Halali harama qarışan maqağalarda işləməyin hökmü necədir?


Halali harama qarışan maqağalarda işləməyin hökmü necədir? Bir kafe var ki, orada hem yemək həmdə haram içkilər verilir. Mən orda işləsəm və əgər içki istəyənə içki verməsəm, sadəcə yemək versəm, budan aldığım əmək haqqı halal sayılırmı?
Cavab: Sualda qeyd olunan halda, orada işləməyə və bunun əvəzində maaş almağa icazə yoxdur. (Ayətullahul-uzma Seyid Əli Xameneyinin dəftərxanası)


İnsanın günah və şəhvətli fikirləri zehnindən keçirməsi günahdırmı?


Cavab: Sırf günah düşünmək, günah sayılmır, lakin ehtirasını oyadarsa icazə yoxdur. (Ayətullahul-uzma Seyid Əli Xameneyinin dəftərxanası)


Kafir (və ya qeyri-müsəlman) ölkələrin seçkilərində iştirak etmək müsəlmanlar üçün caizdirmi?


Kafir (və ya qeyri-müsəlman) ölkələrin seçkilərində iştirak etmək müsəlmanlar üçün caizdirmi? Qanuni olan ictimai və siyasi vəzifələri yerinə yetirmək üçün seçilən millət vəkillərinə səs verməyin eybi yoxdur. Bu namizədin müsəlman və ya qeyri-müsəlman olmasının fərqi yoxdur. (Ayətullahul-uzma Seyid Əli Xameneyinin dəftərxanası)


Şərab kimi Haram əşyaları satan super marketlərdə işləməyin hökmü nədir?


Şərab kimi Haram əşyaları satan super marketlərdə işləməyin hökmü nədir? Rəhbər bu suala ki, donuz əti konserva fabrikində və gecə klublarında və fəsad mərkəzlərində işləmək və ondan gələn gəlirin hökmü barədə suala cavabında buyurmuşlar: Donuz əti konserva fabrikində və gecə klublarında və fəsad mərkəzlərində və bu kimi Haram işlərdə işləmək cayiz deyildir. (İcazə verilmir) və onlardan gələn gəlir haramdır və insan o işlərin qarşılığında aldığı maaşın maliki hesab edilmir. ...


Qadınlar cümə namazına getməlidirmi?


Qadınlar cümə namazına getməlidirmi? Cümə surəsinin 9-10-cu ayələrində deyilir: “Ey iman gətirənlər! Cümə günü namaza çağıran azan oxunan zaman, Allahı anmağa tələsin, alış-veriş işlərini qoyun bir yana. Bunun sizə xeyrini bilsəydiniz. Elə ki, bitirdiniz namazı, dağılışın yer üzünə. Allahın lütfündən pay diləyin. Allahı çox anın ki, bəlkə uğura uğrayasız”. Göründüyü kimi, xitab kişilərə yox, bütün möminlərədir. Qadınların bu namazda iştirakını çətinləşdirən üzrlü səbəblər ola bilər. Amma qadınların cümə namazına getməməsini prinsip halına gətirmək yanlışdır.


Fitr bayramının əməlləri nələrdir?


Fitr bayramının əməlləri nələrdir? Fitr bayramı İslam bayramlarının ən böyük günlərindən biri kimi qəbul olunur. Dəyərli günlərdə bəzi əməllərin edilməsinə din təlimlərində təkid olunur. O cümlərdən fitr bayramının bir sıra əməlləri vardır. Ibarətdirlər: 1-Bayram qüslü etmək, 2-Təzə paltar geyinmək, 3-ətir vurmaq, 4-İmam Huseynin (ə) ziyarət duasını oxumaq. 5-Namazdan öncə iftar niyyəti ilə süfrə açıq bayram keçirmək, 6-Fitrə zəkatını çıxmaq, namaz qılan öncə, namazı qılmayan zöhr azanına qədər. 7-Fitr bayramının çox fəzilət və savabı olan namazını qılmaq,


Fitr bayramı namazının qəzası varmı?


Fitr bayramı namazının qəzası varmı? Fitr bayramı namazını qılmayan şəxsin öhdəsinə vacib namazlar kimi fitr namazı qəza gəlmir.


Fitrə zəkatının kənara qoyulmasının vaxtı nə zamandır?


Fitrə zəkatının kənara qoyulmasının vaxtı nə zamandır? Fitr bayramının yəqin bilinməsindən sonra müsəlman şəxs fitrəsini kənara qoymalıdır. Əgər Fitr bayramının namazını qılırsa, ehtiyat vacibə görə gərək namazdan öncə fitrəsini haqlı və ehtiyacı olan şəxsə çatdırsın, (Yəni fitrə verdiyimiz şəxs gərək müsəlman, aşkarda günaha xərcləməyən, və ... çirkin rəftarlardan uzaq şəxs və ya ailə olmuş olsun) ya kənara qoyub fitrə pulu olaraq təyin etsin, əgər fitr bayramı namazıını qılmırsa, gunorta namazı vaxtına qədər fitrəsini verməyə icazəlidir.
(Diqqət olunası məsələ: Əgər bir şəxs fitrəni almağa mane olan xüsusiyyətələrə malik şəxsdirsə, ailəsinə vermək olar. Əgər ailəsinə pul verilsə və yəqin oluna ki, ev sahibi olan kişi fitrəni alıb haram yolda xərcləyər, onda fitrə pulu əvəzinə şəri yeyimləri alıb vermək olar)


Kişinin qadın və övladlarının fitrə zəkatını verməməsi ailəsinə şəri öhdəlik gətirirmi?


Kişinin qadın və övladlarının fitrə zəkatını verməməsi ailəsinə şəri öhdəlik gətirirmi? Bir ailə başçısı olan kişi əgər qadın və övladlarının fitrə zəkatını orucluq bayramında verməsə, ev xanımının və maddi qüdrəti olmayan uşaqların öhdəsinə heç bir şəri öhdəlik gəlmir. * əgər çörək yeyimindən qadın və uşaq atadan asılılığı olmasa və özlərinin müstəqil gəlişi varsa onda özlərinin verməsi ehtiyata görə yaxşı olar.


Həyat yoldaşından itaət etməyən xanımın fitrəsi kimin öhdəsinədir?


Həyat yoldaşından itaət etməyən xanımın fitrəsi kimin öhdəsinədir? Bir qadın ki, ərinin sözünə baxmaya və itaətsizliyini edə, o qadının firə zəkatı kişinin öhdəsindən silinmir. Təkcə halda qadının fitrəsi kişidən səlb olur ki, qadın başqasının çörəkyeyəni hesab oluna. misal üçün, qadın həyat yoldaşı ilə küslu ola, və atasının çörəkyeyəni hesab oluna onda kişinin öhdəsinə heç bir şey gəlmir. Əgər qadın yoldaşından uzaqlaşa, amma kişiyə aid olan bir yerdə pənah almış ola onda qadının fitrə zəkatı kişinin öhdəsinədir.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter