilən şey Allahın bizə vacib buyurduğu və ya haram buyurduğu məsələlərlə bağlı olmamalıdır. İstixarə edən insanın zahiri və batini pak və pakizə olmalıdır. O kəsin ki, paltarı nəcis olar və batini şəklk-şübhə ilə dolu olar, istixarə etməyə layiq deyildir. İstixarənin növləri: 1. Qurani-Kərimlə istixarə etmək. İmam Sadiq (ə) buyurur: “Nə zaman Qurani-Məciddən istixarə etmək istəsən, Bismilləhir-Rahmənir-Rahimdən sonra de: اللّهم إن كان فی قضائِكَ و قَدَرِكَ‏ ان تمنّ على شیعة ال محمّد صلّى اللّه علیه و آله بفرج ولیّك و حجّتك على خلقك فاخرج إلینا آیة من كتابك نستدلّ بها على ذلك Ondan sonra Quranı aç və 6 vərəq say və 7-ci vərəqin 6-cı sətri haqqında olanları düşün”...


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter