Yediyini qaytarmaq ramazan ayının orucunu pozurmu?


Hawzahnews.com agentliyi bu barədə Şeyx Ayətullah Muhəmməd İshaq Fəyyazın dəftərxanasına sual ünvanlayıb.
Sualda deyilir: Oruc tutan bir şəxs əgər ramazan ayının gündüzündə qaytararsa (qusarsa) orucu batil olurmu (pozulurmu)?
Cavab: Bilərəkdən (qəsdən) qusmaq orucu batil edər. Hətta müalicə məqsədi ilə olsa belə. Lakin qusmaq qeyri ixtiyari olarsa oruca heç bir zərər gəlməz.


Namazdan sonra əl vermək yaxşıdırmı?


Hədisdə oxuyuruq: “O zaman ki, iki mömin bir-birinə əl verər, payız fəslində ağacdan yarpaqların tökülməsi kimi günahları tökülər”. (Həvzəh)
Merac əhvalatında da oxuyuruq ki, Həzrət Peyğəmbər (s) meracda olan zaman namaz qılır və başqaları ona iqtida edirlər və Həzrət İbrahim (ə) sağ tərəfində dayanıb namaz qılırdı. Namaz bitəndən sonra Peyğəmbərə (s) əl verir (salamlaşır)”.


Orucluqda Təhsil yeri, birinci səfər haqda bir neçə suala cavab...


- Sual: Təhsil yeri vətən hökmündə ola bilərmi?
Cavab: Bütün müctəhidlərin rə`yi (Sistani, Məkarim və Vəhiddən başqa): Təhsil yeri vətən hökmündə deyil. Sistani: Bir il, ya daha uzun müddət həftədə iki gün tam qalarsa, ora vətən hökmündədir. Məkarim: Bir il, ya da daha uzun müddət həftədə üç gün tam qalarsa, vətən hökmündə sayılır.
Vəhid: Bir il və ya daha uzun müddət həftədə dörd gün tam qalarsa, ora vətən hökmündədir. (Vəhidin katibliyi)
-Sual: Səfərə çıxan tələbələrin birinci səfərdə namaz və oruclarının hökmü nədir? Cavab: İmam Xomeyni və Xamenei: Bütün səfərlərdə qəsrdir. Sistani: Birinci ayda ehtiyat etməlidir. Yə`ni namazı tam və qəsr qılsın. Nuri və Safi: Namaz qəsr qılınmalıdır və oruc tutmaq düzgün deyil.


Xanımlara aid orucun bir neçə şəri hökmlərinə cavablar


-Sual: Süd verən qadının vəzifəsi nədir? Cavab: İmam Xomeyni, Xamenei və Nuri: Oruc tutmaq süd azlığına və uşağın narahatlığına səbəb olarsa və ya ana üçün zərərli olarsa, ana üçün oruc vacib deyil və birinci halda gərək hər gün üçün yoxsula bir müdd təam versin. İkinci fərziyyədə (anaya zərərli olduqda) bu iş vacib ehtiyatdır, hər halda gərək orucları qəza etsin...
Sual: Ramazan ayında sübh azanından qabaq heyzdən pak olan qadının hökmü nədir? Cavab: Bütün müctəhidlərin rə`yi: Əgər qüsl vermək üçün vaxt varsa qüsl etməlidir, əgər vaxt geniş olmazsa, gərək təyəmmüm etsin və orucu düzdür. Qəsdən qüsl və ya təyəmmüm etməzsə, orucu batildir və gərək kəffarə ödəsin...


Fitrə kimə verilməlidir haqda gündəmdə olan suallara cavablar


-Sual: Yaşayış xərcini ata-anası tə`min edən şəxsə fitrə zəkatı vermək olarmı? Cavab: İmam Xomeyni: Ehtiyaclı olarsa, başqaları ona zəkat verə bilər.
(İmamdan başqa) Bütün müctəhidlərin rə`yi: Ehtiyaclı olarsa, ata-anası onun xərcini ödəməzsə, başqaları ona zəkat verə bilərlər.
-Sual: İnsan öz ata-anasına (onlar müstəhəqq olduqda) fitrə zəkatı verə bilərmi?
Cavab: Bütün müctəhidlərin rə`yi: Ata-ana yoxsul olarlarsa, övladlar onların vacib xərclərini ödəməlidir və onlara fitrə zəkatı vermək olmaz.
-Sual: Dindar olmayan yoxsul ailəyə fitrə zəkatı vermək olarmı?
Cavab: (Behcətdən başqa) Bütün müctəhidlərin rə`yi: Fitrə zəkatını alan şəxsin ədalətli olması zəruri deyil. Amma açıq-aşkar kəbirə (böyük) günahlara yol verən şəxsə fitrə zəkatı verilməməlidir.


Namaz qılan insanın sosial şəbəkələrə girməsi nə dərəcədə doğrudur?


Sosial şəbəkələrə daxil olmaq, bu şəbəkələrdə fəaliyyət göstərmək öz-özlüyündə haram deyil. İstər müsəlmanların bir-biri ilə ünsiyyət qurması, istər informasiya ötürmək və bilik qazanmaq, istərsə də halal maddı gəlir əldə etmək üçün bunun xeyri var. Amma əgər bu fəaliyyət İslam qanunlarını pozmaqla nəticələnərsə, haramdır.
Ümumiyyətlə, İslam baxımından virtual aləmin qanunları da real həyatdakı kimidir. Məsələn, əgər sosial şəbəkələrdə naməhrəm insanlar müsəlman əxlaqına zidd olan ünsiyyət qurarlarsa, haram şəbəkələr və oyunlar vasitəsilə qazanc əldə edərlərsə, qeybət, söyüş, təhqir kimi xoşagəlməz hərəkətlərə yol verərlərsə, bu cür fəaliyyət günah sayılır və haramdır.


Oruc tutan şəxsin başını yuması və ya suya batırmasının haqda hansı 8 sual ortaya çıxır?


Qeyd edək ki, ramazan ayında boğaza su getməmək şərti ilə başin yuyulmasının, yaxud oruc tutan insanın suyun altında dayanıb yuyunmasının heç bir maneəsi yoxdur.
Lakin başı suya batırmaq isə tam fərqli bir şeydir və bunun da öz məsələsi vardır:
1-Oruc olan şəxs əgər bilərəkdən başını suya batırsa ehtiyat vacibə görə orucu batildir.
2. Başın suya batmasında fərq yoxdur tək başını batırsın, yaxud bütöv bədənlə birgə batırsın.
3. Başın tam batması şərtdir. Əgər başının bir hissəsini batırıb-cıxara, sonra digər hissəsin batıra orucu batil olmaz.
4. Əgər başını suya tam batıra, lakin saçından bir hissə çöldə qala orucu batildir.
5. Əgər başının suya tam batıb-batmamasında şəkk etsə, orucu səhihdir (pozulmur)...


Ramazan orucunu imtahanlar səbəbi ilə pozmaq olarmı?


Bu barədə Ayətullah Seyyid Əli Xameneinin dəftərxənasına sual ünvanlayıb: Bu ramazan ayı imtahanlar vaxtına dəsadüf edir. İmtahanlar şagirdlər üçün həyat əhəmiyyətli, tale yüklü bir məsələ olduğu üçün onlar bu imtahanlarda nə etməlidirlər? Oruclarının hökmü nədir?
Cavab: Tələbənin imtihanla həddən artıq məşğul olması orucu tərk etməyə əsas verməz. Bilərəkdən orucu iftar etmək qəzaya və kəffarəyə səbəb olar. Lakin bu da mümkündür ki, gün çıxandan gün batana qədər vaxt ərzində şərii məsafəni qət edib orucunu açsın. Sonra geri dönub işinə davam etsin. -Yəni səfər edib hədd-tərəxxüsü keçsin və orucunu açıb geri qayıtsın. Hədd-tərəxxüs gedib-qayıtması 5 fərsəx-(təqribə 45 km) -dən az olmamalıdır.


Oruc halında ağızı təmizləmək və dişləri yumaq olarmı?


Cavab: Bu işə icazə vardır. Bununla oruc batil olmur(pozulmur). Lakin ağzi bir şeylə təmizləyərkən həmin ağızda islanmış şeyi (misvakı) yenidən ağıza qaytarmaq bəyənilmir (məkruhdur). Əgər dişi təmizləmək üçün olan vasitə öz-özlüyündə quru olarsa bunun kərahəti yoxdur. Hərçənd ağıza daxil olması ilə islansa belə.
Qeyd edək ki, oruc halında ağzı yumaq, dişləri təmizləməyin maneəsi yoxdur. İnsan ağzını su ilə məz-məzə (yıxalamaq) edə bilər. Lakin yaxşı olarki suyu ağzında çox saxlamasın. İmkan qədər gündüzlər bu işlərdən çəkinsin.


Sinə və burun suyunu udmaq orucu pozurmu?


Ayətullah Seyyid Əli Xameneinin dəftərxanasına bu barədə sual ünvanlayıb:
-Sinədən gələn bəlğəmin və ya burundan gələn suyun udulmasının hökmü nədir? Orucu pozurmu?
-Cavab: -Ağız boşluğuna yığılmayan sinə və baş suyunun udulmasının müşkülü (problemi) yoxdur. Yox, əgər ağız boşluğuna yığılarsa və bilərəkdən udularsa oruc batil olar (pozular).


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter