İslamın baxışında şans və təsadüf deyilən bir şey vardırmı?!


Şans dedikdə mənanı izah edərək deyirik: Bir zaman bəzi xoş bə acı gözlənilməz hadisələr baş verir ki, biz onların olmasını gözləmirdik! Bu zaman müsəlman şəxs Qərb düşüncəsinə aldanaraq deyir: Xoş şans və ya bəd şans adam!

Bəli belə bir şeylər ola bilər! Amma o demək deyil ki, hadisələr hesabsız baş vermişdir.

Amma bəzən şansı heç bir hadisəyə bağlı olmadan həyatda baş verir belə bir şeyin həyata keçməsi mümkün deyil.

Necə ki, insanın günahları bəzi bəlaların nazil olmasına səbəb olur və bəşər etdiklərini unudaraq deyir şansım bu idi!!

Əql, elm və təcrübə sübut etmişdir ki, Bu aləmdə baş verənlərin hamısı hesab üzrə həyata keçir, və öz ölçüsü qədərində insan həyatında baş verməkdədir.

Necə ki, Qurani Kərim bu haqda buyurur:

\"Bizlər idik ki, hər bir şeyi öz həddində yaratmışıq.\" Qəmər surəsi ayə-49,

\"O Allah ki, yaratdı və uyğunlaşdırdı.\" Əla surəsi, 2 və 3 ayələr,

Şans və təsadüfün mənasını aydınlaşdırmaq üçün bir misal: Maşın sürücüsü deyir: Birdən təsadüf etdim şansım gətirmədi. Bəli gözlənilməz hadisə idi. Amma təsadüf edən şəxs unutmuşdur ki, sürücülükdə bəzi hesabatları unutmuşdur ki, xoşagəlməz hadisələr onun başın gəldi. Bütün maşın, təyyarə və gəmi get-gəlişlərin hamısı saniyə ilə ölçülməkdədir ki, hadisələrin qarşısı alına bilir. Əks halda çoxlu şansızlıqlar baş verməlidir.

İslamın düşüncəsinə görə şans və təsadüf deyilən bir şey yoxdur ki, əsası bir şeyə söykənməsin.

Bəzi təkəbbürlü və bacarıqsız insanlar idmanlarda məğlubiyyətlərini qəbul etmək əvəzinə deyirlər ki, sansımız gətirmədi ki, belə nəticə ilə üzləşdik. Bir halda ki, öz zəif yerlərinə və qarşı tərəfin güclü cəhətlərini nəzərdə geçirməklə aydınlaşar ki, məğlubiyyətinə səbəbləri nələr imiş!

Nəticə: Çün yaradılış və aləm özü hesab kitab üzrə qurulmuşdur, onun içində baş verənlər də bəzi hesablara söykənməkdədir. Bunun adını təsadüf və şansızlıq qoymaq məntiqsiz bir ölçü olar.-sualcavab.ge


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter