Hansı halda sükut etmək qadağandır?


İslamda bidət yaransa hər bir şəxsə, xüsusi ilə din alimlərinə vacibdir ki, haqqı deyib, batili inkar etsinlər. Din alimlərinin sükutu elm və İslam alimlərinə sui-zənnə səbəb olarsa, istənilən bir şəkildə haqqı bəyan etmək vacibdir. Bunun təsirsiz qalacağı bilinsə də, addım atılmalıdır.

Düzgün ehtimal edilsə ki, sükut pis işin yaxşı, yaxşı işin pis iş kimi tanınması ilə nəticələnəcək, hamıya, xüsusi ilə İslam alimlərinə haqqı demək vacibdir və sükut yolverilməzdir.

Əgər İslam alimlərinin və başqalarının sükutu zalımı gücləndirərsə və ya ona cəsarət verərsə, haqqı deyib batili inkar etmək vacibdir. Bunun təsiri ötəri olsa da addım atılmalıdır.

(Ayətullah Məkarim Şirazinin risaləsi, məsələ 2415, 2416 və 2417).

1) Әgәr İslаm dinindә bidәtlәr bаş vеrәrsә, hаmıyа, хüsusilә İslаm аlimlәrinә hаqqı izhаr, bаtili inkаr еtmәk vаcibdir. Әgәr аlimlәrin sükut еtmәlәri еlmin mәqаmınа hörmәtsizliyә, İslаm аlimlәrinә qаrşı sui-zәnnә sәbәb оlаrsа, mümkün оlаn hәr vаsitә ilә hаqqı izhаr еtmәk–hәttа tәsir еtmәcәyini bilsә dә, vаcibdir.

2) Әgәr sükut еdilmәsinin münkәrin mәruf vә yа mәrufun münkәr оlmаsınа sәbәb оlаcаğınа sәhih еhtimаl vеrsәlәr, hаmıyа хüsusilә İslаm аlimlәrinә hаqqı izhаr vә оnun аşkаr еdilmәsi vаcibdir, sükut еtmәlәri isә cаiz dеyil.

3) Әgәr İslаm аlimlәrinin sükut еtmәsi zаlımın güclәnmәsinә, tәsbit оlunmаsınа, sаir hаrаm işlәrә cürәtlәnmәsinә sәbәb оlаrsа, hаqqı izhаr, bаtili inkаr еtmәk–hәttа hаl-hаzırdа tәsiri оlmаsа dа vаcibdir.

(Mərhum Ayətullah Fazil Lənkəraninin risaləsi, məsələ 2868, 2869, 2870)
http://ceferiler.com


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter