Niyə Qədr gecəsi məhz Ramazan ayında olur?


Qədr gecəsi Ramazan ayında olur və Quran da bunu açıq şəkildə bəyan etmişdir. Bu gecənin belə adlanmasının sirri ondadır ki, “qədr” sözü “ölçmək” deməkdir. Qədr gecəsi – insanların ölçüldüyü gecədir. Allah Təala o gecədə insanların birillik taleyini təqdir edər. Həyatlarını, ölümlərini, ruzilərini, səadət və bədbəxtliklərini...
Ancaq Ramazan ayı insanların ölçülməsi üçün layiqli bir aydır. Çünki, bu ayda lənətlik şeytan zəncirə vurular və insanın etdiyi əməllərdə onun dəxaləti olmaz. İnsan bu mübarək ayda oruc tutaraq paklanar və fitrətinin hədəfinə qayıdar. Allaha yaxınlaşar, Qurana yaxınlaşar, yoxsulların əziyyətini görməyi bacarar, qəflətdən ayılar, bir insanın vəzifələrini dərk edər. Bu səbəbdəndir ki, Müqəddəs Qurani-Kərim bu mübarək ayda nazil olmuşdur.
Beləliklə deyə bilərik ki, Ramazan ayı on bir ayın sultanı olduğu üçün, Qədr gecəsinin, yəni insanların dəyərinin ölçüldüyü və talelərinin həll olduğu gecənin bu ayda olması məntiqli və daha münasibdir.


Mömin bu dünyada niyə bəla çəkər? İmam Baqirin (ə) cavabı


Müxtəlif hədislərdən belə nəticəyə gəlmək olur ki, iman əhli üçün nazil olan bəlaların əksər hissəsi – günahlarının kəffarəsidir.
Məsumlardan (ə) gələn hədislərə nəzər salaq:
1. İmam Baqir (ə) buyurur: “Əgər Allah Təala bəndəsini günahına görə cəzalandırmaq istəsə, onu xəstə edər. Əgər bu işi görməzsə, yoxsulluğa düçar edər. Əgər onunla bu işi də görməsə, ölümü onun üçün çətin edər ki, onun vasitəsilə günahının əvəzini alsın”.
2. İmam Sadiq (ə) buyurur: “O zaman ki, bəndənin günahı çox olar və Allah onu pak etmək istəyər – onu elə qəmə düçar edər ki, günahlarının kəffarəsi olar”.
3. Əziz Peyğəmbərimiz (s) buyurur: “Qəm və qüssə davamlı olaraq möminin ardınca olar, o zamana qədər ki, onun üçün günah qoymaz”.
4. İmam Sadiq (ə) buyurur: “Həqiqətən mömin dünyada qəmgin olar o zamana qədər ki, dünyadan o halda xaric olar ki, günahı qalmaz”...


Niyə hamı eyni cür gözəl, sağlam, imkanlı deyil?


Bu dünyada elə nemətlər vardır ki, Allah bəzi bəndələrinə vermişdir, ancaq bəzilərini ondan məhrum etmişdir. Misal üçün Allah bir nəfəri gözəl simalı xəlq etmişdir, başqa birisini adi, başqa birini isə çirkin üzlü. Hədislərimizdə oxuyuruq ki, o kəslər ki, bu dünyada olan zaman malik olmaq istədiklərinə malik olmayıblar, əgər təqva əhli olsalar, Allah bu istədiklərini onlara axirətdə verəcəkdir. Dünyada insanların arasında olan bu fərqlilik İlahi ədalətdən asılıdır. Bəs əgər bu fərq olmasaydı, biz insanlar yaşaya bilərdikmi? Əgər bütün insanlar hər bir cəhətdən eyni xəlq olsaydılar, yaşamağın marağı olardımı? Gərək bu suala cavab olaraq deyək ki, bu, mümkün deyildir. Bu zaman bütün ictimai həyat bir-birinə qarışardı.
İmam Əli (ə) buyurur: “Madam ki, insanlar fərqlidirlər, xeyir və xoşluqda yaşayırlar, əgər bərabər olsaydılar, həlak olardılar”. Bəs bu fərqləri aradan qaldırmaq mümkündürmü? Bu sual onu göstərir ki, biz öz işimizi Allahın işi ilə müqayisə edirik. Bizim gördüyümüz iş Allahın gördüyü işə bənzəməz. Misal üçün, biz bir velosiped düzəltmək istəsək, təkərlərini aşağı qoyar və tormozunu yuxarı qoyarıq. Onu elə düzəldərik ki, öz istəyimizə uyğun olsun...


Qurani Kərim ayələrinə əsasən Günahkarların xeyir əməli qəbul olunurmu?


Qurani-Kərimdə buyurulur ki, Allah ancaq təqvalılardan qəbul edir. Bəs o kəs ki, təzə müsəlman olmuşdur və nəfsinin islahı ilə məşğuldur – onun xeyir əməllərinin hökmü necə olacaqdır? Allah tərəfindən qəbul olunacaq, yoxsa yox? Həzrət Adəmin (ə) övladlarının əhvalatında görürük ki, iki nəfərin qurbanı arasından, Allah Təala Habilin qurbanını qəbul edir. Quran bu əhvalatı bəyan edəndən sonra buyurur: “Adəmin iki oğlunun (Habil ilə Qabilin) qurbanlıq zamanı olmuş əhvalatını həqiqi və düzgün şəkildə onlara oxu (Habil dəvə kəsdi, Qabil isə bir az buğda gətirdi). Beləliklə birindən qəbul olundu və digərindən qəbul olunmadı. (Qabil) dedi: «Səni mütləq öldürəcəyəm». (Habil) dedi: «Həqiqətən Allah yalnız təqvalılardan qəbul edir»”. (“Maidə” 27)...
O ki, qaldı əməllərin qəbul olmasına, bəli əməllər təqva səviyyəsinə görə qəbul olar. Ancaq bu, o demək deyildir ki, günahkarların əməlləri qəbul olmaz. Bəlkə qəbul olar, ancaq onların təqvalarının dərəcəsinə uyğun olaraq. Ona görə də Allah hər bir xeyir əmələ görə müxtəlif cür mükafatlar verir. O şəxs ki, təzə İslamı qəbul etmişdir, onun xeyir əməli təqvasının dərəcəsi qədər qəbul olunar. Bu səbəbdən Allah Təala buyurur: “Allahdan bacardığınız qədər qorxun (yəni təqvaya malik olun)”. (“Təğabun” 16)...


Bütün vacibatlar Quranda bəyan olunmuşdur, yoxsa yox?


Vacibat dedikdə o əməllər nəzərdə tutulur ki, hər müsəlman ona riayət etməli və yerinə yetirməlidir. Əgər həmin əməlləri tərk edərsə, o zaman günah qazanar və axirətdə cəzalanar. Yəni, burada firuiddindən söhbət gedir. Qurani-Kərim haqqında deyə bilərik ki, bu Müqəddəs Kitab – hidayət və qanun kitabıdır. Ona görə də orada bəyan olunan qanunlara əməl etmək vacibdir. Cüzi mövzulardan tutmuş, nəhəng mövzulara qədər. Quran adətən cüzi mövzulara sadəcə toxunmuşdur, ancaq onun şərhini və izahını Məsumlara (ə) buraxmışdır. Quran bu müqəddəs insanları zikr əhli, alim, Ulul-əlbab və bu kimi adlandırmışdır. O vacibatlar ki, Quran sadəcə ona işarə etmişdir, Məsumlarımız (ə) onu bizlərə tanıtmış və yerinə yetirilməsini vacib etmişdilər...


Niyə mələklər insanların əməllərini yazırlar?


Bir nəfər İmam Sadiqdən (ə) soruşur: “Niyə mələklər insanın yaxşı və pis əməllərini yazmaqla vəzifələniblər? Halbuki bilirik ki, heç bir şey Allahdan gizli deyildir?”.
İmam (ə) cavabında buyurur: “Allah bu mələkləri Öz ibadətinə dəvət etmişdir. Onları bəndələrə şahid qərar vermişdir ki, bəndələr onların nəzarəti ilə daha çox İlahi ibadətə riayət etsinlər. Ona üsyan etməkdən daha çox narahat olsunlar. O qədər bəndələr vardır ki, günah etməyi qərara alırlar, sonra mələkləri yada salırlar və çəkinirlər.
Deyirlər: “Allah məni görür. Əməllərə hafiz olan mələklər də şəhadət verirlər”. Bundan başqa, Allah rəhməti və lütfü sayəsində onları bəndələrə məmur etmişdir ki, Allahın əmri ilə üsyankar şeytanları onlardan uzaq etsinlər. Həmçinin onların görə bilmədiyi yerdə olan vəhşi heyvanları və bəlaları uzaq etsinlər, o zamana qədər ki, onların ölümü gəlib çatar”.


Niyə insan bəzən dini maarifi dərk etməkdən məhrum olar?


Allah Təala buyurur: “Tezliklə yer üzündə nahaq yerə təkəbbürlük edən, hər hansı bir ayə və möcüzə görəndə iman gətirməyən, hidayət yolunu görəndə onunla getməyən və azğınlıq yolunu gördükdə isə onunla gedən kəsləri Öz ayələrimdən yayındıracağam. Bu (iş), onların Bizim ayə və nişanələrimizi təkzib etdiklərinə və onlardan (onları görməkdən) qafil olduqlarına görədir”. (“Əraf”, 146). Başqa yerdə buyurulur: “Və bir surə nazil olan zaman (narahat olduqlarına və rəngləri dəyişdiyinə görə) onların bəzisi bəzisinə baxar (və sanki bir-birlərindən soruşarlar ki:) «sizi kimsə görürmü? (Məbada nifaqınız zahir ola, yaxud məclisdən çıxarılaq)». Sonra (gizlincə sənin yanından) qayıdarlar. Onlar anlamaz bir dəstə olduqları üçün Allah onların qəlblərini (haqdan)döndərdi”. (“Tövbə”, 127). Bu ayələrdən belə nəticəyə gəlmək olur ki, o kəs ki, bilərəkdən təkəbbür edər, Allah onun qəlbini haqqı dərk etməkdən saxlayar. O kəslər ki, imanlarının zəif olmasına görə Allahdan üz döndərərlər – Allah da onların qəlbini Quran maarifini dərk etməkdən saxlayar...


Xeyir iş görən qeyri-müsəlmanların aqibəti necə olacaq?!


“Biz ldünya həyatını və onun zinət və bəzəyini istəyənlərin əməllərinin dünyada kamil surətdə onlara verərik və dünyada onlardan əsla bir şey kəsilməz”. (“Hud” 15).
“Onlar o kəslərdir ki, axirətdə onlar üçün oddan başqa bir şey yoxdur. Onların yerinə yetirdikləri orada puç və təsirsiz olacaqdır və etdikləri əməllər boşa çıxacaqdır”. (Hud- 16).
Bu iki ayədən belə nəticəyə gəlmək olur ki, insanın əməli niyyət və etiqadından asılıdır. Əgər kiminsə Allaha, Peyğəmbərə (s), məada imanı olmazsa, xeyir işi dünya üçün görər. Yəni, xeyir iş görməkdəki niyyəti – dünya mənfəəti olar. Ona görə də axirətdə də nəsibi dünya olar.
Ancaq əgər insan Allah razılığını qazanmaq üçün yaxşı əməl yerinə yetirərsə, həm dünyada və həm də axirətdə savaba çatar. O kəs ki, xeyir işi ancaq Allah üçün görərsə, elə dünyada olan zaman artıq onun səmərəsinə çatar.


Əgər Allah hər yerdədirsə, bəs namaz və ... əməllərdə qibləyə nə ehtiyac vardır?


Dinimizin nəzərinə görə, qiblə olaraq təyin edilən məkan – Kəbə evi – ən müqəddəs məkandır ki, tövhidin ən qədim mərkəzi hesab olunur. Belə sual yaranır ki, əgər Allah hər yerdədirsə, bəs qibləyə nə ehtiyac vardır? Qurani-Kərim buyurur: “Şərq və qərb (Yer kürəsi, eləcə də şərq və qərbi olan bütün planetlər) Allaha məxsusdur. Odur ki,(bütün dua və ibadətlərdə) hansı tərəfə üz tutsanız Allahın üzü (səmti) oradır. Şübhəsiz Allah (vücud, qüdrət və rəhmət baxımından) geniş və biləndir”. (“Bəqərə”, 115).
İbni Abbas yazır: “Bu ayə qiblənin dəyişməsinə aid olan ayədir. O zaman ki, müsəlmanların qibləsi Beytul-müqəddəsdən Kəbəyə tərəf dəyişir, müsəlmanlara irad tuturdular ki, məgər qibləni dəyişdirmək olarmı? Bu ayə nazil olur və onlara cavab verir ki, dünyanın şərqi də, qəbri də Allaha məxsusdur”.
Hədislərimiz buyurur ki, bu ayə müstəhəb əməllərə aiddir. Nə zaman insan ata minər, hansı tərəfə gedərək namaz qılarsa – həmin namaz doğru namaz olar.


Xeyir iş görən qeyri-müsəlmanların aqibəti necə olacaq?


“Onlar o kəslərdir ki, axirətdə onlar üçün oddan başqa bir şey (pay) yoxdur. Onların yerinə yetirdikləri orada puç və təsirsiz olacaqdır və etdikləri əməllər (iman şərtinin və çox vaxt da Allaha yaxınlaşmaq qəsdinin olmaması üzündən, kökündən)boşa çıxacaqdır”. (“Hud” 16).
Bu iki ayədən belə nəticəyə gəlmək olur ki, insanın əməli niyyət və etiqadından asılıdır. Əgər kiminsə Allaha, Peyğəmbərə (s), məada imanı olmazsa, xeyir işi dünya üçün görər. Yəni, xeyir iş görməkdəki niyyəti – dünya mənfəəti olar. Ona görə də axirətdə də nəsibi dünya olar.
Ancaq əgər insan Allah razılığını qazanmaq üçün yaxşı əməl yerinə yetirərsə, həm dünyada və həm də axirətdə savaba çatar. O kəs ki, xeyir işi ancaq Allah üçün görərsə, elə dünyada olan zaman artıq onun səmərəsinə çatar. Ayətullah Cavadi Amuli buyurur ki, Qiyamət elə aləmdir ki, orada hər şeyin həqiqəti üzə çıxar. (Həvzəh)


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter