Qadının mirası niyə kişilərinkinin yarısı qədərdir? Möhsin Qiraətinin izahı


Bir günlük işə götürülmüş fəhlənin maaşı daimi işçi olan fəhlənin maaşından çoxdur. Bu ona görə deyildir ki, fəhlənin şəxsiyyəti işçininkindən çoxdur. Bəlkə ona görədir ki, işçi üçün pensiya, məzuniyyət, müdiriyyət haqqı və başqa haqlar nəzərdə tutulmuşdur. Əgər bütün bunlar hesablansalar, onun maaşı fəhləninkindən çox olar.

İslam qadının mirasını kişininkinin yarısı qədər qərarlaşdırmışdır. Onun yerinə gündəlik xərcləri onun çiynindən götürmüşdür. Yemək, geyinmək, qalmaq və müalicə - kişi tərəfindən təmin edilər.

Qadın öz miras payını özü üçün saxlayar. Bütün xərclərini ərindən alar. Bundan başqa ondan mehriyyə də alar. Əgər mehriyyəni və gündəlik xərcləri bir yerdə hesablasaq, qadının payı çox olar. /Deyerler.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter