Naməhrəmə baxmaqda haram olunmuş baxışlar hansılardır?


Naməhrəmə baxmaqda haram olunmuş baxışlar hansılardır? İslam şəriəti baxımından müsəlmanlara bəzi baxışlar haram olunmuşdur:
1-Makiyajlanmış qadının üzünə baxmaq, 2-Qadının bəzərlərinə baxmaq, 3-Tanış olan qadının hicabsız şəkilinə baxmaq, 4-Ləzzət qəsdi ilə bir qadına baxmaq istərsə də şəkilinə, 5-Naməhrəm kişinin bədəninə baxmaq (üz və əllərindən başqa) 6-Naməhrəm qadının bütün bədənlərin baxmaq, (üz və əllərindən başqa) 7-Həvəsbazlıq üzündən baxmaq istər öz həmcisinə belə olsa.


Ər razı olmadığı halda qadın namaz qıla bilərmi?


Ər razı olmadığı halda qadın namaz qıla bilərmi? Vacib (fərz) ibadətləri yerinə yetirmək üçün kiminsə razılığı və narazılığı şərt deyil.
Bu, Allahın əmridir və insan ən əsası Allahın tapşırığını yerinə yetirməlidir. Yetkinlik yaşına çatmayan uşaq öz valideyninə, qadın da ərinə itaət etməlidir. Amma əgər bunlar Allahın buyurduğunun əksinə onu məcbur edirlərsə, yəni vacib (fərz) olan ibadəti icra etməyə mane olur və ya haram bir işi görməyə məcbur edirlərsə, bu məsələdə onlara itaət etmək lazım deyil. Başqa işlərdə (Allahın buyruqlarına zidd olmayan məsələlərdə) yenə onlara tabe olmaq və onlarla hesablaşmaq lazımdır. Suala gəlincə, ər öz arvadına gündəlik fərz namazları qılmağı qadağan edə bilməz. Bunu etsə böyük günah qazanar.


Xanımı hicabsız olan imam camaata iqtida etmək olarmı?


Xanımı hicabsız olan imam camaata iqtida etmək olarmı? O halda ki, İmam camatlıq şəraitinə malik olsa, və xanımının bu işi kişin laqeydliyi ucbatından olmasa, və ehtimal olunsa ki o əmr be məuf və nəh əz münkər edib, və xanımın hicabsız olmasına razı deyil, bu halda namazda ona iqtida etmək olar.


Dəstəmazi vacib olan əməllər hansılardır?


Dəstəmazi vacib olan əməllər hansılardır? Altı şey üçün dəstəmaz almaq vacibdir:
1. Meyit namazından qeyri-vacib namazlar üçün; müstəhəbbi namazlarda isə dəstəmaz, namazın səhih olması üçün şərtdir. 2. Unudulmuş səcdə və təşəhhüd üçün; əgər onunla namaz arasında bövl etmək kimi dəstəmazı pozan bir hədəs baş vermişdirsə; amma səhv səcdəsi üçün dəstəmaz almaq vacib deyil. 3. Həcc və ümrə əməllərindən olan Kəbə evinin vacib təvafı üçün. 4. Dəstəmaz alacağına dair nəzir, əhd və and etmişdirsə. 5. Məsələn; Qurani-Şərifi öpəcəyinə nəzir etmişdirsə. 6. Nəcisə bulaşmış Quranı suya çəkmək üçün,


Neçə halda orucu batil edənə yalnız qəzası düşər?


Neçə halda orucu batil edənə yalnız qəzası düşər? On halda yalnız qəza orucu vacib olur:
1. Oruc tutmuş şəxs bilərəkdən qussa; 2. Ramazan ayında gecə cünub olub, sübh azanınadək oyanmasa; 3. Oruc tutmağı niyyət etməsə; 4. Cənabət qüslü verməyi yaddan çıxarsa; 5. Sübh azanının olub-olmadığını araşdırmadan orucu pozan bir iş görsə və sonra məlum olsa ki, azan olubmuş; 6. Bir şəxsin «sübh olmayıb» deməsi ilə orucu pozan iş görülsə və sonradan sübh olduğu məlum olsa; 7. Bir şəxs sübh azanının verildiyini dediyi halda, insan onun sözünü zarafat sayıb, orucu pozan iş gördükdən sonra sübh olduğu məlum olsa; 8. Kor və onun kimilər başqa bir kimsənin sözü ilə iftar etsələr və sonra bilinsə ki, məğrib olmayıb; 9. Saf havada qaranlığa görə məğrib olduğunu təyin edərək, iftar edilməsi və sonradan məğrib olmadığının aşkar olması; (Amma buludlu havada belə bir gümanla iftar edən kəs üçün qəza yoxdur). 10. Sərinləşmək məqsədi ilə ağıza su alıb, bilmədən suyu udmaq (amma oruc olduğunu unudub, ağzını yaxalayarkən suyu udan kəs üçün qəza orucu yoxdur).


Qurban bayramının əməllərini yazın?


Qurban bayramının əməllərini yazın? Qurban bayramının əməlləri
Müstəhəb qüsl almaq, bayram namazını qılmaq, bayram namazından sonra qurbanlıq ətlə qidalanmaq – Qurban bayramı günündə çox bəyənilmişdir.
Bundan əlavə, bu gündə İmam Səccadın (ə) Qurban bayramına aid olan dualarını oxumaq, “Nüdbə” duasını oxumaq tövsiyə edilir. Həcdə olmayanlar üçün də Qurban bayramı günündə qurban kəsmək - bəyənilmiş əməllərdəndir. Namazdan sonra bu təsbihləri təkrar etmək bəyənilir: “Əllahu əkbəru Əllahu əkbər, lə ilahə illəllahu vəllahu əkbər. Əllahu əkbəru və lillahil-həmd. Əllahu əkbəru əla mə hədanə, Əllahu əkbəru əla mə rəzəqənə min bəhimətil-ən’am, vəl həmdu lillahi əla mə əblanə”.


Hansı halda sükut etmək qadağandır?


Hansı halda sükut etmək qadağandır? İslamda bidət yaransa hər bir şəxsə, xüsusi ilə din alimlərinə vacibdir ki, haqqı deyib, batili inkar etsinlər. Din alimlərinin sükutu elm və İslam alimlərinə sui-zənnə səbəb olarsa, istənilən bir şəkildə haqqı bəyan etmək vacibdir. Bunun təsirsiz qalacağı bilinsə də, addım atılmalıdır. Düzgün ehtimal edilsə ki, sükut pis işin yaxşı, yaxşı işin pis iş kimi tanınması ilə nəticələnəcək, hamıya, xüsusi ilə İslam alimlərinə haqqı demək vacibdir və sükut yolverilməzdir. Əgər İslam alimlərinin və başqalarının sükutu zalımı gücləndirərsə və ya ona cəsarət verərsə, haqqı deyib batili inkar etmək vacibdir. Bunun təsiri ötəri olsa da addım atılmalıdır.
ÜÇ halda sükut etmək qadağandır: 1)-Әgәr İslаm dinindә bidәtlәr bаş vеrәrsә, hаmıyа, хüsusilә İslаm аlimlәrinә hаqqı izhаr, bаtili inkаr еtmәk vаcibdir. Әgәr аlimlәrin sükut еtmәlәri еlmin mәqаmınа hörmәtsizliyә, İslаm аlimlәrinә qаrşı sui-zәnnә sәbәb оlаrsа, mümkün оlаn hәr vаsitә ilә hаqqı izhаr еtmәk–hәttа tәsir еtmәcәyini bilsә dә, vаcibdir. 2) -Әgәr sükut еdilmәsinin münkәrin mәruf vә yа mәrufun münkәr оlmаsınа sәbәb оlаcаğınа sәhih еhtimаl vеrsәlәr, hаmıyа хüsusilә İslаm аlimlәrinә hаqqı izhаr vә оnun аşkаr еdilmәsi vаcibdir, sükut еtmәlәri isә cаiz dеyil. 3)-Әgәr İslаm аlimlәrinin sükut еtmәsi zаlımın güclәnmәsinә, tәsbit оlunmаsınа, sаir hаrаm işlәrә cürәtlәnmәsinә sәbәb оlаrsа, hаqqı izhаr, bаtili inkаr еtmәk–hәttа hаl-hаzırdа tәsiri оlmаsа dа vаcibdir.


Qurban bayramının hökümlərindən yazın?


Qurban bayramının hökümlərindən yazın? Qurban bayramı ərəfəsindəyik. İslam dünyasının ən müqəddəs bayramlarından sayılan Qurban bayramının təqribən 3000 ildən çox tarixi vardır.Həzrəti İbrahim Peyğəmbərin (s) öz oğlu İsmayılı Allah yolunda qurban kəsmək niyyətini bildirən hadisə ilə əlaqələndirilir. Allah öz sevimlisi İbrahim Peyğəmbərin sadiqliyini sınamaq üçün ondan yeganə oğlu İsmayılı qurban kəsməyi tələb edir. Həzrəti İbrahim Peyğəmbər tərəddüd etmədən bu tələbi yerinə yetrərkən Allahın göndərdiyi mələk Cəbrail göydən yerə enərək onun əlini saxlayır. Mələk Allahın ondan razı qaldığını bildirir və İsmayılın əvəzinə Tanrının göndərdiyi qoyunu kəsməyi təklif edir. Din tarixində dərin iz salmış bu hadisə Allahın inamın, dərin etiqadın nümunəsidir. Həmin vaxtdan müsəlmanlar hər il ev heyvanlarından birini Allah yolunda kəsib, ona öz itaətkarlıqlarını bildirirlər. A) Kəsilən heyvanın şərtləri: 1) Əgər kəsilən qurbanlıq qoyundursa yeddi aylıqdan yuxarı, inəkdirsə bir ili tamamlayıb ikinci ilə daxil olmuş olsun. 2) Qurbanlıq heyvan nöqsansız və sağlam olsun. 3) Arıq olmasın.
B) Heyvanın başının kəsilməsində yeddi şərt vardır: 1) Kəsən şəxs müsəlman, 2) Heyvanın başını kəsən kəsici alət dəmirdən olmalıdır. 3) Heyvan üzü qibləyə, 4) Heyvanın başını kəsəndə “Bismillah” yaxud “Allahu Əkbər” desə kifayətdir. 5) Heyvan başı kəsiləndən sonra can vermiş olsun. 6) Heyvanın başı kəsiləndən sonra məmuli qayda da qan axmış olsun. 7) Boğazın kəsilməsi kəsmək qəsdi ilə olmalıdır.


Paltaryuyan maşın paltarı pak edərmi?


Paltaryuyan maşın paltarı pak edərmi?Cavab 1: Əgər eyni-nəcasət aradan getdikdən sonra kür suya bağlı olan paltaryuyan maşındakı paltarın hər yerinə bu su çatsa və su maşının içini tamamilə əhatə etsə, bu paltarlar pak olar. Eyni şəkildə az su ilə maşın paltarları 2 dəfə yuyarsa, pak olar. Ayətullahul-uzma Seyid Əli Xameneyinin dəftərxanası
Cavab 2: Paltarları bir neçə dəfə yuyub suyunu sıxan avtomat paltaryuyan maşınlar vasitəsilə yuyulan paltarlar pakdır. İstər paltarları yuyarkən borulardan gələn suya birləşmiş olsun, istər su kəsiləndən sonra yumağa başlasın. Ayətullahul-uzma Şeyx Məkarim Şirazinin dəftərxanası


Şərabla murdarlanmış qabı neçə dəfə yumaq lazımdır ki, şəri olaraq pak sayılsın?


Şərabla murdarlanmış qabı neçə dəfə yumaq lazımdır ki, şəri olaraq pak sayılsın? Cavab 1: Az su ilə yuyulsa, 3 dəfə yuyulsa, pak olar. 7 dəfə yuyulması daha yaxşıdır. Kürr yaxud axar suda yuyulan nəcis qabın 1 dəfə yuyulma ilə pak olması, üstün nəzər olsa da 3 dəfə yuyulması ehtiyata uyğundur.
Cavab 2: Şərabla nəcis olmuş qab gərək 3 dəfə yuyulsun. Bu hökmdə az su, kürr və axar su arasında fərq yoxdur. Müstəhəbb ehtiyat budur ki, 7 dəfə yuyulsun.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter