Sual: Ağıl və şəriət qəbul edirmi ki, insan bilərəkdən özünü və ailəsini təhlükəyə atsın?


Sual: Ağıl və şəriət qəbul edirmi ki, insan bilərəkdən özünü və ailəsini təhlükəyə atsın? Cavab: Özünü təhlükəyə atmaq şəraitdən asılı olaraq bəzən haram, bəzən isə vacibdir. Əgər İslam dininin varlığı təhlükədədirsə və insan öz canından keçməklə bu işin qarşısını ala bilərsə, meydana atılmaq vacibdir. Kimə icazə verilir ki, canını qurtarmaq üçün İslamın məhvinə \"hə\" desin. Məmləkəti düşməndən qorumaq üçün ordunun bir hissəsi şəhid olmalıdırsa, can barədə düşünmək olmaz.
Bəli, İslamda canı təhlükədən qorumaq barədə göstəriş var. Amma bəzən bir insanın ölümü bir xalqa həyat verir. Demək, can o vaxt qorunmalıdır ki, həyat ölümdən faydalı olsun... İmam Hüseyn (ə) hamıdan elmli və məsum olduğu üçün səhvə yol verə bilməzdi. Digər bir tərəfdən, İmamı şəhadətə yetirmək qərarında olan Bəni-üməyyə var idi. İmam Hüseynin (ə) qarşısında dinini və imanını qorumaq üçün şəhadətdən başqa yol qalmamışdı./sibtayn.


Sual \"Höccətin tamamlanması\" (\"itmamü höccət) nə deməkdir?


Sual "Höccətin tamamlanması" ("itmamü höccət) nə deməkdir? Cavab: Höccətin tamamlanması dedikdə hər hansı bir həqiqətin yetərli şəkildə sübuta yetirilməsi, bəhanəyə yer qoyulmaması nəzərdə tutulur. Aşura qiyamında İmam Hüseyn (ə) xalqı oyatmaq üçün müxtəlif təbliğat üsullarından istifadə edirdi. Bu təbliğat üsulları həm qiyama əbədilik verib, onu yanlış düşüncələrdən qoruyur, həm də mücahid müsəlmanları ruhlandırıb, Kufə qoşununu tərəddüdə salırdı. Höccətin tamamlanması İmamın təbliğat üsullarından biri idi. İmam bu üsul vasitəsi ilə ağı ağ, qaranı qara yerində oturdur, bütün bəhanələrin qarşısını alırdı. Bu üsulu İmam Hüseyn (ə) Əhli-beyt məktəbindən öyrənmişdi. O, görürdü ki, İslamın təbliğində elm və məntiqin yerini kobudluq və zor tutur. Ona görə də İmam (ə) öz məntiqi dəlilləri ilə həqiqi İslamın ayinlərini xalqa çatdırırdı. İmam Hüseyn (ə) Kərbəladakı müraciətlərindən birində buyurur: \"Məgər mən sizin Peyğəmbərinizin (s) qızının, əmisi oğlu və birinci müsəlman Əlinin oğlu deyiləmmi?! Məgər Həmzə və Cəfər Təyyar mənim əmilərim deyilmi?! Eşitməmisinizmi Peyğəmbər (s) qardaşımla mənim haqqımda belə buyurub: \"Bu iki nəfər behişt cavanlarının ağasıdırlar.\"?!...


Niyə hər il mühərrəmlik mövsumünu qeyd edirik?


Hər il mühərrəm ayı ərəfəsində bu sualın müxtəlif formalarda qoyuluşunun şahidi oluruq. Istər sualın cavabını bilməyən və öyrənməyə çalışan şəxslər, istərsə də mühərrəmlik ənənəsinin üzərinə kölgə salmaq istəyən qüvvələr məsələni gündəmə gətirirlər. Bu mövzuda böyük alimlər tərəfindən hədsiz kitablar, məqalalər yazıldığını və şifahi məlumatlar verlidiyini nəzərə alaraq, aşağıdakı məqalədə mətləbi çox uzatmamaq qərarına gəldik. Sizə yalnız ən zəruri bildiyimiz məqamları və ən tutarlı hesab etdiyimiz sübutları qısa şəkildə təqdim edirik.
-Birincisi, Kərbəla hadisəsi hər şeydən əvvəl misli görünməmiş bəşəri faciədir. Kərbəlaya aparıb-çıxaran hadisələr zənciri, bilavasitə aşura günündə baş verən olaylar və bundan sonra sağ qalan Əhli-beyt üzvlərinin başına gətirilənlər üstündən on üç əsr keçməsinə baxmayaraq, bu gün də öz pisxoloji təsir gücünü itirməyib.
- Ikincisi, Kərbəlada qətlə yetirilənlər Həzrət Mühəmməd Peyğəmbərin (s) ən yaxın qohumları, ciyərparələri idi. Və bu hadisə o həzrətin vəfatından cəmi 50 il sonra baş vermişdi...


Məhəmməd Peyğəmbərə (s) aid edilən portret həqiqətə uyğundurmu?


Məhəmməd Peyğəmbərə (s) aid edilən portret həqiqətə uyğundurmu? Cavab: Təəssüf ki, uzun müddətdir bir gənc oğlan portreti bəzi dindarlar tərəfindən Həzrət Mühəmməd Peyğəmbərin (s) şəkli hesab edilir. Son onilliklərdə bəzi müsəlman ölkələrində bu şəkil məqsədyönlü şəkildə dindarlar arasında təbliğ edilmişdir. İddia olunur ki, həmin portreti Peyğəmbərin (s) yeniyetməlik vaxtı əmisi Əbu Taliblə Şama səfəri zamanı görüşdüyü xristian rahib Bəhira (Büheyra) çəkibmiş. Bu məlumat tamamilə yanlışdır. Əvvəla, həmin portret miladi VII əsrin üslubuna qətiyyən uyğun deyil. O dövrdə bu üslubda portret dünyanın heç bir ölkəsində çəkilmirdi. İkincisi, həmin şəklin müəllifi və tarixi məlumdur. Portretin müəllifləri alman əsilli fotoqraf-rəssamlar Lehnert və Landrockdur. Onlar XX əsrin əvvəllərində bir müddət ərəb ölkələrində yaşamış və ərəb mühitini əks etdirən silsilə fotolar çəkmişlər. Tunisli gəncin simasını əks etdirən bu foto 1905-06-cı illərdə çəkilmişdir.


Bəzi günahkarlara davamlı nemətlərin verilməsi nə deməkdir?


Bəzi günahkarlara davamlı nemətlərin verilməsi nə deməkdir? Allahın insanların həyatı və müqəddəratı ilə bağlı nəzərdə tutduğu və icra etdiyi sünnətlərindən biri də İstidrac sünnətidir.
İslaminSesi – İstidrac lüğətdə hər hansı bir məqsədə, hədəfə və pilləyə tədrici şəkildə çatmağa deyilir. Terminoloji olaraq daha çox Allahın günahkar və naşükür bəndələrini tədrici şəkildə özündən uzaqlaşdırmaq və onları sonda məhvə aparması sünnətidir.
İmam Hüseyn buyurub: “Allahın bəndəsinə etdiyi istidrac budur ki ona ard-arda nemətlər versin və şükr etmək qabiliyyətini ondan alsın”.
Hz Əli buyurur: “Əgər görsən ki günah edə-edə Allah sənə davamlı nemət verir, bil ki, bu istidracdır”
İm. Əli buyurub: “Allahın sünnəti budur ki dünya zalımlarını sındırmadan öncə onlara möhlətlər və çoxlu rifah versin. Digər tərəfdən də O, ümmətlərin sınıq sümüklərini imtahanlarla və çətinliklərlə sağaldır”
“Ayələrimizi yalan hesab edənləri haradan olduğunu özləri də bilmədən tədriclə məhvə yaxınlaşdıracağıq! (dərəcə-dərəcə aşağı endirəcəyik)” Əraf/182 ...


İstixarə mahiyyət baxımdan fal açmaqla eyni deyilmi?


İstixarə mahiyyət baxımdan fal açmaqla eyni deyilmi? İstixarə ilə fal fərqli məfhumlardır. Əvvəla, fal açmaq dinimizdə günah sayılır və bu işlə məşğul olmaq haramdır. İstixarə barədə isə dini mənbələrimizdə mötəbər rəvayətlər mövcuddur, böyük alimlərimiz istixarə etmiş və bu barədə öz kitablarında tövsiyələr vermişlər. İkincisi, istixarə ilə falın mahiyyəti fərqlidir.
Fal açan şəxs heç bir mənası olmayan, bəzən isə şəriətdə qadağan edilən üsullardan istifadə edir. Məsələn, kart, kofe, ovuc falı və s. Amma istixarə zamanı ya Allahın kitabına müraciət edilir, ya da Allahın adların zikr edilən təsbehdən istifadə olunur.
Fal açan şəxs gələcək barədə biliyi müəyyən yollarla əldə etdiyini iddia edir. İstixarə zamanı isə insan yalnız hər hansı əməli edib-etməmək barədə Allahdan məsləhət alır, hə-yox cavabı gözləyir, gələcəkdə baş verəcək hadisənin detalları haqqında informasiya tələb etmir, çünki bunun mümkün olmadığını qəbul edir.


“Və əccil fərəcəhum” cümləsini şiələrmi salavata artırmışlar?


“Və əccil fərəcəhum” cümləsini şiələrmi salavata artırmışlar? Bəzən soruşurlar ki, Muhəmməd və Ali- Muhəmmədə göndərilən salavatdan sonra deyilən \"Və əccil fərəcəhum\" (\'وَ عَجِّلْ فَرَجَهُمْ\') ifadəsi hədislərdə gəlmişdirmi, dinin mətinlərdə qeyd edilmişdirmi? Ya İmam Zaman (ə.c) aşiqləri tərəfindən artırılmışdır və şiələr özlərindən bu qeydi salavata əlavə etmişlər?
Bu sualın cavabı olaraq İmam Sadiqdən (ə) rəvayət edilən aşağıdakı hədisə diqqət yetirək:
\"مَنْ قالَ بَعدَ صَلوةِ الْفَجْرِ و بَعدَ صَلوةِ الظُّهرِ اَللَّهُمَّ صَلِّ عَلی مُحَمَّد و اَلِ مُحَمَّد و عَجِّل فَرَجَهُمْ لَمْ یَمُتْ حَتّی یُدْرِکَ الْقَائِمَ مِن اَلِ مُحَمَّد صلی الله علیه و آله و سلم\"
\"Hər kim sübh və günorta (zöhr) namzından sonar desə \"Allahummə səlli əla Muhəmmədin və Ali- Muhəmməd və əccil fərəcəhum\" Ali- Məhəmmədin(s) Qaimini (Qiyamçısını) görmədən bu dünyadan getməyəcəkdir!\"/Mənbə: \"Səfintül- bihar\", Şeyx Abbas Qumi, c. 2, s. 49


“Niyə Quran möcüzədir?” sualına ayətullah Behcətin cavabı


“Niyə Quran möcüzədir?” sualına ayətullah Behcətin cavabı İslam dininin möcüzəsi Qurandır. Bunu necə izah etmək olar?. Tanınmış arfi mərhum Ayətullah Behcət isə Quranın möcüzə olmasını belə izah edir:
“Quran əbədi möcüzədir. Bu barədə müxtəlif terminlər var. Quranın möcüzə olması haqda deyilən ən mühüm baxış budur ki Quranla mübarizə aparmaq istəyənlər o işdən yayındırılırlar. Yəni Allah Quran kimi bir kitabı gətirmək istəyənləri o işdən yayındırır.
Amma mən özüm bu ehtimalı daha çox üstün bilirəm ki Quranın möcüzə olması belə izah olunmalıdır. O da Quranın cəzzabiyyətidir(onu oxuyanı özünə cəzb etməsi). Qurran cəzb edəndir. Cəzzabiyyət bir mövzudur ki, danışığa aid olan məsələdir. Bu bir surədə olur? Yoxsa 10 surədə, Yoxsa iki?. Cəzzabiyyət adi insanların sözlərində də var, amma dərəcəsi çox aşağıdır. Bütün danışıqların cəzzabiyyəti eyni deyildir”.(İslaminSesi)


Mən nə üçün oruc tutmalıyam? 7 səbəb


Mən nə üçün oruc tutmalıyam? 7 səbəb Oruc tutmaqla 7 ehtiyacımı təmin edirəm:
1 - Çünki bu – mənim Yaradanımın mənə yönəli buyuruşudur. O, məni mənim özümdən yaxşı tanıyır və mənim yalnız xeyrimi istəyir.
2 - Çünki bu, məni daha sağlam edir. Oruc mənim orqanizmimin yenilənməsinə səbəb olur və həyat resurslarını səfərbər edir.
3 - Çünki, oruc mənim orqanizmimi təravətləndirir. Gün ərzində bədəninim həzm prosesindən tam dincəlməsi orqanizmin fizioloji matrisasına xidmət edir.
4 - Çünki, oruc mənim iradəmi möhkəmləndirir. Mən, heç kəsin görmədiyi və bilmədiyi bir şəraitdə belə, digər vaxtlarda mənə halal olan nemətlərdən imtina edirəm.
5 - Çünki, oruc məni daha mərhəmətli olmağa sövq edir. Mən imkansızı duymağa başlayıram – o kəslərin ki, yemək istəyirlər, amma yeməyə imkanları yoxdur...


Namazı başqa dildə qılmaq olarmı?


Namazı başqa dildə qılmaq olarmı? Cavab: Bir sözlə, bütün dünya müsəlmanlarının vahid bir dildə ibadət etməsi birlik nişanəsidir. Мütəxəssislərin fikrincə, ərəb dili dünyanın ən geniş və imkanlı dillərindəndir. Bütün müsəlmanlar ərəb dilindən beynəlmiləl bir dil kimi istifadə etməklə islami birliyi təmin edə bilərlər.
Bundan əlavə, namazın vahid bir dildə qılınmması onu təhriflərdən, xürafatdan qoruyur. Məlum məsələdir ki, müxtəlif səviyyəli tərcümələr ilkin mətni dəqiq şəkildə ifadə edə bilmir. Naмazın ərəb dilində qılınмası ilə onun ruhu qorunur. Ona görə də hər bir müsəlman imkan daxilində ərəb dilini öyrənməlidir. İstənilən bir millətin nümayəndəsi namazın bir səhifəlik tərcüməsini qısa bir zaanda öyrənə bilər.
Bir sözlə, İslamın bütün etiqadi və əməli məsələlərinin əsasını tövhid təşkil edir. Namaz vahid qibləyə doğru, müəyyən vaxtda, vahid bir dildə qılınır. Bütün bunlar vəhdət nişanəsidir.
Əgər həcc mərasimi zamanı Мəkkədə olsaq, ayrı-ayrı millətlərin bir cərgədə duraraq eyni bir dildə \"Əllahu Əkbər” sədasını eşitsək, bu vəhdətin əzəmətini duyarıq. Əgər həmin mərasimdə eyni bir cümləni hərə öz dilində deyərdisə, uyğun əzəmətdən əsər-əlamət qalmazdı. \"...


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter