Qurban bayramının əməllərini yazın?


Qurban bayramının əməlləri
Müstəhəb qüsl almaq, bayram namazını qılmaq, bayram namazından sonra qurbanlıq ətlə qidalanmaq – Qurban bayramı günündə çox bəyənilmişdir.
Bundan əlavə, bu gündə İmam Səccadın (ə) Qurban bayramına aid olan dualarını oxumaq, “Nüdbə” duasını oxumaq tövsiyə edilir.
Həcdə olmayanlar üçün də Qurban bayramı günündə qurban kəsmək - bəyənilmiş əməllərdəndir.
Namazdan sonra bu təsbihləri təkrar etmək bəyənilir: “Əllahu əkbəru Əllahu əkbər, lə ilahə illəllahu vəllahu əkbər. Əllahu əkbəru və lillahil-həmd. Əllahu əkbəru əla mə hədanə, Əllahu əkbəru əla mə rəzəqənə min bəhimətil-ən’am, vəl həmdu lillahi əla mə əblanə”.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter