Xeyir iş görən qeyri-müsəlmanların aqibəti necə olacaq?!


“Biz ldünya həyatını və onun zinət və bəzəyini istəyənlərin əməllərinin dünyada kamil surətdə onlara verərik və dünyada onlardan əsla bir şey kəsilməz”. (“Hud” 15).
“Onlar o kəslərdir ki, axirətdə onlar üçün oddan başqa bir şey yoxdur. Onların yerinə yetirdikləri orada puç və təsirsiz olacaqdır və etdikləri əməllər boşa çıxacaqdır”. (Hud- 16).
Bu iki ayədən belə nəticəyə gəlmək olur ki, insanın əməli niyyət və etiqadından asılıdır. Əgər kiminsə Allaha, Peyğəmbərə (s), məada imanı olmazsa, xeyir işi dünya üçün görər. Yəni, xeyir iş görməkdəki niyyəti – dünya mənfəəti olar. Ona görə də axirətdə də nəsibi dünya olar.
Ancaq əgər insan Allah razılığını qazanmaq üçün yaxşı əməl yerinə yetirərsə, həm dünyada və həm də axirətdə savaba çatar. O kəs ki, xeyir işi ancaq Allah üçün görərsə, elə dünyada olan zaman artıq onun səmərəsinə çatar.


Əgər Allah hər yerdədirsə, bəs namaz və ... əməllərdə qibləyə nə ehtiyac vardır?


Dinimizin nəzərinə görə, qiblə olaraq təyin edilən məkan – Kəbə evi – ən müqəddəs məkandır ki, tövhidin ən qədim mərkəzi hesab olunur. Belə sual yaranır ki, əgər Allah hər yerdədirsə, bəs qibləyə nə ehtiyac vardır? Qurani-Kərim buyurur: “Şərq və qərb (Yer kürəsi, eləcə də şərq və qərbi olan bütün planetlər) Allaha məxsusdur. Odur ki,(bütün dua və ibadətlərdə) hansı tərəfə üz tutsanız Allahın üzü (səmti) oradır. Şübhəsiz Allah (vücud, qüdrət və rəhmət baxımından) geniş və biləndir”. (“Bəqərə”, 115).
İbni Abbas yazır: “Bu ayə qiblənin dəyişməsinə aid olan ayədir. O zaman ki, müsəlmanların qibləsi Beytul-müqəddəsdən Kəbəyə tərəf dəyişir, müsəlmanlara irad tuturdular ki, məgər qibləni dəyişdirmək olarmı? Bu ayə nazil olur və onlara cavab verir ki, dünyanın şərqi də, qəbri də Allaha məxsusdur”.
Hədislərimiz buyurur ki, bu ayə müstəhəb əməllərə aiddir. Nə zaman insan ata minər, hansı tərəfə gedərək namaz qılarsa – həmin namaz doğru namaz olar.


Xeyir iş görən qeyri-müsəlmanların aqibəti necə olacaq?


“Onlar o kəslərdir ki, axirətdə onlar üçün oddan başqa bir şey (pay) yoxdur. Onların yerinə yetirdikləri orada puç və təsirsiz olacaqdır və etdikləri əməllər (iman şərtinin və çox vaxt da Allaha yaxınlaşmaq qəsdinin olmaması üzündən, kökündən)boşa çıxacaqdır”. (“Hud” 16).
Bu iki ayədən belə nəticəyə gəlmək olur ki, insanın əməli niyyət və etiqadından asılıdır. Əgər kiminsə Allaha, Peyğəmbərə (s), məada imanı olmazsa, xeyir işi dünya üçün görər. Yəni, xeyir iş görməkdəki niyyəti – dünya mənfəəti olar. Ona görə də axirətdə də nəsibi dünya olar.
Ancaq əgər insan Allah razılığını qazanmaq üçün yaxşı əməl yerinə yetirərsə, həm dünyada və həm də axirətdə savaba çatar. O kəs ki, xeyir işi ancaq Allah üçün görərsə, elə dünyada olan zaman artıq onun səmərəsinə çatar. Ayətullah Cavadi Amuli buyurur ki, Qiyamət elə aləmdir ki, orada hər şeyin həqiqəti üzə çıxar. (Həvzəh)


Qiyamət günü İslam dinində olmayan insanların aqibəti necə olacaq?


Qiyamət günü İslam dinində olmayan insanlar üç dəstəyə bölünəcəklər:
1. İslam və Əhli-Beyt (ə) məktəbi ilə tanışdırlar, ancaq inad üzündən onu qəbul etmirlər. Bu insanlar, Quranın buyurduğuna görə, cəhənnəm əhlidirlər.
2. İslam dini və Əhli-Beyt (ə) məktəbi ilə tanış deyildirlər, ancaq öz cahil olmaqlarında təqsirkardırlar.Yəni, bu həqiqəti axtarmaq inkanları olduğu halda, səhlənkarlıq edərək onu öyrənməmişdilər. Onlar Qiyamət günü bu təqsirlərinə görə müvafiq cəza alacaqlar.
3. İslam dini ilə tanış deyildirlər. Öz cəhalətlərində də təqsirləri yoxdur. Yəni, belə bir dinin olması qulaqlarına çatmamışdır. Məsələn, bu insanların qulağına Məsih (ə) dini çatdığı üçün, ona əməl edərlər. Onları kafir adlandırmaq olmaz və onlar cəhənnəm əhli deyildirlər. Allah onları əfv edəcək və bağışlayacaqdır. Əməllərini, həqiqət ardınca olanların yaxşı əməlləri ilə ölçəcəkdir...


İlahi əzab nazil olan zaman günahsızların halı necə olur?


Allah Təala buyurur: “Kim doğru yola gəlsə, ancaq öz xeyrinə doğru yola gəlib və kim yolunu azsa, öz ziyanına azmışdır. Heç bir günahkar başqasının günahını daşıyan deyildir. Biz (dünyada heç bir millətə, onları oyatmaq üçün) bir peyğəmbər göndərməyincə (köklərini kəsəcək) əzab verməmişik”. (“İsra” 15).
Bəzən mötəbər olmayan hədislərdə belə xəbərlərə rast gəlirik ki, əzab nazil olan zaman günahkara və günahsıza baxmaz. Guya hamısını məhv edər. Bu cür hədislərə diqqət etmək lazım deyildir. Belə hədislərin birində oxuyuruq ki, kafirin övladı atası kimi alovda yanacaqdır. Bu əqidə qətiyyən – İslami əqidə deyildir. Çünki heç bir günahsız bəndə Allah tərəfindən cəzalanmaz, baxmayaraq ki, valideynləri kafir olsa belə.


Niyə peyğəmbərlərin (ə) hamısı Şərqdə zühur etmişdir?


Şərq – peyğəmbərlərin (ə) ən çox zühur etdikləri məkanlar olmuşdur. Bəs bunun səbəbi nədir? O zaman ki, söhbət İlahi risalətdən gedir, insanların istedadlarına və yaşadıqları diyarlara çox diqqət olunur. Təbii ki, Allahın bu işə mütləq agahlığı vardır. Fələstin, Məkkə və Mədinə kimi şəhərlər Allahın dəvətini qəbul etmək istedadına malik olan insanlara malik olmuşdur. Ona görə də Şərq, insan mədəniyyətinin formalaşdığı bir beşikdir. Vəhşi və ya yarıvəhşi olan qəbilələrin bu dəvəti qəbul etmək istedadları yox idi. Əgər hətta qəbul etsələr belə, onu yaymaq qabiliyyətinə malik deyildirlər. Bəzən belə sual meydana gəlir ki, niyə İslam dini geridə qalmış bir mədəniyyətdə zühur etmişdir? Ancaq əgər coğrafiyaya diqqətlə nəzər salsaq, görərik ki, bu geridə qalmış yer əslində mərkəz olmuşdur ki, ətrafında beş mühüm mədəniyyətlər formalaşmışdır. Məkkə onlara nisbətdə mərkəz dairəsi hesab olunmuşdur. Bu mədəniyyətlər: Şərqi Roma və Şam, şimal-şərqdə - İran və Aşur, cənubda – Yəmən, qərbdə - qədim Misir. O zaman ki, İslam dini zühur edir – bu beş mədəniyyəti öz çətiri altına alır və hər birinin yaxşı cəhətlərini götürür. Mənfi cəhətlərini silir və mühüm əqidə və əməli məsələləri ona əlavə edir.


Niyə Allah Öz dinini İslam adlandırmışdır?


Qurani-Kərim buyurur: “Şübhəsiz (peyğəmbərlərin gətirdikləri və şəriət şəklində bəşəriyyətə təqdim etdikləri həqiqi) din Allah yanında həmin İslamdır”. (“Ali-İmran” 19).
Bu ayəyə ilk nəzər salan zaman insana elə gələ bilər ki, Allah başqa dinləri sual altına almışdır. Ancaq əgər bu ayəni daha diqqətlə oxusaq və onun haqqında təfəkkür etsək, görərik ki, bu ayə heç də başqa dinləri inkar etmir. Buyurur ki, İslam dini də başqa dinlər kimi cəza və savab dinidir. Bu dinin özünəməxsus qanun və qaydaları vardır.
İnsanlar onların vasitəsilə Allaha yaxınlaşıb, iki dünya səadətinə çata bilər. “İslam” sözünün mənası “təslim” deməkdir. Ona görə də İslam dini dedikdə, yəni, Allaha təslim olmaq nəzərdə tutulur. Əslində bütün dinlərin hədəfi məhz təslim olmuşdur. Ona görə də başqa dinlərin davamçılarını da müsəlman adlandırmaq olar, baxmayaraq ki, zahirdə yəhudi və ya xristian adlandırılsalar da.


Mələklər hansı insanlar üçün istiğfar edirlər? Onlar belə insanları necə tanıyırlar?


Bəs belə bir sual meydana gəlir ki, məgər mələklər bütün insanlar üçün istiğfar edirlər, yoxsa ancaq mömnilər üçün? Bu sualın cavabını başqa bir ayədə oxuyuruq: “Ərşi daşıyanlar (mələklər) və onun ətrafında olanlar Rəbblərinə sitayiş etməklə yanaşı, Onu pak sifətlərlə mədh edər, Ona (öz məqamlarına məxsus) iman gətirər, (insanlardan) iman gətirmiş kəslər üçün bağışlanma diləyər”. (“Ğafir” 7). İmam Sadiq (ə) bu ayənin təfsirində buyurur: “Allahın elə mələkləri vardır ki, bizim davamçılarımızın (ə) çiyinlərindən günahı tökərlər. Necə ki, külək tökülməkdə olan ağac yarpaqlarını yerə tökər. Bu, Allah Təalanın kəlamıdır ki, buyurur: “Onlanlar Rəbblərinə sitayiş etməklə yanaşı, Onu pak sifətlərlə mədh edər”. Allaha and olsun ki, (möminlər dedikdə) məqsəd sizlərdən başqası deyildir”. Mələklər möminlərin nurunu görərlər, ona görə onlar üçün istiğfar edərlər. Kafir napak olduğu üçün mələklər tərəfindən görünməzdir, çünki zülmətli ürək, qaranlıqda görünməzdir. Mələklərin nəzərinə görə, möminlərin dərəcələri fərqlidir. Hər nə qədər möminin əməli və imanı güclü olarsa, mələklərin nəzərinə görə daha çox parlayırlar. Mələklər də onlar üçün daha çox bağışlanma diləyirlər.


İnsanın taleyi nə zaman dəyişir?


Hər bir insan öz əməl və rəftarları ilə taleyini dəyişdirə bilər. Xoşbəxtliyini bədbəxtliklə dəyişdirə bilər, ya da əksinə – bədbəxtliyi xoşbəxtliyi ilə dəyişdirə bilər. İnsan taleyinin dəyişmə zamanı isə Qədr gecəsində baş verər. Əslində Qədr gecəsi əməllərin insanı hansı səmtə aparacağını müəyyən edər və birillik taleyini təqdim edər. Hər kim bir il ərzində Allahın əmrlərini yerinə yetirib, Ona itaət edibdirsə – onun üçün birillik xoşbəxtlik hökmü yazılar. İmam Sadiqdən (ə) gələn hədisdə oxuyuruq ki, o zaman ki, Qədr gecəsi gəlib çatar, mələklər, Ruh və Allahın yazanları dünyaya enərlər. Onlar bir il ərzində baş verən İlahi qəzaları yazarlar. O zaman da Allah iradə edər ki, hansısa şeyi əvvələ salsın və ya təxirə salsın, o cümlədən, istədiyi şeyi də məhv etmək üçün əmr verər. Sonra iradə etdiklərini həyata keçirər...


Necə olur ki, bəzi əməllər cəhənnəm atəşini insana yaxın buraxmır?


Bu suala cavab vermək üçün 3 mövzuya işarə etməliyik.
1. Məgər səbəbi vardırmı ki, bəzi ibadətləri yerinə yetirək ki, cəhənnəm atəşi insana haram olsun?
2. Məgər cəhənnəm atəşi günahı etməyənlərə haram deyildirmi?
3. Günah ilə ibadətin qarşılıqlı təsiri necə baş verir?
Birinci mövzu haqqında deyə bilərik ki, bəzi ibadətlər həqiqətən də insana cəhənnəm atəşini haram edər. Belə ki, Həzrət İmam Rzanın (ə) ziyarəti barəsində oxuyuruq ki, Həzrət Peyğəmbər (s) buyurmuşdur: “Tezliklə bədənim bir parçası Xorasanda dəfn olunacaqdır. O mömin ki, onu ziyarət edər, Allah Təala behişti onun üçün vacib edər. Bədəni cəhənnəm atəşinə haram olar”...


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter